Böhran daha da dərinləşir
Iqtisadiyyat
Oxunub: 1 478
1 okt 2015 | 05:45
 Böhran daha da dərinləşir










Bir neçə bankın filialları fəaliyyətini tamamilə dayandırıb.

Gün ərzində bir neçə bank bu barədə rəsmi məlumat yayıb. Bu cür addımın atılması haqda açıqlamalarda isə tələbatın azalması, işin optimallaşdırılması kimi səbəblər göstərilib.

Bəzi qurumlar isə hazırda iqtisadi çətinlik olduğunu etiraf edərək şirkətin rəqabətə davamlılığını artırmaq üçün bu yola əl atdığını etiraf edib.

Bank sahəsi üzrə ekspert Cavid Kərimov da ANS PRESS-ə açıqlamasında bunların məhz ölkədəki iqtisadi vəziyyətin çətin olması ilə əlaqədar olduğunu deyib.

"Ölkədəki iqtisadi vəziyyət bütün sahələrdə olduğu kimi istehlak sahəsində ixtisaslaşan banklara da təsirsiz ötüşmür. Banklar da öz növbəsində bu vəziyyətə uyğunlaşmaq üçün ya inkişafını dayandırır, yaxud da kiçilməklə fəaliyyətlərini məhdudlaşdırırlar, - deyə Cavid Kərimov fikrini izah edib.



Bir müddət əvvəl Azərbaycanda baş verəndevalvasiyadansonra problemli kreditlərin kəskin şəkildə artması da bankların vəziyyətini daha da ağırlaşdırıb.

Belə ki, özəl kommersiya bankları problemli kreditlərə görə ehtiyatını artırmaq üçün müxtəlif yollarla xərclərini azalatmağa çalışır.

"Hal-hazırda baş verən iqtisadi proseslər bəzi bankların daha ciddi maliyyə çətinlikləri ilə üzləşməsinə səbəb ola bilər”, - deyən Cavid Kərimov bəzi təşkilatların vəziyyətinin heç də ürəkaçan olmadığını bildirib.


Azərbaycanda bankların problemli kreditlər üzrə renkinqi


Ölkədəki kredit təşkilatlarının vəziyyətinin bu həddə çatmasının əsas səbəblərindən biri də onların xarici təcrübədən faydalanmamasıdır. Bu isə onların maliyyə dayanıqlılığının zəif olmasına gətirib çıxarıb.

Xarici təcrübədən faydalanmayan kredit təşkilatları müasir idarəetmə prinsipləri tətbiq etmədi. Bu isə risklərin idarə edilməsi, strategiyanın, uzunmüddətli inkişaf yolunun müəyyənləşdirilməsində çətinliklər yaratdı. Nəticədə, həmin kredit təşkilatlarının maliyyə dayanıqlılığı mənfi tərəfə kəskin dəyişdi.

Ekspert Cavid Kərimovun fikrincə, bank sistemi xarici səhmdarlara şərait yaratmadığından onların maliyyə stabilliyi çox zəifdir. "Azərbaycanda xarici səhmdarları olan maliyyə təşkilatları isə maliyyə institutlarına çevrildilər. Hazırda bu təşkilatlarDünya Bankı, onun törəmə təşkilatları və digər beynəlxalq təşkilatlarla əlaqəsi olanlardır”.


Cavid Kərimov


Ölkədəki kredit təşkilatlarının yaranmış çətin vəziyyətdən çıxmasının isə bir neçə yolu var. Bunlardan biri bankların əlavə maliyyə mənbələri tapmasıdır. Bu, dövlət və ya xarici maliyyə qurumu ola bilər.

Məsələn,Rusiyadaiqtisadi vəziyyət ağırlaşanda dövlət banklara maliyyə yardımı edib. Bu zaman ehtiyacı olan təşkilatlara uzun müddətə aşağı faizlə və ya faizsiz vəsait ayrılıb. Beləliklə, banklar həmin vəsaitlə maliyyə vəziyyətini düzəldir və bundan sonra həmin vəsait dövlətə geri qaytarılır.

Başqa bir yol isəMərkəzi Bankınbankları əlavə xərclərdən azad etməsi, onların xərclərini azaltmasıdır.

Lakin Azərbaycanda bankların son vəziyyəti onu göstərir ki, görülən bütün tədbirlərə baxmayaraq, kredit təşkilatlarının çətinliyi uzun müddət davam edəcək.

 Böhran daha da dərinləşir
 Böhran daha da dərinləşir
 Böhran daha da dərinləşir
Dünən, 16:00
Yeni iPhone-da gözlənilməz problem, 3 dəqiqəyə od kimi qızdı – Əldə saxlamaq olmur
Dünən, 15:30
Yunanıstanlı siyasətçidən QALMAQALLI BƏYANAT: Yeganə həll yolu türkləri öldürməkdir
Dünən, 14:22
Fermerdən 15 qəpiyə alınan məhsul bazarda necə 1,5 manata satılır?
Dünən, 13:39
Sensasion iddia: "Putinin partiyası" cəmi 34 faiz səs toplayıb
Dünən, 13:14
Azərbaycanda bu şəxslərin evlənməsi QƏTİ QADAĞANDIR
Dünən, 13:03
Azərbaycan lideri: Təhlükəsizliyin etibarlı təmin olunması üçün risklərin qarşısını vaxtında almaq vacibdir
Dünən, 13:00
Dövlət başçısı: Süni intellektin bədniyyətli istifadəsi terrorla mübarizəyə ciddi əngəllər törədir
Dünən, 12:32
DYP kənd texnikası sürücülərinə müraciət etdi
Dünən, 12:28
Deputat: “Ətrafı iy bürüyür, ərazidən keçmək olmur”
Dünən, 12:24
Prezident müşavirə keçirdi - FOTOLAR
Dünən, 12:00
Məkkə və Mədinəyə ziyarətlər dayandırılacaq?
Dünən, 11:54
Polis əməkdaşlarına silahlı müqavimət göstərən şəxs zərərsizləşdirildi
Dünən, 11:33
Azərbaycan buna görə müdafiə xərclərini yüksək səviyyədə saxlayır
Dünən, 11:23
Kuryerin mopedindən oğurluq edildi - 50 yaşlı kişi saxlanıldı
Dünən, 10:33
İki uşaq anası qısqanclıq zəminində öldürüldü - Hadisə yerindən görüntülər
Dünən, 10:21
Xankəndi, Xocalı, Ağdərə və Cəbrayıla növbəti köç karvanları yola salındı
Dünən, 09:51
TƏCİLİ! Türkiyədə məktəbə silahlı hücum - Yaralananlar var
Dünən, 09:45
Bəzi məktəblər bu gündən distant təhsilə keçdi – SİYAHI
Dünən, 09:34
Bakıda partlayış - Xəsarət alanlar var - VİDEO
Dünən, 09:29
Tehrandan Vaşinqtona sərt mesaj
Dünən, 09:24
Qaxda kafedə bıçaqlanma - Saxlanılan var
Dünən, 09:00
Ali tribunadan Qafqaz mesajı - Hakan Fidan Azərbaycandan danışdı
21-09-2026, 16:00
“Kurtlar Vadisi”nin 397 bölümü araşdırılacaq: Kozinoğlu istintaqında diqqət seriala yönəldi
21-09-2026, 15:30
İrandan xəbərdarlıq: ABŞ və bir neçə ölkə bizə hücum etməyə hazırlaşır
21-09-2026, 14:22
İşğalçı avrodeputatların korrupsiya, xarici təsir və siyasi lobbi şəbəkələri
21-09-2026, 13:39
Trampın Moskvaya uğurlu hücumdan sonra Zelenskiyə zənginin səbəbi bilindi: Yenə...
21-09-2026, 13:16
Trampın ŞOK Güney Qafqaz planı – Sırada Tiflis?