Azərbaycanda bu banklar bağlandı — RƏSMİ
Iqtisadiyyat
Oxunub: 415
28 apr 2020 | 20:00
Azərbaycanda bu banklar bağlandı — RƏSMİ


Mərkəzi Bankın İdarə Heyətinin 28 aprel 2020-ci il tarixli qərarına əsasən həmin banklardan ikisinin - “Atabank” ASC-nin və “Amrah Bank” ASC-nin lisenziyaları həmin tarixdən etibarən ləğv edilib.
Mərkəzi Bankdan verilən məlumata görə, qeyd olunan bankların maliyyə vəziyyətinin pisləşməsi çoxdan başlanıb, xüsusən “Atabank” ASC uzun müddətdir ki, əhalinin əmanətlərinin qaytarılması üzrə öhdəliklərini icra edə bilmirdi. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 28 noyabr tarixli, 1616 nömrəli Sərəncamına əsasən Maliyyə Bazarlarına Nəzarət Palatası ləğv edildikdən və qanunvericiliklə müəyyən edilmiş aidiyyəti səlahiyyətlər təhvil alındıqdan sonra Mərkəzi Bank tərəfindən hər iki bankda aparılan yoxlamalar nəticəsində məlum olmuşdur ki, onlar ciddi maliyyə itkilərinə yol vermiş, öz kapitallarını tam itirmiş və müflis vəziyyətinə düşmüşdür. Bankların səhmdarları ilə müzakirələrdə onlar yoxlamaların nəticələri barədə məlumatlandırılmış və onlara bankları əlavə kapitallaşdırmaq təklif olunmuşdur, lakin onlar bu imkandan istifadə etməyiblər.

Azərbaycan Mərkəzi Bankı ölkənin bank sisteminin bütövlükdə dayanqılı olduğunu bəyan etmiş, lakin sistemdə “nöqtəvi” problemlər olduğunu dəfələrlə bildirmişdir. Qeyd olunan iki problemli bankın sektorun aktivlərində xüsusi çəkisi 2,1%, kredit portfelində isə 3% təşkil edir.

Maliyyə dayanıqlığı problemi olan kommersiya bankları ilə bağlı situasiyanın maliyyə sabitliyi xarakteri daşıması, habelə aidiyyəti dövlət qurumları və Əmanətlərin Sığortalanması Fondu ilə koordinasiya edilmiş qaydada həll edilməsi zərurəti nəzərə alınaraq, məsələ ilə bağlı Maliyyə Sabitliyi Şurasında ətraflı müzakirələr aparılmış və Mərkəzi Bank qəbul etdiyi qərarlarda Şuranın tövsiyələrini nəzərə alıb.

Qeyd olunanları nəzərə alaraq, məcmu kapitalının miqdarının banklar üçün müəyyən edilmiş minimum miqdardan az olduğuna, habelə cari fəaliyyətini etibarlı və prudensial qaydada həyata keçirmədiyinə görə “Atabank” ASC-nin və “Amrah Bank” ASC-nin lisenziyaları Mərkəzi Bankın İdarə Heyəti tərəfindən 28 aprel 2020-ci il tarixindən etibarən ləğv edilmiş və hər iki bankın müflisləşmə yolu ilə ləğv edilməsi barədə məhkəməyə müraciət olunub.
Bildiririk ki, “Atabank” ASC və “Amrah Bank” ASC Əmanətlərin Siğortalanması Fonduna üzv banklardır və əhalinin bu banklarda qorunan əmanətləri heç bir dövlət vəsaiti cəlb etmədən Fond tərəfindən tam ödəniləcəkdir. Fondun vəsaiti çatmasa mövcud qanunvericiliyə uyğun olaraq çatışmayan məbləğ üzrə Mərkəzi Bank tərəfindən kredit ayrılacaqdır. Bu kredit Fond tərəfindən bağlanmış bankların aktivlərinin reallaşdırılmasından daxil olan vəsait və fəaliyyətdə olan bankların ödədikləri təqvim haqqı hesabına ödəniləcəkdir. Əmanətlərin ödənilməsi mövcud prosedurlara uyğun şəffaf şəkildə təşkil olunacaq və əmanətçilər dövri olaraq məlumatlandırılacaq.

“Atabank” ASC-nin və “Amrah Bank” ASC-nin digər öhdəlikləri məhkəmə tərəfindən təyin olunacaq ləğvedici tərəfindən qanunvericiliyə müvafiq qaydada tənzimlənəcək.

Müvəqqəti inzibatçı təyin edilmiş digər iki bank - “AGBank” ASC-də və “NBCBank” ASC-də qanunvericiliklə nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi davam etdirilir.

Mərkəzi Bank bildirir ki, bank sisteminin sağlamlaşdırılması, problemli bankların sistemdən uzaqlaşdırılması nəticəsində əhalinin öz əmanətlərindən istifadə hüquqlarının bərpa edilməsi atılan digər addımlarla birgə bank sektoruna inamın daha da artırılmasına şərait yaradacaq.

Qeyd olunan prosesləri qanunla müəyyən edilmiş prosedurlar və müddətlərdə icra etmək üçün Azərbaycan Mərkəzi Bankı xüsusi tədbirlər planı hazırlamışdır və bu planın icrası barədə əmanətçilər, ictimaiyyət mütəmadi məlumatlandırılacaq.
Bu gün, 13:22
Bir qrup incəsənət xadiminə Prezident mükafatı verildi - SƏRƏNCAM
Bu gün, 10:50
Paşinyanla Putin razılaşdı: 44 günlük müharibədən sonra...
Bu gün, 10:47
Meşədən görüntülər yayılmışdı, polis müdaxilə etdi - FOTO
Bu gün, 10:42
İlham Əliyev və Mehriban Əliyeva Həzi Aslanovun məzarını ziyarət ediblər
Bu gün, 09:25
Mehriban Əliyeva Faşizm üzərində Qələbə Günü münasibətilə paylaşım edib
Bu gün, 09:17
CHP lideri Azərbaycana gəlir: Səhvimiz varsa...
Bu gün, 09:10
“Real Madrid”dən geri dönüş: oyun 115 dəqiqə davam etdi - QOLLAR
Bu gün, 09:04
İrəvandan KTMT ilə bağlı daha bir QƏRAR
Bu gün, 08:59
Arxa cəbhə iştirakçılarına veteran statusu verilə bilərmi? - Deputatdan cavab
Bu gün, 08:53
Faşizm üzərində qələbədən 79 il ötür
Dünən, 16:00
Fürsətdir... ələ düşüb... - Ekspert danışır...
Dünən, 15:30
Noyabr ayına qədər sülh sazişi... MÜMKÜNDÜRMÜ?
Dünən, 14:37
Azərbaycan və İran prezidenti Xudafərində görüşəcək
Dünən, 14:22
Ermənistanın Azərbaycan və Türkiyə ilə zorən tərəfdaşlığı... - ŞƏRH
Dünən, 13:15
Paşinyandan kilsənin şok ifşası: onlara meydan oxudu
Dünən, 13:00
Bakı metrosunun iş rejimi dəyişdirilir - RƏSMİ
Dünən, 12:44
Azərbaycan və Bolqarıstan prezidentləri arasında geniş tərkibdə görüş olub - YENİLƏNİB
Dünən, 12:28
Gərgin Putin-Paşinyan görüşü - "İ" nöqtəsi qoya biləcəklərmi?
Dünən, 12:25
Azərbaycan və Bolqarıstan prezidentləri arasında geniş tərkibdə görüş başlayıb
Dünən, 11:22
İlham Əliyevlə Rumen Radev arasında təkbətək görüş başlayıb
Dünən, 11:18
Bakıda hoteldə zəhərlənən şəxslərin vəziyyəti açıqlanıb
Dünən, 11:14
Simonyan şousu: "Kadırovu yoxladım, daş kimidir" - FOTO
Dünən, 11:10
Kütləvi zəhərlənmədən sonra Zaqatalada dönərxanaların fəaliyyəti dayandırıldı
Dünən, 11:02
Ərdoğan bu gün Əli Əsədovu qəbul edəcək
Dünən, 10:00
İsrailli nazirdən HƏMAS-la bağlı sərt mesaj - Tam məhv edilənədək
Dünən, 09:56
Bu gün şəhid Milli Qəhrəmanımız polkovnik İlqar Mirzəyevin doğum günüdür - FOTO
Dünən, 09:34
ABŞ noyabrda erməni faktorunu "dəfn" edəcək: İrəvanın sülh sazişi üçün vaxtı bitir, yalvarış dövrü uzaqda deyil