"AGBank"ın əməkdaşları Prezidentə və Birinci Vitse Prezidentə MÜRACİƏT ETDİ - FOTO
Iqtisadiyyat
Oxunub: 432
2 may 2020 | 21:18
"AGBank"ın əməkdaşları Prezidentə və Birinci Vitse Prezidentə MÜRACİƏT ETDİ - FOTO


"AGBank"ın əməkdaşları adından ölkə başçısı İlham Əliyev və Birinci Vitse Prezident Mehriban Əliyevaya müraciət olunub.

Müraciətdə deyilir:

Çox hörmətli Cənab Prezident İlham Əliyev və Çox hörmətli Birinci Vitse Prezident Mehriban xanım Əliyeva!
Bilirik ki, çox gərgin qrafikdə işləyir, Azərbaycanımıza çox böyük töhvələr verməkdəsiniz. Belə bir şəraitdə Sizi narahat etmək məcburiyyətində qaldığımız üçün çox təəssüflənir və bizi anlayışla qarşılayacağınıza səmimi qəlbdən inanırıq.
Sizə müraciətimizin səbəbi, “AGBank” ASC-nin fəaliyyətində yaranmış çətinliklə bağlıdır. Sizin dəstəyinizi əsirgəməyəcəyinizə ümid edirik.
1992-ci ildən fəaliyyət göstərən “AGBank” ASC hər zaman Azərbaycan Respublikasının siyasətini dəstəkləmiş və hər zaman Sizin qayğınızı hiss etmişdir. Yaranmış vəziyyətlə əlaqədar olaraq, mövcud rəhbərlik altında fəaliyyətimizi davam etdirmək üçün Sizdən köməklik istəyirik.

“AGBank” ASC böyük bir ailədir, yüzlərlə bankımızın əməkdaşları ailələri ilə birlikdə qazanc yerinin itirilməsi təhlükəsi ilə üzləşmişdir. Demək olar ki, bütün əməkdaşlar, ipoteka krediti xətti ilə ev sahibi olmuşdur, aldıqları əmək haqqı ilə ailələrin gündəlik tələbatlarını ödəməklə yanaşı eyni zamanda həmin kreditlərin ödənişini də həyata keçirirlər. “AGBank” ASC-nin fəaliyyətinin dayandırılması əməkdaşların hər birinin iş yerlərini itirməkləri ilə yanaşı eyni zamanda evsiz qalmaqları deməkdir. Bankın 30 000-dək müştərisi öz maaşlarını kart hesablarından çıxara bilmirlər. Bankın partnyorlarının hesablarındakı vəsaitlər dondurulub, onlar işçilərinin maaşlarını, dövlət ödənişlərini ödəyə bilmirlər. Bunların başlıca səbəbi Mərkəzi Bankın təyin etdiyi müvəqqəti inzibatçının bütün əməliyyatları dondurmasıdır. Nəzərinizə çatdırmaq istəyirik ki, bankın kassasında və müxbir hesablarında kifayət qədər məbləğ var idi, lakin kassaları sıfırlaşdırdıqdan və bankomatları bloklaşdırdıqdan sonra bunlar baş verdi. Hazırda xeyli insan əziyyət çəkir. Bu məsələyə xahiş edirik diqqət yetirəsiniz.
Dünyada tüğyan edən koronavirus pandemiyasının Azərbaycanda geniş yayılmasının qarşısının alınması, insanların sağlamlığının qorunması və rifahının yaxşılaşdırılması ilə bağlı Cənab Prezidentin verdiyi qərarlar “AGBank” ASC-nin bütün əməkdaşları tərəfindən böyük rəğbətlə qarşılanır. Görülən işlər dövlətimizin başçısının xalqımıza diqqət və qayğısının bariz nümunəsi kimi qiymətləndiririk.
Hörmətli Mehriban xanım Siz insanlara çox kömək edirsiniz. Bunu hamı bilir. Allah Sizdən razı olsun. Koronavirusla əlaqədar xalqa müraciətiniz bir daha göstərdi ki, Siz xalqın yanındasınız, onlara kömək göstərirsiniz. Sizin müraciətiniz bu həssas məqamda “AGBank” ASC ailəsinə ruh yüksəkliyi verdi. İnsanların təşvişə düşməmələri üçün bu müraciət çox vacib idi və Siz bunu etdiniz. Biz bir daha əmin olduq ki, ən çətin məqamda belə güvənə biləcəyimiz Prezidentimiz və vitse-prezidentimiz var. Bunları dərk edərək yaranmış vəziyyətlə mübarizədə Sizin dəstəyinizin çox vacib olduğunu hamımız dərk edirik və bizə dəstək olmağınızı Sizdən xahiş edirik.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları və Azərbaycan Respublikasının Birinci Vitse Prezidenti Mehriban xanım Əliyeva sülhün və sabitliyin qorunub saxlanması üçün hər cür səy göstərir. Biz Sizə ürəkdən heyranıq və Sizin liderlik qabiliyyətinizə hörmət edirik. //FED.AZ//

"AGBank"ın əməkdaşları Prezidentə və Birinci Vitse Prezidentə MÜRACİƏT ETDİ - FOTO
Dünən, 09:59
Erməni baş prokurordan Kamil Zeynallı açıqlaması
Dünən, 09:50
“Müharibənin yeni mərhələsi ilə üz-üzəyik”
Dünən, 09:44
Prezidentin məktubları BMT-dəki daimi nümayəndələrə çatdırılıb
Dünən, 09:00
Paşinyan üçün çıxılmaz vəziyyət: Putinin andiçmə mərasimimdən sonra...
3-05-2024, 16:02
Vilayət Eyvazov keçmiş generala yüksək vəzifə verdi - FOTO
3-05-2024, 16:00
Kəndlərin təhvil-təslim prosesi belə aparılır: Xeyrımlı kəndi ətrafında isə... - NƏ BAŞ VERİR?
3-05-2024, 15:30
Azərbaycan dövlətinin prinsipial mövqeyi bu dəfə də keçərli oldu... - vasitəçilərə ehtiyac yoxdur!
3-05-2024, 15:13
Onu xilas etmək olmur, ya ölümə gedir, ya da öldürməyə - Elşad Hacıyevdən ÇAĞIRIŞ - VİDEO
3-05-2024, 14:22
Bakı buna nail oldu: indi qalib önündə təkik - Geqamyan
3-05-2024, 14:00
Bakıda taksi qiymətləri bahalaşıb? - ARAŞDIRMA
3-05-2024, 13:38
Ermənilər xoflandı: Azərbaycan seçkiyə hazırlaşır, hücum edəcək! - KİV
3-05-2024, 12:58
Azərbaycan və Ermənistan: Normallaşma prosesi... - kimlərin maraqlarını alt-üst edir?
3-05-2024, 12:32
Gömrük idarəsində ƏMƏLİYYAT: Rəis ifadə üçün Bakıya gətirildi
3-05-2024, 11:42
Ankara və Bakıya qarşı 4 ölkənin məkrli planı - DETALLAR
3-05-2024, 11:16
İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul edib
3-05-2024, 11:10
Azərbaycanda pensiyalar bu yolla arta bilər - AÇIQLAMA
3-05-2024, 11:03
Katalizatoru olmayan avtomobillər – Sahibini nə qədər cərimə gözləyir?
3-05-2024, 10:57
Azərbaycanda onminlərlə insan bu xəbəri gözləyir – Sabah elan ediləcək, amma müəmma var!
3-05-2024, 10:50
Fransa mətbuatı Ermənistanda müdafiə işinə cəlb olunan Britaniya şirkətlərini “ifşa edib”
3-05-2024, 10:45
Seçkinin qabağa çəkilməsi dəqiqdir! - Bəs tarix?
3-05-2024, 10:41
“Bayer” məğlubiyyətsiz davam edir… - Video
3-05-2024, 10:16
“Qaçqınkom” Sus sakininin ev məsələsi ilə bağlı iddialarına cavab verib
3-05-2024, 10:11
Gürcüstanın baş naziri ABŞ-yə səfərdən imtina edib - SƏBƏB
3-05-2024, 09:39
Türkiyə MN: Ankara "S-400" sistemlərini kiməsə vermək niyyətində deyil
3-05-2024, 09:34
Ukrayna Rusiyanın dərinliklərini vura bilər - Kemeron
3-05-2024, 09:29
Hikmət Hacıyev: YUNESKO bir adamın əlində alətə çevrilməməlidir
3-05-2024, 09:25
CHP lideri Ərdoğanla görüşündə əyləşmə şəklini tənqid edib