Bankların “sığortalanmayan əmanət” FIRILDAĞI: - “Alanda qanuni olur, verəndə qanunsuz?”
Iqtisadiyyat
Oxunub: 560
23 in 2020 | 18:22
Bankların “sığortalanmayan əmanət” FIRILDAĞI: - “Alanda qanuni olur, verəndə qanunsuz?”


“Bağlanan bankların bir qismində əmanət müqaviləsində əlavə yatırım imkanı nəzərdə tutulub”.

Yenicag.az xəbər verir ki, bu fikirləri Əmanətlərin Sığortalanması Fondunun (ƏSF) sığortalanmış əmanətləri qaytarmaqdan yayınmasının səbəblərini şərh edən iqtisadçı Əkrəm Həsənov deyib.

Əkrəm Həsənovun sözlərinə görə, ƏSF müxtəlif bəhanələrə əl ataraq, vətəndaşların əmanətlərinin guya sığortalı olmadığını bildirir:

“Bağlanmış dörd bankın sığortalanmış əmanətçilərinin xeyli hissəsinə vəsaitləri qaytarılmır. Əmanətlərin Sığortalanması Fondu bildirir ki, guya bağlanan dörd bankın bəzilərinə bank nəzarəti orqanı (Maliyyə Bazarlarına Nəzarət Palatası və ya Mərkəzi Bank) vaxtilə əmanət qəbul etməyi yasaq etmişdi.

Buna baxmayaraq, banklar əmanətlərin qəbulunu davam etdirib. İndi də Əmanətlərin Sığortalanması Fondu həmin əmanətləri qanunsuz hesab edərək, qorunan (sığortalı) statusunu tanımaq istəmir. Bu, cəfəng mövqedir.

Əvvəla, bank nəzarəti orqanının vaxtilə verilmiş qərarının nə dərəcədə qanuni olub-olmamasının özü araşdırılmalıdır. Qərar heç yerdə dərc edilməyib, buna görə də bu məsələyə qiymət verə bilmərik. Daha sonra bankın həqiqətən, həmin gizli qərarı pozub-pozmadığını araşdırmaq lazımdır.

Tutaq ki, lap bank nəzarəti orqanının qərarı qanuni olub və bank həmin qərarı pozaraq, əmanətlərin qəbulunu davam etdirib. Bu, sırf bank qanunvericiliyinin pozulması deməkdir. Yəni, publik (inzibati) hüquq çərçivəsində bankla bank nəzarəti orqanı arasında olan münasibətlərdən irəli gələn pozuntudur”.

Ekspert vurğulayıb ki, əmanətçi ilə bank arasındakı münasibətlər mülki hüquqla tənzimlənir və bu müstəvidə hər hansı pozuntu yoxdur:

“Sözügedən əmanətlər üzrə məlum dörd bank Əmanətlərin Sığortalanması Fonduna rüblük sığorta haqqı ödəyib. Necə olur, Fond əmanət üzrə sığorta haqqını ala bilir, amma sığorta ödənişini edə bilmir? Alanda, qanuni idi, vermək lazım olanda, qanunsuz olur?!

İkinci bəhanə guya qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddinin pozulmasıdır. Belə ki, ötən ilin 1 iyul tarixinədək manat üzrə həmin hədd 15 faiz, 1 iyuldan etibarən isə 10 faizdir.

Bağlanan bankların bir qismində əmanət müqaviləsində əlavə yatırım imkanı nəzərdə tutulub. Məsələn, 1 aprel 2019-cu ildə vətəndaş banka 15 faizlə 10 min manat yerləşdirib. 1 avqust tarixində 5 min manat məbləğində əlavə yatırım edib.

Fond indi deyir ki, 10 min manat sığortalıdır, 5 min manat isə yox. Çünki sonuncu 15 faizlə qəbul edilə bilməzdi. Qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddinin dəyişməsi barədə qərarı Fond özü qəbul edir.

Bu qərar qanunvericilik aktı olmadığı üçün əmanətçi onu bilməli deyil. Bunu bank bilməlidir. Çünki məhz bank sığorta sisteminin iştirakçısıdır və Fonda üzvlük haqqı ödəyir. Deməli, bank faktiki Fondun adından çıxış edir. Buna görə də Fond o məbləğləri də kompensasiya etməlidir. Əmanətçilərə tövsiyə edirəm ki, onlar pullarının qaytarılması ilə bağlı Nəsimi rayon məhkəməsində Əmanətlərin Sığortalanması Fonduna qarşı iddia qaldırsınlar”.
Bu gün, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
Bu gün, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
Bu gün, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
Bu gün, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
Bu gün, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
Bu gün, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
Bu gün, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
Bu gün, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
Bu gün, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
Bu gün, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
Bu gün, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
Bu gün, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
Bu gün, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
Bu gün, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
Bu gün, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
Bu gün, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
Bu gün, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
Bu gün, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi
Bu gün, 09:17
Polşa “Bayraktar”lara qovuşdu
Bu gün, 09:17
Sülhməramlılarsız Qarabağ: Müstəqil Azərbaycanın yeni reallıqları - VİDEO
Bu gün, 09:13
Avropada BAŞ NAZİR "OVU" - Daha bir hökumət başçısı ÖLÜMLƏ HƏDƏLƏNİR
Bu gün, 09:00
“Ona birbaşa dedim ki, siz cənnətdə yaşayırsınız”
Dünən, 16:00
Kalininqrad modeli yaxşı ideyadır - AKTUAL
Dünən, 15:30
"Paşinyanın yerinə kim gəlsə, onun üzərinə ən ağır yük düşəcək" - "Fakt"
Dünən, 15:26
Azərbaycan və Belarusun üç şəhəri qardaşlaşıb
Dünən, 14:22
Rusların belə gedişi... BÖYÜK UĞURDUR! - HƏQİQƏTƏN DƏ...
Dünən, 13:39
Tezliklə çərçivə sazişi imzalana bilər - GƏLİŞMƏ