"Bakcell vətəndaşların sorğularını cavablandırmaq üçün “Asan Xidmət”lə əməkdaşlığı davam etdirir”
Iqtisadiyyat
Oxunub: 441
22 apr 2020 | 00:58
"Bakcell vətəndaşların sorğularını cavablandırmaq üçün “Asan Xidmət”lə əməkdaşlığı davam etdirir”


Dünyada koronavirusun yayılması ilə əlaqədar olaraq “Bakcell” şirkəti ölkəmizdə həyata keçirilən genişmiqyaslı qabaqlayıcı tədbirlərə qoşulub. Abunəçilərinin və əməkdaşlarının təhlükəsizliyini təmin etmək və bütün mümkün risklərin qarşısını almaq məqsədilə şirkət müvafiq dövlət qurumları tərəfindən bu istiqamətdə atılan addımlara xüsusi dəstək göstərir.

“Bakcell”, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və Daxili İşlər Nazirliyi tərəfindən yaradılan “Xüsusi karantin rejiminin tətbiqi zamanı icazələrin alınması və monitorinqi sistemi” vasitəsilə vətəndaş sorğularının tez bir zamanda cavablandırılması üçün pulsuz SMS icazəni təmin edib.

Bu sistemin fəaliyyətə başlaması üçün texniki inteqrasiya tədbirləri qısa müddət ərzində həyata keçirilib. Xidmət işə başlayandan sonra isə şirkət “ASAN xidmət”lə birlikdə hər gün sistemin monitorinqini aparır.

Bununla yanaşı, 8103 qısa nömrəsinə mesaj göndərilməsi ilə bağlı abunəçilərin suallarının cavablandırılması üçün şirkətin 555 Əlaqə Mərkəzi və digər müvafiq strukturları gücləndirilmiş iş rejimində çalışır. Müxtəlif mobil cihazlar vasitəsilə 8103 nömrəsinə mesaj göndərə bilməyən abunəçilərə kömək məqsədilə xüsusi videomaterial hazırlanaraq “Bakcell”in sosial media səhifələrində yerləşdirilib (videoya keçid etmək üçün bu linkə daxil olun - https://www.facebook.com/watch/?v=225149435210696 ).

Xatırladaq ki, “Bakcell” ölkədə koronavirusa qarşı mübarizə üzrə həyata keçirilən genişmiqyaslı tədbirləri dəstəkləmək üçün bir sıra mühüm layihələr həyata keçirib. Belə ki, şirkət Koronavirusla Mübarizəyə Dəstək Fonduna 1.5 milyon manat ianə etməklə yanaşı, Azərbaycana süni tənəffüs aparatları, bədən hərarətini məsafədən ölçən xüsusi keçid-buraxılış avadanlıqları, eləcə də koronavirusa yoluxmanı yerindəcə müəyyən etməyə imkan verən 3000 ədəd ekspress-testin gətirilməsi üçün iri həcmdə vəsait ayırıb. Bundan əlavə, “Bakcell” karantin mərkəzlərində çalışan tibbi heyətə təşəkkürünü ifadə etmək üçün açıqca vasitəsilə mesajlar göndərib və bütün karantin mərkəzlərinin həkimlərinə və müxtəlif karantin mərkəzlərində karantində saxlanılan vətəndaşlarımıza isə ödəmə kartları hədiyyə edib. “Bakcell” abunəçiləri öz telefonlarının ekranlarında “evdə qal” çağırışını görürlər. 1542 qaynar xətt nömrəsinə zənglər də bütün “Bakcell” abunəçiləri üçün tamamilə pulsuzdur.

Həmçinin şirkət ölkənin bütün regionlarında onlayn satış və çatdırılma xidmətini təqdim edib, xüsusilə vacib olmadıqda, Müştəri Xidməti Mərkəzlərinə getmək əvəzinə “Mənim Bakcellim” tətbiqetməsindən istifadəni və ya 555 Əlaqə Mərkəzinə zəng etməyi tövsiyə edib.

Şirkət həssas əhali qruplarına dəstək göstərmək üçün digər Korporativ Sosial Məsuliyyət təşəbbüsləri də həyata keçirir.
Dünən, 16:00
Fürsətdir... ələ düşüb... - Ekspert danışır...
Dünən, 15:30
Noyabr ayına qədər sülh sazişi... MÜMKÜNDÜRMÜ?
Dünən, 14:37
Azərbaycan və İran prezidenti Xudafərində görüşəcək
Dünən, 14:22
Ermənistanın Azərbaycan və Türkiyə ilə zorən tərəfdaşlığı... - ŞƏRH
Dünən, 13:15
Paşinyandan kilsənin şok ifşası: onlara meydan oxudu
Dünən, 13:00
Bakı metrosunun iş rejimi dəyişdirilir - RƏSMİ
Dünən, 12:44
Azərbaycan və Bolqarıstan prezidentləri arasında geniş tərkibdə görüş olub - YENİLƏNİB
Dünən, 12:28
Gərgin Putin-Paşinyan görüşü - "İ" nöqtəsi qoya biləcəklərmi?
Dünən, 12:25
Azərbaycan və Bolqarıstan prezidentləri arasında geniş tərkibdə görüş başlayıb
Dünən, 11:22
İlham Əliyevlə Rumen Radev arasında təkbətək görüş başlayıb
Dünən, 11:18
Bakıda hoteldə zəhərlənən şəxslərin vəziyyəti açıqlanıb
Dünən, 11:14
Simonyan şousu: "Kadırovu yoxladım, daş kimidir" - FOTO
Dünən, 11:10
Kütləvi zəhərlənmədən sonra Zaqatalada dönərxanaların fəaliyyəti dayandırıldı
Dünən, 11:02
Ərdoğan bu gün Əli Əsədovu qəbul edəcək
Dünən, 10:00
İsrailli nazirdən HƏMAS-la bağlı sərt mesaj - Tam məhv edilənədək
Dünən, 09:56
Bu gün şəhid Milli Qəhrəmanımız polkovnik İlqar Mirzəyevin doğum günüdür - FOTO
Dünən, 09:34
ABŞ noyabrda erməni faktorunu "dəfn" edəcək: İrəvanın sülh sazişi üçün vaxtı bitir, yalvarış dövrü uzaqda deyil
Dünən, 09:29
Lukaşenko: Dünya heç vaxt nüvə müharibəsinə indiki qədər yaxınlaşmayıb
Dünən, 09:26
UEFA Çempionlar Liqası: İlk finalçı bəlli olub - FOTO/VİDEO
Dünən, 09:22
Çin lideri Makronu belə alçaldıb
Dünən, 09:18
Bakı-Tbilisi-Qars dəmir yolunda hərəkət nə vaxt bərpa olunacaq?
Dünən, 09:14
Çindən Britaniyaya kəskin etiraz: Bu oyunu dayandırın!
Dünən, 09:11
Bu tarix Ümumdünya Futbol Günü elan edildi
Dünən, 09:05
Ukrayna Rusiyanın “TikTok”dakı üstünlüyündən narahatdır
Dünən, 09:01
"Atəşkəs əldə olunmasa, faciə baş verəcək"
7-05-2024, 16:00
10 mayla bağlı Bakının tələbləri: Masaya yeni şərt qoyuldu - NƏ BAŞ VERİR?
7-05-2024, 15:30
Kilsə Paşinyanı devirə biləcəkmi? – Şərh