"Volkswagen"lə bağlı qalmaqal böyüyür
Şirkətin Azərbaycan nümayəndəliyindən məsələyə aydınlıq gətirildi."Volkswagen" konserni İdarə Heyətinin sədri Martin Vinterkorn istefa verib.
ANS PRESS-in məlumatına görə bu barədə konsernin Müşahidə Şurasının iclasından sonra məlumat verilib. Avropanın ən böyük avtomobil konserninə yeni rəhbərin təyin edilməsinə dair qərar cümə günü qəbul ediləcək.
Məlumata əsasən İdarə heyətinin sədrinin istefa verməsinin səbəbi şirkətə məxsus avtomobillərin bir sıra modellərinin atmosferə zərərli maddələrin buraxılması ilə bağlı konsern ətrafında qalmaqalın yaranmasıdır.
"Volkswagen"ə yeni bir başlanğıc lazımdır. O cümlədən yeni kadrlar. Mən yeni insanlara yol açmaq üçün yerimi azad edirəm və istefaya gedirəm"- deyə Winterkorn bildirib.
Bəzi hesablamalara görə, şirkətə məxsus 11 milyon dizel model avtomobilin işində qüsur aşkar edilib. Bu qüsurlu avtomobilərin bazarda yerləşdirilməsinə görə tətbiq olunan cərimənin məbləği isə 18 milyard dollar dəyərində hesablanır.
ABŞ-ın Ətraf Mühitin Mühafizəsi Agentliyinin apardığı araşdırmadan sonra məlum olub ki, Audi A3s , Jetta, Beetle, Golf modellərində quraşdırılan bir cihaz, o avtomobillərdə testlərin aparılması zamanı zərərli maddələrin yayılmasının qarşısını almaq üçün nəzərdə tutulan filtri işə salır, normal əməliyyat zamanı isə həmin filtri söndürür.
Beləliklə , dizel mühərrikli Volkswagen avtomobilərinin normal fəaliyyəti zamanı ortaya çıxan tullantıların həcminin testlər aparılarkən əldə olunan göstəricilərdən daha yüksək olduğu ortaya çıxıb.
Bundan əvvəl də şirkətin ekoloji normaları pozmasına görə 18 mlrd. dollar dəyərində cərimələnəcəyi barədə məlumat yayılmışdı.
Şirkət ətrafında yaranan qalmaqal Volkswagen səhmlərinin dəyərinin aşağı düşməsinə səbəb olub. Eyni zamanda bir sıra alman siyasətçiləri qeyd edirlər ki, bu qalmaqal nəinki konsernin , bütövlükdə Almaniyanın nüfuzuna təhdiddir.
Şirkət rəhbərliyi isə mövcud şəraitdə öz günahını etiraf edib və işin maksimum şəffaf araşdırılmasına şərait yaradacağına söz verib.
Amerika Birləşmiş Ştatlarının ardınca Fransa və Cənubi Koreya da daxil olmaqla bir çox digər ölkələr, "Volkswagen" in dizel mühərrikləri işi ilə bağlı araşdırmalara başladıqlarını elan etdilər.
Məsələ ilə bağlı Azərbaycanda Volkswagen AG-nin rəsmi idxalçlısı olan Euro Style LTD-dən bildirdilər ki, Volkswagen Qrupuna aid yayılmış məlumatlar istehsalçı tərəfindən hələ də araşdırılır və yaxın vaxtlarda yoxlamanın nəticələri barədə məlumat veriləcək.
Şirkətdən bildirdilər ki, idxal olunan Volkswagen avtomobilləri ölkəmizdə tətbiq olunan bütün standartlara cavab verir. Lakin, sözügedən dizel mühərrikli Golf, Jetta və Passat modelləri rəsmi idxalçı - Euro Style LTD tərəfindən Azərbaycan avtomobil bazarına idxal olunmayıb.
Avtomobil istehsalı üzrə dünyaca məşhur şirkətlərin fəaliyyətində belə qüsurlar dəflərlə aşkar edilib və həmin şirkətlər öz maşınlarını geri çağırmağa məcbur olublar.
Bir müddət əvvəl Amerika Birləşmiş Ştatlarının nəhəng avtomobil konserni "General Motors" Şimali Amerika bazarlarından daha 60 min avtomobilini geri çağırıb. Buna səbəb isə əsasən alışma sistemindəki problemlər olub.
Geri çağırılan avtomobillərin içərisində 47 min 2008 və 2009-cu ilin sedan "Pontiac G8" modelləri və 2010-2015-ci il Chevrolet Caprice modelləridir. Şirkətin bəyanatında bildirilib ki, bu avtomobillərdə alışma kilidində nöqsan var. Əgər sürücü bilmədən ayağı ilə açara toxunsa, bu, açarın qəfil çevrilməsinə səbəb ola bilər.
Eyni zamanda İtaliyanın "Fiat" konserni tərəfindən nəzarət olunan Amerikanın "Chrysler" avtomobil istehsalçısı təhlükəsizlik yastığındakı nasazlıq səbəbi ilə 3,3 milyon avtomobili geri çağırdığını elan etmişdi.
Geri çağırılan avtomobillər Yaponiyanın "Takata" şirkəti tərəfindən istehsal olunmuş nasaz təhlükəsizlik yastıqları ilə təchiz olunub. Bu yastıqların düzgün açılmaya və hətta açılarkən avtomobilin salonundakı insanı metal hissəciklərlə yaralaya biləcəyini müəyyən edilib.
Geri çağırılacaq nasaz avtomobillərin 2,9 milyonu ABŞ-da, qalanı isə Kanada, Meksika və başqa ölkələrdə satılmışdı. Bu nasazlıq səbəbi ilə ABŞ-da dörd nəfərin həlak olduğu, 40-dan çox insanın isə yaralandığı məlumdur. "Chrysler" geri çağırılan bütün avtomobillərdəki nasaz təhlükəsiz yastıqlarını pulsuz dəyişməyə söz vermişdi.
Dünən, 16:00
Yeni iPhone-da gözlənilməz problem, 3 dəqiqəyə od kimi qızdı – Əldə saxlamaq olmur
Dünən, 15:30
Yunanıstanlı siyasətçidən QALMAQALLI BƏYANAT: Yeganə həll yolu türkləri öldürməkdir
Dünən, 14:22
Fermerdən 15 qəpiyə alınan məhsul bazarda necə 1,5 manata satılır?
Dünən, 13:39
Sensasion iddia: "Putinin partiyası" cəmi 34 faiz səs toplayıb
Dünən, 13:14
Azərbaycanda bu şəxslərin evlənməsi QƏTİ QADAĞANDIR
Dünən, 13:03
Azərbaycan lideri: Təhlükəsizliyin etibarlı təmin olunması üçün risklərin qarşısını vaxtında almaq vacibdir
Dünən, 13:00
Dövlət başçısı: Süni intellektin bədniyyətli istifadəsi terrorla mübarizəyə ciddi əngəllər törədir
Dünən, 12:32
DYP kənd texnikası sürücülərinə müraciət etdi
Dünən, 12:28
Deputat: “Ətrafı iy bürüyür, ərazidən keçmək olmur”
Dünən, 12:24
Prezident müşavirə keçirdi - FOTOLAR
Dünən, 12:00
Məkkə və Mədinəyə ziyarətlər dayandırılacaq?
Dünən, 11:54
Polis əməkdaşlarına silahlı müqavimət göstərən şəxs zərərsizləşdirildi
Dünən, 11:33
Azərbaycan buna görə müdafiə xərclərini yüksək səviyyədə saxlayır
Dünən, 11:23
Kuryerin mopedindən oğurluq edildi - 50 yaşlı kişi saxlanıldı
Dünən, 10:33
İki uşaq anası qısqanclıq zəminində öldürüldü - Hadisə yerindən görüntülər
Dünən, 10:21
Xankəndi, Xocalı, Ağdərə və Cəbrayıla növbəti köç karvanları yola salındı
Dünən, 09:51
TƏCİLİ! Türkiyədə məktəbə silahlı hücum - Yaralananlar var
Dünən, 09:45
Bəzi məktəblər bu gündən distant təhsilə keçdi – SİYAHI
Dünən, 09:34
Bakıda partlayış - Xəsarət alanlar var - VİDEO
Dünən, 09:29
Tehrandan Vaşinqtona sərt mesaj
Dünən, 09:24
Qaxda kafedə bıçaqlanma - Saxlanılan var
Dünən, 09:00
Ali tribunadan Qafqaz mesajı - Hakan Fidan Azərbaycandan danışdı
21-09-2026, 16:00
“Kurtlar Vadisi”nin 397 bölümü araşdırılacaq: Kozinoğlu istintaqında diqqət seriala yönəldi
21-09-2026, 15:30
İrandan xəbərdarlıq: ABŞ və bir neçə ölkə bizə hücum etməyə hazırlaşır
21-09-2026, 14:22
İşğalçı avrodeputatların korrupsiya, xarici təsir və siyasi lobbi şəbəkələri
21-09-2026, 13:39
Trampın Moskvaya uğurlu hücumdan sonra Zelenskiyə zənginin səbəbi bilindi: Yenə...
21-09-2026, 13:16
Trampın ŞOK Güney Qafqaz planı – Sırada Tiflis?