Ərzaq böhranı Azərbaycandan yan keçəcək? – AÇIQLAMA
Iqtisadiyyat
Oxunub: 436
22 apr 2020 | 19:18
Ərzaq böhranı Azərbaycandan yan keçəcək? – AÇIQLAMA


Açıqlanan yeni hesabatda dünya boyu dörddə bir milyarddan çox insanın COVID-19 pandemiyasının iqtisadi təsirinə məruz qalaraq, aclıqla üzləşə biləcəyi barədə xəbərdarlıq edilir.

2020 Qlobal Ərzaq Böhranları hesabatı Ümumdünya Ərzaq Proqramı, Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı və digər 14 agentlik tərəfindən hazırlanıb.

Hesabatda COVID-19 pandemiyasından əvvəl dünyada 135 milyon insanın aclıqdan əziyyət çəkdiyi bildiriib. Hesabatın müəllifləri ciddi və təcili tədbirlər görülməzsə, ilin sonunadək pandemiyanın bu rəqəmi ikiqat artıracağı barədə xəbərdarlıq edir.

Hesabatda dünyada aclığın əsas səbəblərinin konfliktlər, iqlim dəyişikliyi və iqtisadi böhranlar olduğu, ən ağır vəziyyətdə Afrika qitəsinin olduğu, onun ardınca Asiya və Latın Amerikasının gəldiyi bildirilir. Məqalədə ciddi qida çatışmazlığdan əziyyət çəkən insanların, təxminən 77 faiz insanın münaqişə zonalarında olduğu qeyd edilir.

Ümumdünya Ərzaq Proqramının baş iqtisadçısı Arif Hüseyin “Amerikanın səsi” radiosuna Yəmən, Konqo Demokratik Respublikası, Əfqanıstan, Suriya və Cənubi Sudan kimi ölkələrdə insanlarına ən böyük risklə qarşılaşdığını deyib:

“Əgər biz onlara əl uzatmasaq, onların həyatları onsuz da sapdan asılıdır. Buna görə də onlara yardım edilməsə bu onlara çox baha başa gələ bilər. Onsuz da normal vaxtda hər gün təxminən 21 min insan acından ölür. COVID-dən deyil, aclıq səbəbindən hər 10 saniyədə bir uşaq ölür”.

Hüseyin bu və digər ölkələrdə risk altında olan insanlara yardım üçün təcili tədbirlər görülməli olduğunu deyir. O, ticarət və təchizat kanallarının hərəkətə keçməli və digər zəruri ehtiyatların hazırlanmalı olduğunu bildirir.

Onun sözlərinə görə, yardım agentlikləri təhlükəsizlik və mühafizə planları olan hökumətlərə bu proqramları genişləndirməkdə yardım etməlidir.

“Kənd təsərrüfatı sektorunu unutmamalıyıq. Hazırda yaxşı ehtiyatlarımız var, lakin təchizat zənciri işini dayandırarsa, toxum, gübrə və digər şeylər fermerlərə çatdırılmazsa, gələn il ərzaq çatışmazlığı yaşayacağıq və biz bunun qarşısını almalıyıq”, – deyə Arif Hüseyin bildirir.

BMT-nin yardım agentlikləri gözlənilən ərzaq böhranını həll etmək üçün bu il 10 və 12 milyard dollar arasında maliyyəyə ehtiyac olacağını gözləyir. Lakin onlar yaxın 3 ay ərzində xüsusən də müharibə zonaları olmaqla, ərzağa ehtiyacı olan insanları kifayət qədər qida ilə təmin etmək üçün təcili 1.9 milyard dollara ehtiyac olduğunu deyirlər.

Bəs Azərbaycanda ərzaq təhlükəsizliyi mövcuddurmu? Pandemiya neft qiymətlərinin kəskin düşməsi ölkəmizi belə bir durumla üz-üzə qoya bilərmi?

İqtisadçı Natiq Cəfərli Cebhe.info-ya açıqlamasında Azərbaycanın belə bir durumla üzləşmə ehtimalının çox aşağı olduğunu bildirib:

“Hesabatda ölkələrin adı çəkilməsə də, coğrafi istiqamətlər göstərilib, əsasən Afrika, Cənubi Asiya ölkələri nəzərdə tutulub. Bu ölkələrdə pandemiyadan əvvəl də aclıq hissi olunurdu, amma indi daha ciddi fəsadların ola bilməsi ehtimalı yüksəkdir. Azərbaycanın 3 aylıq buğda ehtiyatı var. Ərzaq ehtiyatımız da kifayyət qədərdir. Aqrar sektorda son zamanlar görülmüş işlər öz bəhrəsini verməkdədir. Yay yaxınlaşdıqca yerli məhsulların bazara çıxarılması artacaq. Sərhədlərin bağlı olduğunu nəzərə alsaq, əvvəl ölkə xaricinə çıxarılan məhsulların bir qisminin də artıq ölkə bazarlarına çıxarılacağını demək olar. Ən azı bu ilin sonuna qədər Azərbaycanda ərzaqla bağlı ciddi problemlərin yaşanacağını düşünmürəm”.

Bununla belə, iqtisadçı deyir ki, bu pandemiyanın nə vaxt bitməsindən və dünyada bununla bağlı hansı strateji qərarların verilməsindən asılıdır:

“Bəzi mütəxəssislər bildirirlər ki, əgər koronavirusun dərmanı və ya vaksini tapılmasa, pandemiyanın 2-4-cü dalğaları baş verəcək. Əgər pandemiya dalğalarla gəlib gedəcəksə, bunun bütün dünyada ciddi fəsadları olacaq. Bu fəsadlar 2020-ci ilin sonu, gələn ilin əvvəlində Azərbaycana da ərzaq məsələsində toxuna bilər”. /Cebhe.info/
Bu gün, 13:22
Bir qrup incəsənət xadiminə Prezident mükafatı verildi - SƏRƏNCAM
Bu gün, 10:50
Paşinyanla Putin razılaşdı: 44 günlük müharibədən sonra...
Bu gün, 10:47
Meşədən görüntülər yayılmışdı, polis müdaxilə etdi - FOTO
Bu gün, 10:42
İlham Əliyev və Mehriban Əliyeva Həzi Aslanovun məzarını ziyarət ediblər
Bu gün, 09:25
Mehriban Əliyeva Faşizm üzərində Qələbə Günü münasibətilə paylaşım edib
Bu gün, 09:17
CHP lideri Azərbaycana gəlir: Səhvimiz varsa...
Bu gün, 09:10
“Real Madrid”dən geri dönüş: oyun 115 dəqiqə davam etdi - QOLLAR
Bu gün, 09:04
İrəvandan KTMT ilə bağlı daha bir QƏRAR
Bu gün, 08:59
Arxa cəbhə iştirakçılarına veteran statusu verilə bilərmi? - Deputatdan cavab
Bu gün, 08:53
Faşizm üzərində qələbədən 79 il ötür
Dünən, 16:00
Fürsətdir... ələ düşüb... - Ekspert danışır...
Dünən, 15:30
Noyabr ayına qədər sülh sazişi... MÜMKÜNDÜRMÜ?
Dünən, 14:37
Azərbaycan və İran prezidenti Xudafərində görüşəcək
Dünən, 14:22
Ermənistanın Azərbaycan və Türkiyə ilə zorən tərəfdaşlığı... - ŞƏRH
Dünən, 13:15
Paşinyandan kilsənin şok ifşası: onlara meydan oxudu
Dünən, 13:00
Bakı metrosunun iş rejimi dəyişdirilir - RƏSMİ
Dünən, 12:44
Azərbaycan və Bolqarıstan prezidentləri arasında geniş tərkibdə görüş olub - YENİLƏNİB
Dünən, 12:28
Gərgin Putin-Paşinyan görüşü - "İ" nöqtəsi qoya biləcəklərmi?
Dünən, 12:25
Azərbaycan və Bolqarıstan prezidentləri arasında geniş tərkibdə görüş başlayıb
Dünən, 11:22
İlham Əliyevlə Rumen Radev arasında təkbətək görüş başlayıb
Dünən, 11:18
Bakıda hoteldə zəhərlənən şəxslərin vəziyyəti açıqlanıb
Dünən, 11:14
Simonyan şousu: "Kadırovu yoxladım, daş kimidir" - FOTO
Dünən, 11:10
Kütləvi zəhərlənmədən sonra Zaqatalada dönərxanaların fəaliyyəti dayandırıldı
Dünən, 11:02
Ərdoğan bu gün Əli Əsədovu qəbul edəcək
Dünən, 10:00
İsrailli nazirdən HƏMAS-la bağlı sərt mesaj - Tam məhv edilənədək
Dünən, 09:56
Bu gün şəhid Milli Qəhrəmanımız polkovnik İlqar Mirzəyevin doğum günüdür - FOTO
Dünən, 09:34
ABŞ noyabrda erməni faktorunu "dəfn" edəcək: İrəvanın sülh sazişi üçün vaxtı bitir, yalvarış dövrü uzaqda deyil