Azərbaycanda 270 min nəfərdən artıq fermer payızlıq əkinləri bəyan edib — FOTO
Iqtisadiyyat
Oxunub: 834
21 dek 2019 | 17:22
Azərbaycanda 270 min nəfərdən artıq fermer payızlıq əkinləri bəyan edib — FOTO


İndiyədək pambığa görə fermerlərə yalnız məhsul subsidiyası verilirdi. 2020-ci ildən isə pambığa görə həm əkin, həm məhsul subsidiyası veriləcək. Yəni, fermer hər hektardan orta hesabla 30 sentner məhsul götürərsə, dövlətdən 220 manat əkin subsidiyası, 300 manat isə məhsul subsidiyası alacaq. Pambıqçılığa dövlət dəstəyinin gücləndirilməsi bu sahənin inkişafını daha da təmin etmiş olacaq.
Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata görə, bunu Nazir müavini İlham Quliyev Füzuli və Beyləqanda Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin tətbiqi və payızlıq əkinlərin bəyan edilməsinə həsr olunmuş görüşlərdə deyib.

Nazir müavini bildirib ki, gələn ildən aqrar subsidiyaların elektron hökumət üzərindən verilməsi kənd təsərrüfatına dövlət dəstəyinin göstərilməsində şəffaflığı və ünvanlılığı daha da artıracaq: "Fermerlərimiz EKTİS-də qeydiyyatdan keçib, özlərinə şəxsi kabinet yaratmalıdır. Bundan sonra şəxsi kabinetinə daxil olaraq əkinlərini bəyan etməlidir. EKTİS-in tətbiqindən sonra artıq kağız sənəd dövriyyəsi aradan qalxmış olacaq. Fermer hər il əkinini elektron sistemdə bəyan etməklə subsidiya alacaq. Hazırda bəyan prosesi sürətlə davam edir, payızlıq əkini bəyan edən fermerlərimizin sayını sürətlə artması göstərir ki, vətəndaşlar yeni sistemin tətbiqini müsbət qarşılayırlar".
İlham Quliyevin sözlərinə görə, artıq 430 mindən artıq fermer EKTİS-də qeydiyyatdan keçərək, özlərinə şəxsi kabinet yaradıblar: "Payızlıq əkinləri bəyan edən fermerlərin sayı isə 270 min nəfəri keçib. Bu rəqəm hər saat artır. Əkinlərin bəyan edilməsi prosesinin ən optimal vaxtda başa çatacağını gözləyirik. Bu prosesi sürətləndirmək üçün Dövlət Aqrar İnkişaf Mərkəzlərində, "ASAN xidmət" mərkəzlərində xüsusi xidmət pəncərələri yaradılıb, kəndlərdə səyyar xidmətlər həyata keçirilir, bölgələrdə maarifləndirmə işləri aparılır. Fermerləri bu prosesdə aktiv iştiraka çağırıram, onlar qeydiyyat və bəyan prosesində hər hansı texniki çətinliklə üzləşərlərsə, qeyd etdiyim xidmət pəncərələrinə və Kənd Təsərrüfatı Nazirliyinin 1652 nömrəli Çağrı Mərkəzinə müraciət edə bilərlər".

Nazir müavini Kənd Təsərrüfatı Nazirliyinin EKTİS-in tətbiqinə məsul qurumlarının rəhbərlərindən ibarət nümayəndə heyətinin 51 rayonda bu cür görüşlər keçirdiyini deyib: "Noyabrın 29-dan başlayaraq, 51 rayonda bu cür görüşlər keçirmişik. Bu həftə bölgələrdə keçirilən görüşləri başa vururuq. Hesab edirəm ki, bölgələrə səfərlərimiz, fermerlərlə görüşlər Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin tətbiqi prosesini sürətləndirməyə kifayət qədər təsir göstərib".

Qeyd edək ki, Kənd Təsərrüfatı Nazirliyinin nümayəndə heyəti sabah Qusarda EKTİS-in tətbiqi ilə bağlı görüş keçirəcək. Görüşdə fermerlər, yerli icra hakimiyyəti strukturları rəhbərləri, yerli icra nümayəndələri, bələdiyyə sədrləri, Aqrar İnkişaf Könüllülərinin iştirakı nəzərdə tutulub.Azərbaycanda 270 min nəfərdən artıq fermer payızlıq əkinləri bəyan edib — FOTOAzərbaycanda 270 min nəfərdən artıq fermer payızlıq əkinləri bəyan edib — FOTO
Dünən, 16:00
Ermənipərəst Solovyova Ermənistandan qadağa
Dünən, 15:30
Qiymət artımı ilə bağlı NİKBİN PROQNOZ
Dünən, 13:51
Azərbaycanda kredit faizləri artacaq - AÇIQLAMA
Dünən, 13:46
Gürcüstanda müxalifət lideri döyülüb - FOTO
Dünən, 13:36
İlham Əliyev dini rəhbərlərdən ibarət nümayəndə heyətini qəbul edib
Dünən, 13:20
Bakı maksimum yararlanacaq: Yeni dünya layihəsi və böyük oyun
Dünən, 13:14
Paşinyan Kremli qəzəbləndirib: "Rüsvayçılıqdır, iyrəncdir"
Dünən, 13:09
Bu kəndlər də qaytarılır: Ermənilər dəhlizdə işlərə başladı
Dünən, 13:05
İlham Əliyev Rusiyanın Şimali Qafqaz regionunun müftilərini qəbul edib
Dünən, 11:53
Ankara Azərbaycan-Ermənistan sərhədində olanlar diqqətlə izləyir - Çelik
Dünən, 11:36
Çində yol çökdü: onlarla ölü və yaralı
Dünən, 11:30
İrəvanla Bakı arasında sülhə inanırıq - Ağ Ev
Dünən, 11:10
İlham Əliyev: “Azərbaycan əsrlər boyu mədəniyyətlərin qovuşduğu məkan olub”
Dünən, 11:05
Hadisələr Paşinyanın xeyrinə dəyişir: müxalifət özünü ələ verdi - Cinayət işi başlandı
Dünən, 10:45
Bakı Fransanı çarəsiz duruma salıb: Qafqazda "fransız xoruzu" banlamaz
Dünən, 10:38
Prezident onları təltif etdi - FOTO
Dünən, 10:33
İlham Əliyev VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu iştirak edir
Dünən, 10:03
İran Rusiyaya silah tədarükünü azaldır, yeni toqquşma olacaq - KİV
Dünən, 09:59
Bu gündən Azərbaycanda bu qadağa qüvvəyə minir
Dünən, 09:00
Bakı Fransanı çarəsiz duruma salıb: Qafqazda "fransız xoruzu" banlamaz
30-04-2024, 16:00
“Azərbaycan 10 noyabr Bəyanatını ardıcıllıqla həyata keçirir” - Erməni general
30-04-2024, 15:46
Azərbaycanda media azadlığı təmin edilir
30-04-2024, 15:30
Ermənistan: Təlatüm uzun çəkəcək... - NƏ ETMƏLİ?
30-04-2024, 14:22
ABŞ Azərbaycanla bağlı son qərarını verdi – Noyabra qədər...
30-04-2024, 14:00
Çərçivə sülh sazişinin imzalanacağı tarix açıqlandı: Geri sayım başladı - "...ilk addım atılıb"
30-04-2024, 13:35
Erməni kilsəsi müharibə və qan istəyir... - Paşinyan indi nə edəcək?
30-04-2024, 12:13
Ermənistan parlamenti Azərbaycan əleyhinə sənəddən imtina etdi - DETALLAR