“Yanacaq bazarı Tarif Şurasının nəzarətindən çıxarılmalıdır” - ekspert
Iqtisadiyyat
Oxunub: 559
26 may 2020 | 20:30
“Yanacaq bazarı Tarif Şurasının nəzarətindən çıxarılmalıdır” - ekspert


“Dövlət Gömrük Komitəsinin məlumatına görə, I rübdə Azərbaycan İrandan 10 vaqon (519 ton) Ai-95 markalı benzini idxal etməyə başlayıb. “Forbes” jurnalı isə yazıb ki, apreldə Rusiyada “Premium” Euro-95 markalı benzinin litri 0,61-0,63 dollar (1,04-1,07 manat), ABŞ-da isə 0,58-0,59 dollar (0,99-1 manat) olub. Gürcüsanda isə bu marka benzin 0,66-0,67 dollara (1,12-1,14 manat) satılıb”.

“AzPolitika.info” xəbər verir ki, bu barədə Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban bildirib. Ekspert qeyd edib ki, aprel ayı ərzində Azərbaycanda “Premium” Euro-95 markalı benzinin litri 1,20 manata satılıb: “Bizdə 1 aprel 2014-cü il tarixdən yüksək oktanlı benzinin qiymətinin Tarif Şurası tərəfindən tənzimlənməsi ləğv edilib. Bəs ləğv edilibsə, onda ölkədəki 900-ə yaxın yanacaqdoldurma məntəqəsində niyə eyni qiymət müşahidə edirik? Mənası nədir, bu bazarın monopoliyada saxlanılmasının? Ölkədə ildə 1,3 milyon ton benzin istehlak edilir, onun heç 60 min tonu belə yüksək oktanlı benzinin payına düşmür?”

İ.Şabanın sözlərinə görə, vətəndaşda sual yarana bilər - dövlət bazara əl qoymasa, qiymətlər daha da arta bilərmi?

“Kim nə istədi, qiymət qoyar və “evimiz yıxılar” düşüncəsi hakimdir. İnsanları qınamıram. Psixologiyaları Sovet dönəmindən qorxu, səksəkə ilə formalaşıb. İqtisadi menecment də onun kimi - bizim içərimizdən çıxanlardır da... Ancaq onları o qorxu yox, dövlətin nəzarətindən kənar bazar münasibətlərinin formalaşması qorxudur” - deyə ekspert əlavə edib.

İlham Şaban daha sonra bazardakı tendensiyaların müqayisəli təhlilini aparıb və düşüncələrdəki qorxunun əsassız olduğunu göstərib: “Birincisi: 2013-cü ilin dekabrından Azərbaycanda yanacağın qiyməti nə qədər qalxıb? - ortalama 70 faiz. Bəs taksilərdə gediş haqqı nə qədər artıb? Təqribən 40% ucuzlaşıb. Əvvəllər aeroporta neçəyə gedirdiniz - 20 manata, indi həmin yolu 12-13 manata. Şəhərdə 5 manata əvvəl getdiyiniz yolu indi taksilər 3 manata can-başla aparırlar. Bəs məntiq hanı? Yanacaq bahalaşır, gediş haqqı ucuzlaşır. Cavab sadədir - taksi bazarında liberallaşma baş verdi, qayda-qanun tətbiq edildi və rəqabət yarandı. Ona görə də ara-sıra taksiləri “fırlatmağa” öyrəşmiş məmurlar istəyirlər bu sahədə dövlət tənzimlənməsi tətbiq etsinlər”.

İ. Şaban ikinci amil kimi aşağı oktanlı yanacaq bazarının da Tarif Şurasının nəzarətindən çıxarılması tərəfdarı olduğunu vurğulayıb: “Düzdür, qısa bir müddət yanacaq satanlar nə istəsələr qiymət qoya bilərlər. Ancaq bir balaca səbrə ehtiyac var: qısa zamanda bazar münasibətləri işə düşəcək. Kim 10 litrdə yarım litrə qədər yanacaq kəsən, yanacağı baha satanın müştərisi olar? Bazar şəraitində belə dəllalların aradan çıxması sadəcə zamanın işidir. Ona görə də bazar qayda-qanunu işləyən sahələrdən çəkinməyin”.
Bu gün, 13:22
Bir qrup incəsənət xadiminə Prezident mükafatı verildi - SƏRƏNCAM
Bu gün, 10:50
Paşinyanla Putin razılaşdı: 44 günlük müharibədən sonra...
Bu gün, 10:47
Meşədən görüntülər yayılmışdı, polis müdaxilə etdi - FOTO
Bu gün, 10:42
İlham Əliyev və Mehriban Əliyeva Həzi Aslanovun məzarını ziyarət ediblər
Bu gün, 09:25
Mehriban Əliyeva Faşizm üzərində Qələbə Günü münasibətilə paylaşım edib
Bu gün, 09:17
CHP lideri Azərbaycana gəlir: Səhvimiz varsa...
Bu gün, 09:10
“Real Madrid”dən geri dönüş: oyun 115 dəqiqə davam etdi - QOLLAR
Bu gün, 09:04
İrəvandan KTMT ilə bağlı daha bir QƏRAR
Bu gün, 08:59
Arxa cəbhə iştirakçılarına veteran statusu verilə bilərmi? - Deputatdan cavab
Bu gün, 08:53
Faşizm üzərində qələbədən 79 il ötür
Dünən, 16:00
Fürsətdir... ələ düşüb... - Ekspert danışır...
Dünən, 15:30
Noyabr ayına qədər sülh sazişi... MÜMKÜNDÜRMÜ?
Dünən, 14:37
Azərbaycan və İran prezidenti Xudafərində görüşəcək
Dünən, 14:22
Ermənistanın Azərbaycan və Türkiyə ilə zorən tərəfdaşlığı... - ŞƏRH
Dünən, 13:15
Paşinyandan kilsənin şok ifşası: onlara meydan oxudu
Dünən, 13:00
Bakı metrosunun iş rejimi dəyişdirilir - RƏSMİ
Dünən, 12:44
Azərbaycan və Bolqarıstan prezidentləri arasında geniş tərkibdə görüş olub - YENİLƏNİB
Dünən, 12:28
Gərgin Putin-Paşinyan görüşü - "İ" nöqtəsi qoya biləcəklərmi?
Dünən, 12:25
Azərbaycan və Bolqarıstan prezidentləri arasında geniş tərkibdə görüş başlayıb
Dünən, 11:22
İlham Əliyevlə Rumen Radev arasında təkbətək görüş başlayıb
Dünən, 11:18
Bakıda hoteldə zəhərlənən şəxslərin vəziyyəti açıqlanıb
Dünən, 11:14
Simonyan şousu: "Kadırovu yoxladım, daş kimidir" - FOTO
Dünən, 11:10
Kütləvi zəhərlənmədən sonra Zaqatalada dönərxanaların fəaliyyəti dayandırıldı
Dünən, 11:02
Ərdoğan bu gün Əli Əsədovu qəbul edəcək
Dünən, 10:00
İsrailli nazirdən HƏMAS-la bağlı sərt mesaj - Tam məhv edilənədək
Dünən, 09:56
Bu gün şəhid Milli Qəhrəmanımız polkovnik İlqar Mirzəyevin doğum günüdür - FOTO
Dünən, 09:34
ABŞ noyabrda erməni faktorunu "dəfn" edəcək: İrəvanın sülh sazişi üçün vaxtı bitir, yalvarış dövrü uzaqda deyil