Bu krediti olanlara ŞAD XƏBƏR: güzəşt edildi
Iqtisadiyyat
Oxunub: 503
14 apr 2020 | 20:21
Bu krediti olanlara ŞAD XƏBƏR: güzəşt edildi


Aqrar sahəyə verilən mikrokreditlərin ödəmə müddəti artırılıb.

Bu barədə Trend-ə şərhində İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin maliyyə analitki Ayaz Museyibov qeyd edib.

Analitik qeyd edib ki, 2020-ci il 08 aprel tarixli “Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi haqqında Əsasnamənin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 23 iyul tarixli 571 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı pandemiyanın vurduğu zərərlərdən kənd təsərüffatı sisteminin qorunması istiqamətində atılmış növbəti dəstək mexanizmidir. Yeni dəyişikliklərin ən mühüm cəhətləri aqrar sahəyə verilən mikrokreditlərin ödəmə müddətinin əlavə 1 il artırılması, kredit məbləğlərinin isə 3 dəfə artırılması imkanlarıdır.

Onun sözlərinə görə, müvafiq dəyişikliklə Aqrar Kredit və İnkişaf Agentliyinin (AKİA) vasitəsilə aqrar sahədə kredit təminatların verilməsi mexanizmi formalaşdırıldı:

“Yeni dəyişikliklərin ən mühüm cəhətləri aqrar sahəyə verilən mikrokreditlərin ödəmə müddətinin əlavə 1 il artırılması, kredit məbləğlərinin isə 3 dəfə artırılması imkanlarıdır. Digər tərəfdən, yeni mexanizm AKİA-nın vəsaitləri vasitəsilə verilmiş kreditlərin verilməsində banklara tətbiq olunan faiz dərəcəsi üzrə yuxarı limit təyin edir. Belə ki Agentlik Qaydada nəzərdə tutulan vəsaiti müvəkkil kredit təşkilatlarına təminatsız verilən mikrokreditlər və ya digər güzəştli kreditlər üçün illik 2 faiz, təminatla verilən mikrokreditlər üçün isə əlavə 0,5 faiz olmaqla, illik 2,5 faiz tətbiq etməklə verir.

Müvəkkil kredit təşkilatlarının AKİA-nın kredit vəsaitinə tətbiq etdiyi illik faiz dərəcəsinin ən yüksək həddi müvafiq olaraq öhdəliklərin icrasının təmin edilməsi üsulu müəyyən edilmədən verilən mikrokreditlər üçün 12 faizdən, digər güzəştli kreditlər üçün isə 7 faizdən artıq olmamalıdır. Xüsusilə də Qaydada nəzərdə tutulmuş təminat tətbiq edilməklə verilmiş mikrokreditlərin qeyri-işlək hissəsi üzrə risklər qismən Agentlik tərəfindən qarşılanacaqdır ki, bu da bank risklərinin azalması və bu sahəyə daha çox maliyyə resurslarının ayrılmasına imkan yaradacaqdır”.

Analitikin fikrincə, bu fərmanların verilməsi hazırkı şəraitdə kənd təsərrüfatı sahəsinə verilən kreditlərin ekspansiyasına səbəb olmaqla birlikdə, bank sisteminin müvafiq sahə üzrə risklərinin azalması, aqrar sahədə fəaliyyət göstərən sahibkarların maliyyə resurslarına çıxışının təmin edilməsinə də əsaslı imkan yaratmış oldu:

“Digər tərəfdən, müvafiq mexanizmlərin tətbiqi, kənd təsərrüfatı sisteminin və aqrar sahə iştirakçılarının stimullaşdırılmasıdır ki, bu da pandemiya dövründə ölkə üçün əhəmiyyəti xüsusilə artan qida və ərzaq təhlükəsizliyinin təmin edilməsinə də öz töhfəsini verəcək”.
Bu gün, 10:44
Daha bir “Prius” qəzası - Ölən və yaralananlar var - Foto
Bu gün, 10:39
Könülün qətlindən sonra nənəsi də öldü
Bu gün, 10:24
Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - VİDEO
Bu gün, 10:19
DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ etdi - FOTO
Bu gün, 10:13
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi vəzifəlilərlə görüşüb
Bu gün, 09:18
Blinkenin “gecə konserti” qorxunc sirri ifşa etdi: Ukrayna ABŞ-a daha lazım deyil
Bu gün, 09:00
Paşinyan istefaya hazırlaşır? - Xandanyan açıqladı
Dünən, 16:00
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı
Dünən, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
Dünən, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
Dünən, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
Dünən, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
Dünən, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
Dünən, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
Dünən, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
Dünən, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
Dünən, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
Dünən, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
Dünən, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
Dünən, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
Dünən, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
Dünən, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
Dünən, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
Dünən, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
Dünən, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
Dünən, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi
Dünən, 09:17
Polşa “Bayraktar”lara qovuşdu