Maaşlar nə qədər artacaq? – Açıqlama
Iqtisadiyyat
Oxunub: 646
4 mar 2020 | 17:00
Maaşlar nə qədər artacaq? – Açıqlama


“Minimum əmək haqlarının artırılmasına dair 2020–2025-ci illər üçün tədbirlər planında ümumi rəqəmlər var”.

Bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Vahid Əhmədov maaşların artırılması ilə əlaqədar “Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2020–2025-ci illər üçün Tədbirlər Planı”nı şərh edərkən deyib.

Vahid Əhmədovun sözlərinə görə, proqram həmin rəqəmlərə uğun olaraq həyata keçirilsə, Azərbaycan əhalisinin dolanışıq vəziyyətində çox ciddi dəyişikliklər olacaq:

“Amma mən proqramda göstərilən rəqəmi hələ deyə bilmərəm. Hər halda əhali bunu 2024-cü ilə kimi görəcək. Son vaxtlar Birinci vitse prezident Mehriban xanım Əliyeva bu sahəyə daha çox diqqət ayırır. Əhalinin güzəranı ilə ciddi maraqlanır”.
Vahid Əhmədov qeyd edib ki, tədbirlər planına əsasən insanların sosial vəziyyətlərinin yaxşılaşdırılması, əmək haqlarının artırılması istiqamətində çox böyük addımlar atılacaq:

“Belə bir proqramın qəbul edilməsi çox vacib idi. Çünki əhalini narahat edən məsələlər vardı. Belə hesab edirəm ki, proqram Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin verdiyi təkliflər əsasında qəbul olunacaq. Son vaxtlar nazirlikdə ciddi islahatlar həyata keçirilir. DOST Mərkəzi, “Asan” Xidmətin yaranması böyük layihələrdəndir. Bu onu göstərir ki, şəffaflığa bu sahədə daha çox diqqət göstərilir. Əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması üçün onların əmək haqları bu proqrama uyğun olaraq artırılacaq. Onsuz da hər il dövlət büdcəsi təsdiqlənəndə Prezident İlham Əliyev bu sahəyə daha çox diqqət ayırır”.

Qeyd edək ki, Prezident İlham Əliyevin 13 fevral 2020-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2020–2025-ci illər üçün Tədbirlər Planı”nın növbəti beş ildə məşğulluq sahəsində mühüm irəliləyişlərə imkan yaradacağı gözlənilir.

Tədbirlər Planına əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əmək bazarının tənzimlənməsi istiqamətində hüquqi aktlarda dəyişikliklər edilməsinə, layiqli əməyin təmin olunması və qeyri-formal məşğulluğun qarşısının alınması məqsədilə minimum əməkhaqqının mərhələlərlə artırılmasına dair təkliflər hazırlanacaq.

Maaşlar nə qədər artacaq? – Açıqlama
Dünən, 16:00
Fürsətdir... ələ düşüb... - Ekspert danışır...
Dünən, 15:30
Noyabr ayına qədər sülh sazişi... MÜMKÜNDÜRMÜ?
Dünən, 14:37
Azərbaycan və İran prezidenti Xudafərində görüşəcək
Dünən, 14:22
Ermənistanın Azərbaycan və Türkiyə ilə zorən tərəfdaşlığı... - ŞƏRH
Dünən, 13:15
Paşinyandan kilsənin şok ifşası: onlara meydan oxudu
Dünən, 13:00
Bakı metrosunun iş rejimi dəyişdirilir - RƏSMİ
Dünən, 12:44
Azərbaycan və Bolqarıstan prezidentləri arasında geniş tərkibdə görüş olub - YENİLƏNİB
Dünən, 12:28
Gərgin Putin-Paşinyan görüşü - "İ" nöqtəsi qoya biləcəklərmi?
Dünən, 12:25
Azərbaycan və Bolqarıstan prezidentləri arasında geniş tərkibdə görüş başlayıb
Dünən, 11:22
İlham Əliyevlə Rumen Radev arasında təkbətək görüş başlayıb
Dünən, 11:18
Bakıda hoteldə zəhərlənən şəxslərin vəziyyəti açıqlanıb
Dünən, 11:14
Simonyan şousu: "Kadırovu yoxladım, daş kimidir" - FOTO
Dünən, 11:10
Kütləvi zəhərlənmədən sonra Zaqatalada dönərxanaların fəaliyyəti dayandırıldı
Dünən, 11:02
Ərdoğan bu gün Əli Əsədovu qəbul edəcək
Dünən, 10:00
İsrailli nazirdən HƏMAS-la bağlı sərt mesaj - Tam məhv edilənədək
Dünən, 09:56
Bu gün şəhid Milli Qəhrəmanımız polkovnik İlqar Mirzəyevin doğum günüdür - FOTO
Dünən, 09:34
ABŞ noyabrda erməni faktorunu "dəfn" edəcək: İrəvanın sülh sazişi üçün vaxtı bitir, yalvarış dövrü uzaqda deyil
Dünən, 09:29
Lukaşenko: Dünya heç vaxt nüvə müharibəsinə indiki qədər yaxınlaşmayıb
Dünən, 09:26
UEFA Çempionlar Liqası: İlk finalçı bəlli olub - FOTO/VİDEO
Dünən, 09:22
Çin lideri Makronu belə alçaldıb
Dünən, 09:18
Bakı-Tbilisi-Qars dəmir yolunda hərəkət nə vaxt bərpa olunacaq?
Dünən, 09:14
Çindən Britaniyaya kəskin etiraz: Bu oyunu dayandırın!
Dünən, 09:11
Bu tarix Ümumdünya Futbol Günü elan edildi
Dünən, 09:05
Ukrayna Rusiyanın “TikTok”dakı üstünlüyündən narahatdır
Dünən, 09:01
"Atəşkəs əldə olunmasa, faciə baş verəcək"
7-05-2024, 16:00
10 mayla bağlı Bakının tələbləri: Masaya yeni şərt qoyuldu - NƏ BAŞ VERİR?
7-05-2024, 15:30
Kilsə Paşinyanı devirə biləcəkmi? – Şərh