“Nar” komandası “Breyn Rinq” yarışının XV mövsümünün qalibi oldu”
Iqtisadiyyat
Oxunub: 356
8 in 2020 | 22:45
“Nar” komandası “Breyn Rinq” yarışının XV mövsümünün qalibi oldu”


Gənclərin maarifləndirilməsi məqsədilə müxtəlif bilik yarışlarını dəstəkləyən "Nar”ın baş sponsorluğu ilə keçirilən "Breyn Rinq” intellektual oyununun XV mövsümü başa çatıb. 36 komanda arasında gedən gərgin mübarizədə "Nar” komandası bütün rəqiblərini geridə qoyaraq XV mövsümün çempionu olub. Komanda eyni zamanda, mobil operator tərəfindən təsis edilmiş "Nar” kubokunun sahibi olub. Qeyd edək ki, final oyunda mobil operatorun dəstək olduğu "Nar” komandasının intellektualları "Kapital Bank”, "Bridge", "Dövlət İdarəçilik Akademiyası" komandalarını geridə qoyub. Xatırladaq ki, "Nar” komandası ötən mövsümdə də bütün rəqiblərini geridə qoyaraq 2019-cu ilin Azərbaycan çempionu tituluna sahib olmuşdu.

Artıq 8 ildir ki, "Nar”ın baş sponsorluğu ilə yayımlanan ölkənin ən maraqlı intellektual yarışının 15-ci mövsümündə respublikanın 17 bölgəsi və 11 ali məktəbini təmsil edən 36 komanda mübarizə aparıb. Qeyd edək ki, hər il olduğu kimi, bu mövsüm də televiziya tamaşaçıları "Breyn Rinq” intellektual oyununu izləməklə yanaşı, həm də "Nar”dan hədiyyə qazanmaq şansı əldə ediblər. Belə ki, verilişin yayımı zamanı "Nar”ın "Facebook” səhifəsində qoyulan suala ən tez cavab verən izləyicilər xüsusi hədiyyələr qazanıblar.

"Nar” korporativ sosial məsuliyyət strategiyası çərçivəsində müxtəlif bilik yarışları, intellektual oyunları dəstəkləməyə çalışır və bununla da gənclərin elmə, təhsilə, biliyə olan marağını artırmağa səy göstərir, maariflənməni təşviq edir. Mobil operatorun KSM layihələri haqqında ətraflı məlumatı nar.az səhifəsindən əldə etmək olar.

"Azerfon” şirkəti ("Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. "Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. "Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. "Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 93%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir və 8700-dən artıq baza stansiyası ilə 2,3 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir. Mobil operator şəbəkə keyfiyyətinin davamlı təkmilləşdirilməsi strategiyası çərçivəsində səs keyfiyyətinin nəzərəçarpacaq dərəcədə artımını və səsin təmiz ötürülməsini təmin edən "HD-Voice” (High Definition Voice) xidmətini təqdim edib.
Bu gün, 16:00
Bakının mümkün çağırışı: Zelenki razılaşacaq. Bəs Putin? - AKTUAL
Bu gün, 15:30
"Fransadan və onunla eyni siyasi xətti bölüşənlərdən fərqli olaraq..." - ŞƏRH
Bu gün, 14:22
Yeganə alternativ “Ermənistan layihəsinin” bağlanması ola bilər” - AKTUAL
Bu gün, 14:17
Maliyyə məsələsi COP29-un əsas mövzusu olacaq
Bu gün, 14:00
Almatı görüşündən sonra sülh müqaviləsi hazırlanacaq? - GƏLİŞMƏ
Bu gün, 13:29
Ağdərədə sümük fraqmentləri aşkarlanıb
Bu gün, 13:26
Azərbaycanda Məhərrəmlik ayı bu tarixdə BAŞLAYACAQ
Bu gün, 13:23
Azərbaycanla Albaniya arasında saziş təsdiqləndi
Bu gün, 13:20
ABŞ-nin Azərbaycandakı səfiri Şuşaya səfər edib
Bu gün, 12:03
Rusiyaya PUA hücumu - Çoxsaylı ölü və yaralı var
Bu gün, 11:58
Ermənistan-Azərbaycan arasında daha bir sərhəd kəndində delimitasiya başlayıb
Bu gün, 11:54
Prezident Həştərxan vilayətinin qubernatorunu qəbul edib
Bu gün, 11:30
Bəzi rayonlarda elektrik enerjisinin verilişi dayandırıldı - SƏBƏB
Bu gün, 11:08
Azərbaycanda erməni öz minasına düşdü
Bu gün, 10:56
Abituriyentlərin nəzərinə: Qeydiyyat üçün son gün
Bu gün, 10:51
Son günlər azyaşlılar arasında yayılan yeni virus nədir? - VİDEO
Bu gün, 10:44
İsrail ordusu Qəzzadan geri çəkilir
Bu gün, 10:40
İşğal vaxtı Xankəndidə doğulan sonuncu azərbaycanlının acı taleyi... - VİDEO
Bu gün, 10:35
İslam dininə artan tələbatdan narahatıq - Qərb mediası
Bu gün, 10:31
Bakı ağlasığmazı bacardı, Kreml anladı və qərar verdi - ABŞ
Bu gün, 10:00
Çin Azərbaycan üzrə lider olub - FOTO
Bu gün, 09:46
ABŞ-də Fələstin etirazlarını kimlər maliyyələşdirir? - "Politico"dan SENSASİYA
Bu gün, 09:43
Cini buraxdıq: atom qədər təhlükəli olan süni intellekt - Baffet
Bu gün, 09:17
Avropada ilk nüvə zərbəsi endiriləcək ölkə məlum oldu: NATO Rusiya ilə savaş planı qurur, silah şirkətləri varlanır
Bu gün, 09:00
Məsuliyyətsiz bəyanatlar, dominant olmaq istəyi: Avropada fransız-alman dueli
4-05-2024, 09:59
Erməni baş prokurordan Kamil Zeynallı açıqlaması
4-05-2024, 09:50
“Müharibənin yeni mərhələsi ilə üz-üzəyik”