“Nar” 4G istifadəçilərinin sayı 1 milyonu ötüb
Iqtisadiyyat
Oxunub: 605
26 fev 2020 | 11:52
 “Nar” 4G istifadəçilərinin sayı 1 milyonu ötüb



Müştərilərinə hər zaman keyfiyyətli şəbəkə təcrübəsi təqdim edən “Nar”ın 4/4.5G şəbəkəsinə qoşulan və aktiv şəkildə istifadə edən abunəçilərinin sayı 1 milyonu ötüb. Son bir ildə Bakı və regionlarda quraşdırılmış 1000-dən çox yeni LTE/LTE-A texnologiyalı baza stansiyaları sayəsində “Nar”ın ümumilikdə 4G istifadəçilərinin sayı iki dəfə artıb.

Mobil operator paytaxtla yanaşı, regionlarda da şəbəkəsinin gücləndirilməsinə hər zaman xüsusi önəm verib.

Belə ki, təkmilləşmə işləri nəticəsində, ötən illə müqayisədə müxtəlif bölgələr üzrə 4G istifadəçilərinin sayında 101 faiz artım qeydə alınıb. 4G şəbəkəsinə qoşulan 1 milyonuncu istifadəçi də məhz region sakini - Oğuz rayonundan Müşviq Babayev olub. “Nar”ın baş icraçı direktoru Qunnar Panke tərəfindən “Nar”ın baş ofisində qarşılanan 1 milyonuncu 4G istifadəçisinə ən son model dəyərli smartfon hədiyyə edilib.

“Keyfiyyətli və yüksəksürətli LTE/LTE-A şəbəkəsinin daha da genişləndirilməsi müştəriyönümlü biznes yanaşmamızın əsas istiqamətlərindəndir. Ən gənc mobil operator olaraq, mühüm bir nailiyyətimizi qeyd edirik. Belə ki, 4G şəbəkəmizdən yararlanan abunəçilərimizin sayı artıq 1 milyonu ötüb. Bu isə hər iki “Nar” abunəçisindən birinin aktiv 4G istifadəçisi olması deməkdir. “Nar”ın müştərilər tərəfindən yalnız rahat və sərfəli məhsullar üçün deyil, həm də keyfiyyətli şəbəkəsinə görə seçilməsi bizi sevindirir”, - deyə Q.Panke bildirib.

“Nar”ın 4G abunəçilərinin sayının artmasına ölkə ərazisində yeni baza stansiyalarının quraşdırılması, mobil operatorun təqdim etdiyi paketlər və tariflər, eləcə də 4G smartfon penetrasiyasının artımı təsir edib. “Nar” artıq 54 bölgə mərkəzini 4G şəbəkəsi ilə təmin edib ki, bu da coğrafi ərazi əhatəsini 76 faizə qaldırıb. Hazırda “Nar”ın 4G şəbəkəsi ölkə əhalisinin 93,2 faizini əhatə edir.

“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 2007-ci il martın 21-də fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 97,9 faizini əhatə edir və 8700-dən artıq baza stansiyası ilə 2,3 milyondan çox abunəçiyə yüksək keyfiyyətli xidmət göstərir.

 “Nar” 4G istifadəçilərinin sayı 1 milyonu ötüb
Dünən, 16:00
Fürsətdir... ələ düşüb... - Ekspert danışır...
Dünən, 15:30
Noyabr ayına qədər sülh sazişi... MÜMKÜNDÜRMÜ?
Dünən, 14:37
Azərbaycan və İran prezidenti Xudafərində görüşəcək
Dünən, 14:22
Ermənistanın Azərbaycan və Türkiyə ilə zorən tərəfdaşlığı... - ŞƏRH
Dünən, 13:15
Paşinyandan kilsənin şok ifşası: onlara meydan oxudu
Dünən, 13:00
Bakı metrosunun iş rejimi dəyişdirilir - RƏSMİ
Dünən, 12:44
Azərbaycan və Bolqarıstan prezidentləri arasında geniş tərkibdə görüş olub - YENİLƏNİB
Dünən, 12:28
Gərgin Putin-Paşinyan görüşü - "İ" nöqtəsi qoya biləcəklərmi?
Dünən, 12:25
Azərbaycan və Bolqarıstan prezidentləri arasında geniş tərkibdə görüş başlayıb
Dünən, 11:22
İlham Əliyevlə Rumen Radev arasında təkbətək görüş başlayıb
Dünən, 11:18
Bakıda hoteldə zəhərlənən şəxslərin vəziyyəti açıqlanıb
Dünən, 11:14
Simonyan şousu: "Kadırovu yoxladım, daş kimidir" - FOTO
Dünən, 11:10
Kütləvi zəhərlənmədən sonra Zaqatalada dönərxanaların fəaliyyəti dayandırıldı
Dünən, 11:02
Ərdoğan bu gün Əli Əsədovu qəbul edəcək
Dünən, 10:00
İsrailli nazirdən HƏMAS-la bağlı sərt mesaj - Tam məhv edilənədək
Dünən, 09:56
Bu gün şəhid Milli Qəhrəmanımız polkovnik İlqar Mirzəyevin doğum günüdür - FOTO
Dünən, 09:34
ABŞ noyabrda erməni faktorunu "dəfn" edəcək: İrəvanın sülh sazişi üçün vaxtı bitir, yalvarış dövrü uzaqda deyil
Dünən, 09:29
Lukaşenko: Dünya heç vaxt nüvə müharibəsinə indiki qədər yaxınlaşmayıb
Dünən, 09:26
UEFA Çempionlar Liqası: İlk finalçı bəlli olub - FOTO/VİDEO
Dünən, 09:22
Çin lideri Makronu belə alçaldıb
Dünən, 09:18
Bakı-Tbilisi-Qars dəmir yolunda hərəkət nə vaxt bərpa olunacaq?
Dünən, 09:14
Çindən Britaniyaya kəskin etiraz: Bu oyunu dayandırın!
Dünən, 09:11
Bu tarix Ümumdünya Futbol Günü elan edildi
Dünən, 09:05
Ukrayna Rusiyanın “TikTok”dakı üstünlüyündən narahatdır
Dünən, 09:01
"Atəşkəs əldə olunmasa, faciə baş verəcək"
7-05-2024, 16:00
10 mayla bağlı Bakının tələbləri: Masaya yeni şərt qoyuldu - NƏ BAŞ VERİR?
7-05-2024, 15:30
Kilsə Paşinyanı devirə biləcəkmi? – Şərh