"İqtisadiyyatı neftdən asılı olan ölkələrin vəziyyəti çətinləşir" - GƏLİŞMƏ
Iqtisadiyyat
Oxunub: 661
27 mar 2020 | 16:16
"İqtisadiyyatı neftdən asılı olan ölkələrin vəziyyəti çətinləşir" - GƏLİŞMƏ


Beynəlxalq Enerji Agentliyinin (IEA) rəhbəri Fateh Birol, neft bazarındakı aşağı tələb ilə bərabər ciddi bir təklif artıqlığı olduğunu ifadə edərək, "Dünyanın gündəlik neft tələbi 100 milyon bareldir və bunun 80%-i nəqliyyatda istifadə edilir. Bu gün, dünyada 3 milyard insan yeni növ koronavirus (Kovid-19) səbəbilə təcriddədir və hərəkət edə bilmir. Bunun təsirilə 2020-ci ildə gündəlik neft tələbinin təxminən 20 milyon barel azalacağını nəzərdə tuturuq" deyib.

FED.az xəbər verir ki, Birol, "Kovid-19 və Enerji Sisteminin Gələcəyi" mövzusunda video konfransda etdiyi çıxışında, neft bazarlarında tarixdə görünməmiş bir dövr yaşandığını dilə gətirib.

Kovid-19 ilə əlqədar düşən tələb və bazardakı təklif artıqlığı ilə bağlı olaraq neft qiymətlərinin 20 dollar səviyyəsinə gerilədiyini xatırladan Birol, bütün bu proseslərin gələcək illərdə çox əhəmiyyətli nəticələri olacağını söyləyib.

Neft tələbindəki enişə baxmayaraq Səudiyyə Ərəbistanı, Rusiya və bəzi istehsalçı ölkələrin bazara əlavə neft çıxarması planlaşdırdığını qeyd edən Birol, belə davam edib:

"Bu müddətdən İraq, Əlcəzair, Nigeriya, Qabon, Oman, Ekvador kimi iqtisadiyyatı neft gəlirlərinə asılı ölkələr çox ciddi bir şəkildə mənfi təsir görəcəklər. Hökumət büdcəsinin 99%-ni neft gəlirlərindən təmin edən İraqı düşünsək, hazırkı neft qiymətləri ilə İraq, dövlət işçilərinin ancaq yarısının maaşını ödəyə bilir. İraqın dövlət işçilərinə ödədiyi aylıq maaş təxminən 4 milyard dollardır, amma əldə etdiyi gəlir 2,5 milyard dollar səviyyəsindədir. Səhiyyə, təhsil və digər xərcləri hesaba qatmadan belə bir vəziyyət ortaya çıxır. Bu vəziyyət, çox ciddi ictimai və siyasi çətinliklər ortaya çıxaracaq"

Birol, bütün maliyyə təşkilatlarını bu ölkələrə dəstək olmağa dəvət edib.

"Qiymətlərdə yaxşılaşma olduğunda şist nefti istehsalı yenidən artacaq"

Digər tərəfdən, neftdəki təklif artıqlığı və aşağı tələblə birlikdə dünya neft anbarlarının çox qısa bir müddət ərzində tamamilə dolu hala gələcəyini bildirən Birol, "Bu müddətdə bir çox neft şirkətində işdən çıxarmalar ola bilər. Neft istehsalçısı ölkələrə bazarın stabil hala gəlməsinə qatqı təmin etmələri üçün çağırış edirəm" deyib.

Birol, xüsusilə Səudiyyə Ərəbistanının roluna diqqəti çəkərək, "Həm bu ilki G20 yığıncağının başçısı olaraq, həm də neft bazarında daha əvvəl göstərdiyi roluna görə Səudiyyə Ərəbistanının neft bazarlarında vəziyyətin düzəldilməsini boynuna götürməsini gözləyirik" deyib.

Rusiyanın isə ABŞ-da şist nefti istehsalını dayandırmaq məqsədilə hərəkət etdiyini ifadə edən Birol, belə danışıb:

"Bu qiymətlər ilə, Amerikanın şist nefti istehsalında xüsusilə ilin ikinci rübündən başlayaraq ciddi bir tənəzzül görəcəyik. Mən bu filmi daha əvvəl də gördüm. Rusiya, Avropa Birliyi qaz bazarlarındakı payını qorumaq və artırmaq üçün qaz qiymətlərini endirmişdi. İndi isə eyni filmi daha böyük bir ekranda görürük ki, bu da neft bazarlarında olur. Lakin, şist neftinin texnologiyası və geologiyası Amerikadadır. Qiymətlərdə yaxşılaşma olduğunda, şist nefti istehsalının çox daha güclü bir şəkildə artacağını düşünürəm".

Birol, neft bazarındakı proseslərin təbii qaz və mayeləşdirilmiş təbii qaz bazarlarına da ciddi bir şəkildə təsir etdiyini dilə gətirərək, "Bu və bundan sonrakı müddətdə, bütün hökumətlərin, liderlərin və hər kəsin rəngi ortaya çıxacaq. Ümid edirəm ki, bu gözlənilməz çətinliyə qarşı birlik içində və doğru tərəfdə dayanaraq tarixdəki yerimizi alacağıq" ifadələrini istifadə edib.
Marja
Bu gün, 10:28
Azərbaycan Ordusunda komanda-qərargah təlimləri başa çatıb
Bu gün, 09:47
Azərbaycanlılarla taciklər arasında KÜTLƏVİ DAVA: 1 həmyerlimiz öldü
Bu gün, 09:43
Bakı “soyuq müharibə”dən çəkinmir: Azərbaycanı hədəf alan dövlətlərə sərt xəbərdarlıq edilib
Bu gün, 09:38
F-16-ları məhv edəcəyik - Juravlyov
Bu gün, 09:32
Arda Gülər "Real"da növbəti qolunu vurdu - VİDEO
Bu gün, 09:24
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb - FOTO
Dünən, 16:00
Sabah 32 dərəcə isti olacaq
Dünən, 15:30
Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu
Dünən, 14:47
İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər
Dünən, 14:43
Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB
Dünən, 14:22
Əvvəl Qarabağ, sonra Qazaxın kəndləri... - Növbəti hədəf haradır?
Dünən, 14:00
İrəvan kulisləri çalxalanır: Qərbi Azərbaycana qayıdış başlayır - Ermənistan KİV
Dünən, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı
Dünən, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
Dünən, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
Dünən, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
Dünən, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
Dünən, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
Dünən, 11:22
COP29-un əhəmiyyəti
Dünən, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
Dünən, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
Dünən, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
Dünən, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
Dünən, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı
Dünən, 10:02
Conson Ağ Evin planını DE-ŞİFRƏ ETDİ: ABŞ bu ölkəyə də hücum edəcəkdi, amma...
Dünən, 09:59
Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO
Dünən, 09:41
Paşinyan sərhəddəki delimitasiya barədə hesabat verib