Xüsusi karantin rejimi dövründə "Nar" abunəçilərinə səyyar və onlayn xidmət göstərməkdə davam edir
Iqtisadiyyat
Oxunub: 478
1 may 2020 | 22:04
Xüsusi karantin rejimi dövründə "Nar" abunəçilərinə səyyar və onlayn xidmət göstərməkdə davam edir


Koronavirus pandemiyaslı ilə əlaqədar olaraq ölkədə tətbiq edilən karantin rejimi müddətində “Nar” öz müştərilərinin təhlükəsizliyini təmin etmək üçün gücləndirilmiş iş rejimində fəaliyyətini davam etdirir.
Müştərilərə fasiləsiz yüksəkkeyfiyyətli xidmətlərin göstərilməsi üçün mobil müştəri xidmətləri və nömrələrin evə çatdırılması xidməti tətbiq edilib. “Nar” nömrəsi almaq istəyənlər evdən çıxmadan, narsim.az vebsaytından seçdikləri nömrələrin birbaşa evə çatdırılmasını sifariş edə bilərlər. Səyyar nömrə xidməti ilə Bakı, Abşeron, Sumqayıt və daha 23 şəhərdə 1000-dən çox nömrə sifarişi birbaşa abunəçilərin ünvanına çatdırlıb.

Bundan başqa, aprelin 6-dan başlayaraq Bakı və Abşeron yarımadasını əhatə edən “Səyyar Nar” layihəsi çərçivəsində 140-dan çox müştəriyə evində xidmət göstərilib. Qeyd edək ki, “Səyyar Nar” abunəçilərəevlərini tərk etmədən bir çox əməliyyatları birbaşa ünvanlarında əldə etmək imkanı verir. Abunəçilər "Nar" xidmət mərkəzlərində göstərilən bütün xidmətlər üçün, eləcə də, SIM kartın dəyişdirilməsi, nömrə bərpası əməliyyatları və ASAN İmza xidmətinin aktiv edilməsi üçün “Səyyar Nar”a müraciət edə bilərlər.

“Nar” xüsusi karantin rejimi dövründə abunəçilərin evdən çıxmaması üçün onlayn kanalları vasitəsilə də müştərilərə xidmət göstərməkdə davam edir. Müştəri xidməti funksiyasını yerinə yetirən sosial media səhifələri və “Nar+” tətbiqi vasitəsilə daxil olan sorğular dərhal cavablandırılır. Belə ki, martın sonlarından indiyədək “Nar+” tətbiqinə daxil olmuş müraciətlər 2 dəfə artaraq 3,4 milyondan çox sorğu emal olunub. “Nar+” tətbiqinin onlayn çat xidmətinə isə 55 minə yaxın müraciət daxil olub. Qeyd edək ki, tətbiq abunəçilərə evlərindən çıxmadan, 24/7 rejimində fəaliyyət göstərən müştəri xidmətlərindən yararlanmaq imkanı verir.

Bütün qeyd edilən xidmətlərlə yanaşı, abunəçi sorğularının fasiləsiz və operativ cavablandırılması məqsədilə “Nar” Müştəri Xidmətləri və 777 Çağrı Mərkəzi də gücləndirilmiş rejimdə fəaliyyətini davam etdirir. Martın sonlarından aprelin sonuna qədər 777 Çağrı Mərkəzinə 705 mindən çox zəng daxil olub.
Xatırladaq ki, “Nar”, koronavirus (“COVID-19”) infeksiyasının geniş yayılmasının qarşısının alınması məqsədilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna 500 min AZN ianə, eyni zamanda xüsusi rejimli xəstəxanalarda çalışan tibb personalını və nəzarətdə olan pasiyentləri pulsuz rabitə ilə təmin edib. Bütün “Nar” abunəçiləri üçün İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin 1542 qaynar xətt nömrəsinə zənglər tamamilə ödənişsiz olub. Eyni zamanda, mobil operatorun abunəçiləri vətəndaşların yaşayış yerlərini tərk etmələrinə dair icazələrin alınması məqsədilə istifadəyə verilmiş "8103" qısa nömrəsindənödənişsiz və fasiləsiz yararlana bilirlər.

Xüsusi karantin rejimi dövründə "Nar" abunəçilərinə səyyar və onlayn xidmət göstərməkdə davam edirXüsusi karantin rejimi dövründə "Nar" abunəçilərinə səyyar və onlayn xidmət göstərməkdə davam edirXüsusi karantin rejimi dövründə "Nar" abunəçilərinə səyyar və onlayn xidmət göstərməkdə davam edirXüsusi karantin rejimi dövründə "Nar" abunəçilərinə səyyar və onlayn xidmət göstərməkdə davam edir
Dünən, 09:59
Erməni baş prokurordan Kamil Zeynallı açıqlaması
Dünən, 09:50
“Müharibənin yeni mərhələsi ilə üz-üzəyik”
Dünən, 09:44
Prezidentin məktubları BMT-dəki daimi nümayəndələrə çatdırılıb
Dünən, 09:00
Paşinyan üçün çıxılmaz vəziyyət: Putinin andiçmə mərasimimdən sonra...
3-05-2024, 16:02
Vilayət Eyvazov keçmiş generala yüksək vəzifə verdi - FOTO
3-05-2024, 16:00
Kəndlərin təhvil-təslim prosesi belə aparılır: Xeyrımlı kəndi ətrafında isə... - NƏ BAŞ VERİR?
3-05-2024, 15:30
Azərbaycan dövlətinin prinsipial mövqeyi bu dəfə də keçərli oldu... - vasitəçilərə ehtiyac yoxdur!
3-05-2024, 15:13
Onu xilas etmək olmur, ya ölümə gedir, ya da öldürməyə - Elşad Hacıyevdən ÇAĞIRIŞ - VİDEO
3-05-2024, 14:22
Bakı buna nail oldu: indi qalib önündə təkik - Geqamyan
3-05-2024, 14:00
Bakıda taksi qiymətləri bahalaşıb? - ARAŞDIRMA
3-05-2024, 13:38
Ermənilər xoflandı: Azərbaycan seçkiyə hazırlaşır, hücum edəcək! - KİV
3-05-2024, 12:58
Azərbaycan və Ermənistan: Normallaşma prosesi... - kimlərin maraqlarını alt-üst edir?
3-05-2024, 12:32
Gömrük idarəsində ƏMƏLİYYAT: Rəis ifadə üçün Bakıya gətirildi
3-05-2024, 11:42
Ankara və Bakıya qarşı 4 ölkənin məkrli planı - DETALLAR
3-05-2024, 11:16
İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul edib
3-05-2024, 11:10
Azərbaycanda pensiyalar bu yolla arta bilər - AÇIQLAMA
3-05-2024, 11:03
Katalizatoru olmayan avtomobillər – Sahibini nə qədər cərimə gözləyir?
3-05-2024, 10:57
Azərbaycanda onminlərlə insan bu xəbəri gözləyir – Sabah elan ediləcək, amma müəmma var!
3-05-2024, 10:50
Fransa mətbuatı Ermənistanda müdafiə işinə cəlb olunan Britaniya şirkətlərini “ifşa edib”
3-05-2024, 10:45
Seçkinin qabağa çəkilməsi dəqiqdir! - Bəs tarix?
3-05-2024, 10:41
“Bayer” məğlubiyyətsiz davam edir… - Video
3-05-2024, 10:16
“Qaçqınkom” Sus sakininin ev məsələsi ilə bağlı iddialarına cavab verib
3-05-2024, 10:11
Gürcüstanın baş naziri ABŞ-yə səfərdən imtina edib - SƏBƏB
3-05-2024, 09:39
Türkiyə MN: Ankara "S-400" sistemlərini kiməsə vermək niyyətində deyil
3-05-2024, 09:34
Ukrayna Rusiyanın dərinliklərini vura bilər - Kemeron
3-05-2024, 09:29
Hikmət Hacıyev: YUNESKO bir adamın əlində alətə çevrilməməlidir
3-05-2024, 09:25
CHP lideri Ərdoğanla görüşündə əyləşmə şəklini tənqid edib