“Proses uzanarsa, hökumət dilemma qarşısında qala bilər” - GƏLİŞMƏ
Iqtisadiyyat
Oxunub: 563
4 mar 2020 | 18:43
“Proses uzanarsa, hökumət dilemma qarşısında qala bilər” - GƏLİŞMƏ


Koronavirus dünya iqtisadiyyatına zərbə vurmaqda davam edir. Dünyanın ən böyük istehsalçı şirkətlərinin olduğu, ümumdünya fabriki adlanan Çində koronavirusun yayılması və 2900 nəfərdən çox insanın ölümü, ümumilikdə 80 min nəfərin yoluxması səbəbindən istehsal prosesi dayanıb. İnsanlara evlərindən çıxmaq yasaq edilib, şirkətlər işçilərini ödənişli məzuniyyətə yollayıb.

Bu isə o deməkdir ki, müxtəlif sahələrdə dünyadakı istehsalın ən böyük həlqəsi sayılan Çində böhran vəziyyəti yaşanır. Çin həm də dünyada ən çox neft idxal edən ölkədir, istehsalın azalması isə neftə olan gündəlik tələbatı azaldıb. Nəticədə neft qiymətləri kəskin azalıb, koronavirus yayıldıqdan bəri 16 dollar ucuzlaşma qeydə alınıb. Digər tərəfdən, müxtəlif ölkələrdə sərhədlərin bağlanması, uçuşların azalması, turizmdə yaşanan böhran da beynəlxalq iqtisadi geriləməni sürətləndirir.

Bu proseslərin, xüsusən də neftin ucuzlaşmasının Azərbaycana da təsirləri böyükdür. Koronavirusdən ən çox əziyyət çəkən iki ölkə - Çin və İran Azərbaycanın əsas ticarət tərəfdaşlarıdır və bu ölkələrdən idxalın azalması daxili bazarda problem yarada bilər, qiymət artımına səbəb ola bilər. Dünya iqtisadiyyatının bir parçası olan Azərbaycan da iqtisadiyyatda yaranmış koronovirus böhranından yan keçə bilməyəcək. İnsanları ən çox narahat edən məsələ isə manatın məzənnəsidir. Əsas sual isə odur ki, manatın məzənnəsini bu böhrandan necə qoruya bilərik?

“Yeni Müsavat”a açıqlamasında bu sualı cavablandıran iqtisadçı ekspert Rəşad Həsənov bildirdi ki, koronavirusun qlobal iqtisadiyyatın artım tempinə neqativ təsiri ilə bağlı şübhələr yoxdur: “Beynəlxalq təşkilatlar da bu istiqamətdə proqnozlarını azaltmağa başlayıblar. Ümumiyyətlə götürdükdə, virus qlobal iqtisadiyyatın əsas aparıcı sektorlarından olan turizm sahəsinə öz təsirini göstərməklə yanaşı eyni zamanda digər bütün iqtisadi proseslərə domino effekti ilə mənfi təsirini göstərməkdədir. Xüsusilə də əmtəə bazarlarında qiymətlər sərt şəkildə azalır. Azərbaycan iqtisadiyyatı kontekstindən məsələyə yanaşmış olsaq, xüsusilə də enerji məhsullarının qiymətinin ucuzlaşması iqtisadiyyat üçün ciddi neqativ çağırışlar formalaşdırır. Azərbaycanın gündəlik neft hasilatı təxminən 600-650 min barel ətrafında dəyişir. Bu o deməkdir ki, neftin bir barelinin 1 dollar ucuzlaşması Azərbaycana neft ixracından daxil olan gəlirlərin təxminən 600-650 min dollar azalmasına gətirib çıxarır. Hazırda isə qiymətlər virusun yayılmasından əvvəlki ilə müqayisədə 16 dollara yaxın azalıb. Beləliklə də Azərbaycanın sadəcə neft ixracından gündəlik valyuta daxilolmalarında azalma 9-10 milyon dollara yaxındır”.

İqtisadçının sözlərinə görə, hazırda əsas sual bu prosesin nə qədər davam edəcəyidir: “Bununla bağlı müxtəlif proqnozlar var. Əgər deyildiyi kimi, isti aylarda bu virusun yayılması məhdudlaşarsa , o zaman növbəti 1-2 ay ərzində virusun sönməsi prosesinin başlayacağını deyə bilərik. Bütün proseslər əslində virusun nə qədər müddətdə və nə qədər böyük arealda yayılacağı ilə bağlı vəziyyətdən asılıdır. Amma indiki şərtlərdə biz məsələni qiymətləndirmiş olsaq, bir tərəfdən ölkənin gəlirləri neftin qiymətinin ucuzlaşması və turizm səfərlərinin məhdudlaşması səbəbindən azalır. Bəzi ölkələrlə artıq Azərbaycanın sərhədlərində gediş-gəlişin məhdudlaşdırılması ilə bağlı qərarlar qəbul edilib. Nəzərə almaq lazımdır ki, turizm sektoru neft sənayesindən sonra ölkəyə valyuta gətirən ikinci ən böyük sektorlardan biridir. Bu da o deməkdir ki, artıq tədiyyə balansında ikinci ən böyük parametr üzrə risklər də formalaşmağa başlayacaq”.

R.Həsənovun fikrincə, bütün bunlar artıq növbəti dövrlərdə manatın məzənnəsi üçün sərt bir təzyiq yarada bilər: “Eyni zamanda biz bunun üzərinə qeyri-neft məhsulları üzrə ixrac potensialının zəifləməsini də nəzərə almalıyıq. Çünki Azərbaycan virusun ən çox yayıldığı Çinə il ərzində 750 milyon dollarlıq mal ixrac edir. Ancaq indiki halda azərbaycanlı sahibkarların Çin bazarında fəaliyyət imkanları məhdudlaşıb. Eyni zamanda digər tərəfdən istehlakçıların da alıcılıq qabiliyyətinin zəifləməsi bu istiqamətdə artıq ixracın azalacağını proqnozlaşdırmaq üçün əsaslar yaradır. Bütün bunları ümumi qiymətləndirsək, təxminən prosesin 4 ay davam etməsi tədiyyə balansında ciddi təsirlərin yaranmasına, bunun da üzərinə psixoloji təzyiqlərin formalaşmasına gətirib çıxara bilər. Bu da manatın məzənnəsinin müəyyən qədər zəifləməsi üçün əsaslar yaradacaq. Təbii ki, indiki halda məzənnə dəyişikliyi hökumətin birbaşa qəbul etdiyi qərarlardan asılı olacaq. Çünki manatın məzənnəsi bazar şərtləri ilə deyil, diktə əsasında formalaşır. Ancaq orta və uzunmüddətli dövrdə bu prosesin davam etməsi hökumətin də manatın məzənnəsini yumşaltmaq istiqamətində qərar qəbul etməsinə zərurət yaradacaq. Proses uzanarsa, hökumət dilemma qarşısında qala bilər. İndiki halda bu istiqamətdə əslində ciddi addımların atılması imkanları məhduddur. Təəssüf ki, son 4 ildə müxtəlif islahat paketləri açıqlandı, yol xəritələri, təşviq mexanizmləri ortaya qoyuldu. Ancaq təəssüf ki, biz iqtisadiyyatı resurs asılılığından azad edə bilmədik. Iqtisadiyyat şaxələnməyib, ona görə də indiki halda yalnız taktiki addımlar atıla bilər. Bu da indiki halda Azərbaycandan valyuta axınının hansısa formada qarşısının alınması və ya məhdudlaşdırılması şəklində ola bilər. Ancaq ümumilikdə nəticələr virusun mövcudluğunun nə qədər müddətdə davam edəcəyindən asılı olacaq”.
Dünən, 16:00
Fürsətdir... ələ düşüb... - Ekspert danışır...
Dünən, 15:30
Noyabr ayına qədər sülh sazişi... MÜMKÜNDÜRMÜ?
Dünən, 14:37
Azərbaycan və İran prezidenti Xudafərində görüşəcək
Dünən, 14:22
Ermənistanın Azərbaycan və Türkiyə ilə zorən tərəfdaşlığı... - ŞƏRH
Dünən, 13:15
Paşinyandan kilsənin şok ifşası: onlara meydan oxudu
Dünən, 13:00
Bakı metrosunun iş rejimi dəyişdirilir - RƏSMİ
Dünən, 12:44
Azərbaycan və Bolqarıstan prezidentləri arasında geniş tərkibdə görüş olub - YENİLƏNİB
Dünən, 12:28
Gərgin Putin-Paşinyan görüşü - "İ" nöqtəsi qoya biləcəklərmi?
Dünən, 12:25
Azərbaycan və Bolqarıstan prezidentləri arasında geniş tərkibdə görüş başlayıb
Dünən, 11:22
İlham Əliyevlə Rumen Radev arasında təkbətək görüş başlayıb
Dünən, 11:18
Bakıda hoteldə zəhərlənən şəxslərin vəziyyəti açıqlanıb
Dünən, 11:14
Simonyan şousu: "Kadırovu yoxladım, daş kimidir" - FOTO
Dünən, 11:10
Kütləvi zəhərlənmədən sonra Zaqatalada dönərxanaların fəaliyyəti dayandırıldı
Dünən, 11:02
Ərdoğan bu gün Əli Əsədovu qəbul edəcək
Dünən, 10:00
İsrailli nazirdən HƏMAS-la bağlı sərt mesaj - Tam məhv edilənədək
Dünən, 09:56
Bu gün şəhid Milli Qəhrəmanımız polkovnik İlqar Mirzəyevin doğum günüdür - FOTO
Dünən, 09:34
ABŞ noyabrda erməni faktorunu "dəfn" edəcək: İrəvanın sülh sazişi üçün vaxtı bitir, yalvarış dövrü uzaqda deyil
Dünən, 09:29
Lukaşenko: Dünya heç vaxt nüvə müharibəsinə indiki qədər yaxınlaşmayıb
Dünən, 09:26
UEFA Çempionlar Liqası: İlk finalçı bəlli olub - FOTO/VİDEO
Dünən, 09:22
Çin lideri Makronu belə alçaldıb
Dünən, 09:18
Bakı-Tbilisi-Qars dəmir yolunda hərəkət nə vaxt bərpa olunacaq?
Dünən, 09:14
Çindən Britaniyaya kəskin etiraz: Bu oyunu dayandırın!
Dünən, 09:11
Bu tarix Ümumdünya Futbol Günü elan edildi
Dünən, 09:05
Ukrayna Rusiyanın “TikTok”dakı üstünlüyündən narahatdır
Dünən, 09:01
"Atəşkəs əldə olunmasa, faciə baş verəcək"
7-05-2024, 16:00
10 mayla bağlı Bakının tələbləri: Masaya yeni şərt qoyuldu - NƏ BAŞ VERİR?
7-05-2024, 15:30
Kilsə Paşinyanı devirə biləcəkmi? – Şərh