Banklara əhali axını gözlənilir: Bəs, epidemioloji vəziyyət...? - GƏLİŞMƏ
Iqtisadiyyat
Oxunub: 414
25 apr 2020 | 18:17
Banklara əhali axını gözlənilir: Bəs, epidemioloji vəziyyət...? - GƏLİŞMƏ


Xüsusi karantin rejimindən dolayı işsizlər üçün ayrılmış iki aylıq birdəfəlik ödəmələr iki mərhələdə həyata keçirilir. Belə ki, vətəndaşlar aprel ayının ödənişini (190) nağd şəkildə alsalar da, may ayının 190 manatı onların bank hesablarına köçürülücək.

"Bu pulları alan vətəndaşlardan xahiş edirəm ki, ikinci ödəniş üçün bank hesabları açsınlar", – Prezident İlham Əliyev hökumət üzvləri ilə müşavirəsi zamanı deyib.

Bu qərarın müsbət tərəflərinə toxunan iqtisadçılar qeyd edirlər ki, 600 min vətəndaşa dövlət yardımının bank hesabı vasitəsilə həyata keçirilməsi nağdsız ödəniş sisteminin daha da genişlənməsinə xidmət edir. Deməli, müvafiq strukturlar, banklar bu prosesin operativ həyata keçirilməsi üçün bütün imkanları yaratmalıdır.

Ancaq bu məsələdə başqa nüanslar da var. Azərbaycan İnternet Forumunun (AİF) prezidenti Osman Gündüz AYNA-ya açıqlamasında bildiri ki, bu istiqamətdə bir sıra məsələlər həllini tapmayıb. Birinci məqam kimi də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) ilə Dövlət Vergi Xidmətinin (DVX) elektron sistemləri arasında uyğunsuzluq olduğunu qeyd edib.

“Dövlət yardımı alanların sayının artırılmasına yönəldilmiş müsbət addımlara baxmayaraq, ƏƏSMN-ə məxsus əmək müqavilələrinin qeydiyyatı sistemində işsizlər bəzən aktiv işçilər kimi göstərilir, çünki müqavilələri ləğv edilmir. Bu səbəblə faktiki olaraq işsiz olanlara maddi dəstək verilmir. Eyni zamanda, başqa bir dövlət sisteminə - Dövlət Vergi Xidmətinə aid olan icbari sosial sığorta sistemində bir vətəndaşın adına sığorta ödənişləri olmur, yəni əslində işsizdir. Düşünürəm ki, bu cür uyğunsuzluqlar dövlət informasiya sistemlərində yer almamalıdır. Müvafiq dövlət qurumları təcili olaraq bu uyğunsuzluqları aradan qaldırmalı və sistemləri birləşdirməlidir. Bu, işsizlərin vəziyyətini aydınlaşdırmağa kömək edəcək”, - O.Gündüz vurğulayıb.

Ekspert xatırladıb ki, bir müddət əvvəl dövlət başçısı dövlət məlumat bazalarının inteqrasiyası ilə bağlı sərəncam imzalayıb: “Lakin bu istiqamətdə problemlər qalmaqdadır. Bu baxımdan, inteqrasiya üçün cavabdeh olan qurumlar koordinasiyanı gücləndirməlidir”.

Yuxarıda qeyd edildiyi kimi, may ayı üçün ödənişlər bank köçürmələri formatında aparılacaq. Vəsaitlər dövlət tərəfindən yalnız bank köçürmələri şəklində ayrılır və buna görə maliyyə yardımı üçün müraciət edən bir müəssisənin, o cümlədən mikro sahibkarların belə bir hesabı olmalıdır. Bununla birlikdə, təcrübəmizdə bir çox kiçik sahibkarlıq subyektləri, deyək ki, bərbərlər, kiçik iaşə müəssisələri nağd şəkildə əməliyyat aparırlar ki, bu da yaxın gələcəkdə dövlət yardımı alıcılarının bank hesabları ilə bağlı banklara ciddi axın olacağı gözlənilir. Bunun isə epidemioloji vəziyyətə necə təsir edəcəyi bilinmir.
Bu gün, 13:22
Bir qrup incəsənət xadiminə Prezident mükafatı verildi - SƏRƏNCAM
Bu gün, 10:50
Paşinyanla Putin razılaşdı: 44 günlük müharibədən sonra...
Bu gün, 10:47
Meşədən görüntülər yayılmışdı, polis müdaxilə etdi - FOTO
Bu gün, 10:42
İlham Əliyev və Mehriban Əliyeva Həzi Aslanovun məzarını ziyarət ediblər
Bu gün, 09:25
Mehriban Əliyeva Faşizm üzərində Qələbə Günü münasibətilə paylaşım edib
Bu gün, 09:17
CHP lideri Azərbaycana gəlir: Səhvimiz varsa...
Bu gün, 09:10
“Real Madrid”dən geri dönüş: oyun 115 dəqiqə davam etdi - QOLLAR
Bu gün, 09:04
İrəvandan KTMT ilə bağlı daha bir QƏRAR
Bu gün, 08:59
Arxa cəbhə iştirakçılarına veteran statusu verilə bilərmi? - Deputatdan cavab
Bu gün, 08:53
Faşizm üzərində qələbədən 79 il ötür
Dünən, 16:00
Fürsətdir... ələ düşüb... - Ekspert danışır...
Dünən, 15:30
Noyabr ayına qədər sülh sazişi... MÜMKÜNDÜRMÜ?
Dünən, 14:37
Azərbaycan və İran prezidenti Xudafərində görüşəcək
Dünən, 14:22
Ermənistanın Azərbaycan və Türkiyə ilə zorən tərəfdaşlığı... - ŞƏRH
Dünən, 13:15
Paşinyandan kilsənin şok ifşası: onlara meydan oxudu
Dünən, 13:00
Bakı metrosunun iş rejimi dəyişdirilir - RƏSMİ
Dünən, 12:44
Azərbaycan və Bolqarıstan prezidentləri arasında geniş tərkibdə görüş olub - YENİLƏNİB
Dünən, 12:28
Gərgin Putin-Paşinyan görüşü - "İ" nöqtəsi qoya biləcəklərmi?
Dünən, 12:25
Azərbaycan və Bolqarıstan prezidentləri arasında geniş tərkibdə görüş başlayıb
Dünən, 11:22
İlham Əliyevlə Rumen Radev arasında təkbətək görüş başlayıb
Dünən, 11:18
Bakıda hoteldə zəhərlənən şəxslərin vəziyyəti açıqlanıb
Dünən, 11:14
Simonyan şousu: "Kadırovu yoxladım, daş kimidir" - FOTO
Dünən, 11:10
Kütləvi zəhərlənmədən sonra Zaqatalada dönərxanaların fəaliyyəti dayandırıldı
Dünən, 11:02
Ərdoğan bu gün Əli Əsədovu qəbul edəcək
Dünən, 10:00
İsrailli nazirdən HƏMAS-la bağlı sərt mesaj - Tam məhv edilənədək
Dünən, 09:56
Bu gün şəhid Milli Qəhrəmanımız polkovnik İlqar Mirzəyevin doğum günüdür - FOTO
Dünən, 09:34
ABŞ noyabrda erməni faktorunu "dəfn" edəcək: İrəvanın sülh sazişi üçün vaxtı bitir, yalvarış dövrü uzaqda deyil