1000 manatlıq “iPhone” Bakıda… 26790 manata təklif olunur-FOTO

1000 manatlıq “iPhone” Bakıda… 26790 manata təklif olunur-FOTO
Şəhərin bir çox supermarketlərində, ərzaq məhsulları satılan mağazalarında müxtəlif endirim kampaniyaları, bonus toplamaqla hədiyyə qazandıran kampaniyalar keçirilir və bu da yeni hadisə deyil.
Səbəb sadədir: daha çox müştəri cəlb etmək və daha çox məhsul satmaq. Amma bu kampaniyalarda toplanması tələb olunan bonuslara bir az diqqət yetirəndə görürsən ki, hədiyyə adı ilə verilən adi məişət əşyaları istehlakçıya əslində fantastik qiymətlərə başa gəlir.
Məsələn, marketlərin birində reklam olunan hədiyyə kampaniyasında noutbuk, planşet, məişət və ya zinət əşyaları və s. bu kimi müxtəlif uduşlar var. Hər birinin də ayrılıqda bonus miqdarı yazılıb.
Ən çox bonusu isə “iPhone 6” üçün toplamaq lazımdır – 13 min 395 bonus.
Bura qədər qeyri-adi heç nə yoxdur. Kənarda hər bonusun manat dəyəri də qeyd olunub. 1 bonus=2 manat. 13 395 bonus x 2 manat = 26790 manat.
Yəni “iPhone” udmaq eşqilə başqa yerdən yox, mütəmadi olaraq məhz bu mağazadan alış-veriş edən adam 26790 manat xərcləməlidir ki, qiyməti təxminən 1000-1100 manat arasında dəyişən “iPhone 6” qazansın.
Qeyd etdiyimiz kimi, bu qəbildən hədiyyə kampaniyaları şəhərdəki mağaza və supermakrketlərin əksəriyyətində keçirilir.
Başqa bir mağazadakı bonus şərtləri daha ağırdır. Bonus kartı olan müştəri 21 gün ərzində mağazadan alış-veriş etməyəcəyi təqdirdə kartdakı olan-qalan bonuslar da silinir və kampaniya müddətində yığılan bonuslar hər 6 aydan bir yenilənir. Yəni müştəri lazım oldu-olmadı mütəmadi olaraq mağazadan nəsə almağa məcburdur.
Bonusların manat dəyərinə gəlincə isə bu mağazada 1 bonus 10 AZN-dir. Hədiyyələr isə məişət texnikasıdır və ən çox bonusu soyuducu üçün toplamaq lazımdır – 4500 bonus. Yəni bu kampaniya vasitəsilə soyuducu əldə etmək istəyən adam 45 min manat pul xərcləməlidir.
Bu vəziyyəti virtualaz.org saytına şərh edən iqtisadçı-ekspert Vüqar Bayramov isə deyir ki, bu sahə qanunvericiliklə tənzimlənmədiyindən deyə belə hallar yaranır: “Təkcə bonus kampaniyaları deyil, supermarketlərdəki xüsusi kartlar da var. Orada alış-verişin müəyyən faizi toplanır. Amma sonda məlum olur ki, müştəri xeyli pul xərcləməlidir ki, 10 manat bonus toplansın. Bonusun və onun hesablanması qaydaları ilə bağlı müştəriyə məlumat verilsə də əksər hallarda belə kampaniyalar müştərilərin həmin mağazanı seçməsinə səbəb olur.
Qanunvericilikdə bonuslarla, belə kampaniyalarla bağlı konkret müddəalar yoxdur, yəni bu məsələ qanunla tənzimlənmir. Ona görə də bonusun şərtləri birmənalı qaydada bonusu təklif edən mağaza tərəfindən müəyyənləşdirilir”.
Ekspertin fikrincə, qanunvericiliyə dəyişiklik edib ora bonuslarla bağlı şərtlər daxil etmək olar: “Nəzərə alaq ki, Azərbaycanda müxtəlif uduşların, lotereyaların keçirilməsi ilə bağlı ayrıca qanunvericilik var, orada əldə edilən vəsaitlə uduş məbləği arasında xüsusi limit var. Bu zaman artıq uduş məbləği üçün minimum hədd müəyyənləşdirilib. Bu amil nəzərə alınmalıdır. Biz isə təklif edirik ki, qanunvericiliyə dəyişiklik edilsin və bu cür bonus kampaniyaları keçirən şirkətlər üçün minimum hədlər müəyyən edilsin. Məsələn, əgər mağazalarda bonus xidməti varsa, alınan mala görə bonus müəyyənləşdirilirsə, bu zaman onunla bağlı minimum bonus faiz müəyən olunmalıdır. Qanunvericiliyə dəyişikliklərin edilməli, bonuslarla bağlı minimumlar müəyyən olunmalıdır. Müştərilərin hüquqlarının pozulmasının qarşısı yalnız bu yolla alına bilər”.
Dünən, 16:00
Yeni iPhone-da gözlənilməz problem, 3 dəqiqəyə od kimi qızdı – Əldə saxlamaq olmur
Dünən, 15:30
Yunanıstanlı siyasətçidən QALMAQALLI BƏYANAT: Yeganə həll yolu türkləri öldürməkdir
Dünən, 14:22
Fermerdən 15 qəpiyə alınan məhsul bazarda necə 1,5 manata satılır?
Dünən, 13:39
Sensasion iddia: "Putinin partiyası" cəmi 34 faiz səs toplayıb
Dünən, 13:14
Azərbaycanda bu şəxslərin evlənməsi QƏTİ QADAĞANDIR
Dünən, 13:03
Azərbaycan lideri: Təhlükəsizliyin etibarlı təmin olunması üçün risklərin qarşısını vaxtında almaq vacibdir
Dünən, 13:00
Dövlət başçısı: Süni intellektin bədniyyətli istifadəsi terrorla mübarizəyə ciddi əngəllər törədir
Dünən, 12:32
DYP kənd texnikası sürücülərinə müraciət etdi
Dünən, 12:28
Deputat: “Ətrafı iy bürüyür, ərazidən keçmək olmur”
Dünən, 12:24
Prezident müşavirə keçirdi - FOTOLAR
Dünən, 12:00
Məkkə və Mədinəyə ziyarətlər dayandırılacaq?
Dünən, 11:54
Polis əməkdaşlarına silahlı müqavimət göstərən şəxs zərərsizləşdirildi
Dünən, 11:33
Azərbaycan buna görə müdafiə xərclərini yüksək səviyyədə saxlayır
Dünən, 11:23
Kuryerin mopedindən oğurluq edildi - 50 yaşlı kişi saxlanıldı
Dünən, 10:33
İki uşaq anası qısqanclıq zəminində öldürüldü - Hadisə yerindən görüntülər
Dünən, 10:21
Xankəndi, Xocalı, Ağdərə və Cəbrayıla növbəti köç karvanları yola salındı
Dünən, 09:51
TƏCİLİ! Türkiyədə məktəbə silahlı hücum - Yaralananlar var
Dünən, 09:45
Bəzi məktəblər bu gündən distant təhsilə keçdi – SİYAHI
Dünən, 09:34
Bakıda partlayış - Xəsarət alanlar var - VİDEO
Dünən, 09:29
Tehrandan Vaşinqtona sərt mesaj
Dünən, 09:24
Qaxda kafedə bıçaqlanma - Saxlanılan var
Dünən, 09:00
Ali tribunadan Qafqaz mesajı - Hakan Fidan Azərbaycandan danışdı
21-09-2026, 16:00
“Kurtlar Vadisi”nin 397 bölümü araşdırılacaq: Kozinoğlu istintaqında diqqət seriala yönəldi
21-09-2026, 15:30
İrandan xəbərdarlıq: ABŞ və bir neçə ölkə bizə hücum etməyə hazırlaşır
21-09-2026, 14:22
İşğalçı avrodeputatların korrupsiya, xarici təsir və siyasi lobbi şəbəkələri
21-09-2026, 13:39
Trampın Moskvaya uğurlu hücumdan sonra Zelenskiyə zənginin səbəbi bilindi: Yenə...
21-09-2026, 13:16
Trampın ŞOK Güney Qafqaz planı – Sırada Tiflis?