"Müsabiqəyə qoşul və Nar Festivalında iştirak et!”
Iqtisadiyyat
Oxunub: 771
7 noy 2019 | 15:02
"Müsabiqəyə qoşul və Nar Festivalında iştirak et!”

Hər zaman Azərbaycan xalqının adət-ənənələri və milli-mədəni irsinə bağlılıq nümayiş etdirən "Nar” sosial media istifadəçilərinə Göyçayda keçiriləcək ənənəvi Nar Festivalında iştirak etmək imkanı verir. Belə ki, mobil operator sosial şəbəkə iştifadəçiləri üçün növbəti maraqlı müsabiqə elan edir. Suallar "Nar”ın rəsmi"Facebook” və "İnstagram” səhifələrinin hekayə bölümündə paylaşılacaq. Müsabiqə noyabrın 4-də saat 20:00-da başlayıb və noyabrın 6-sı saat 20:00-da başa çatacaq. Qaliblər noyabrın 7-də elan olunacaq.

Verilən məntiqi tapşırığı düzgün cavablandıran 10 nəfər "Nar” əməkdaşları ilə birgə noyabrın 9-10-da Göyçayda keçiriləcək Nar Festivalına gediş-dönüş qazanacaq. Qeyd edək ki, seçilən şəxslər özləri ilə daha 1 nəfəri də Göyçaya apara biləcəklər. Qaliblər təsadüfi seçim yolu ilə müəyyən ediləcək. Sualı düzgün cavablandıranların 5-i "Facebook” , 5-i isə "İnstagram” istifadəçiləri arasından seçiləcək.

Qeyd edək ki, Göyçay bütün dünyada məşhur olan Azərbaycan narının vətəni hesab olunur. Nar festivalı hər ilin noyabr ayında məhz bu rayonda möhtəşəm bayram əhval-ruhiyyəsində keçirilən bir tədbirdir.

"Nar” kampaniyaları, məhsul, xidmət və tarifləri haqqında məlumatı nar.az internet səhifəsindən öyrənmək olar.

"Azerfon” şirkəti ("Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. "Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. "Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. Nar” şəbəkəsi hazırda ölkə əhalisinin 97,5 %-ni əhatə edir və 8500-dən artıq baza stansiyası ilə 2,3 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.
4-05-2024, 09:59
Erməni baş prokurordan Kamil Zeynallı açıqlaması
4-05-2024, 09:50
“Müharibənin yeni mərhələsi ilə üz-üzəyik”
4-05-2024, 09:44
Prezidentin məktubları BMT-dəki daimi nümayəndələrə çatdırılıb
4-05-2024, 09:00
Paşinyan üçün çıxılmaz vəziyyət: Putinin andiçmə mərasimimdən sonra...
3-05-2024, 16:02
Vilayət Eyvazov keçmiş generala yüksək vəzifə verdi - FOTO
3-05-2024, 16:00
Kəndlərin təhvil-təslim prosesi belə aparılır: Xeyrımlı kəndi ətrafında isə... - NƏ BAŞ VERİR?
3-05-2024, 15:30
Azərbaycan dövlətinin prinsipial mövqeyi bu dəfə də keçərli oldu... - vasitəçilərə ehtiyac yoxdur!
3-05-2024, 15:13
Onu xilas etmək olmur, ya ölümə gedir, ya da öldürməyə - Elşad Hacıyevdən ÇAĞIRIŞ - VİDEO
3-05-2024, 14:22
Bakı buna nail oldu: indi qalib önündə təkik - Geqamyan
3-05-2024, 14:00
Bakıda taksi qiymətləri bahalaşıb? - ARAŞDIRMA
3-05-2024, 13:38
Ermənilər xoflandı: Azərbaycan seçkiyə hazırlaşır, hücum edəcək! - KİV
3-05-2024, 12:58
Azərbaycan və Ermənistan: Normallaşma prosesi... - kimlərin maraqlarını alt-üst edir?
3-05-2024, 12:32
Gömrük idarəsində ƏMƏLİYYAT: Rəis ifadə üçün Bakıya gətirildi
3-05-2024, 11:42
Ankara və Bakıya qarşı 4 ölkənin məkrli planı - DETALLAR
3-05-2024, 11:16
İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul edib
3-05-2024, 11:10
Azərbaycanda pensiyalar bu yolla arta bilər - AÇIQLAMA
3-05-2024, 11:03
Katalizatoru olmayan avtomobillər – Sahibini nə qədər cərimə gözləyir?
3-05-2024, 10:57
Azərbaycanda onminlərlə insan bu xəbəri gözləyir – Sabah elan ediləcək, amma müəmma var!
3-05-2024, 10:50
Fransa mətbuatı Ermənistanda müdafiə işinə cəlb olunan Britaniya şirkətlərini “ifşa edib”
3-05-2024, 10:45
Seçkinin qabağa çəkilməsi dəqiqdir! - Bəs tarix?
3-05-2024, 10:41
“Bayer” məğlubiyyətsiz davam edir… - Video
3-05-2024, 10:16
“Qaçqınkom” Sus sakininin ev məsələsi ilə bağlı iddialarına cavab verib
3-05-2024, 10:11
Gürcüstanın baş naziri ABŞ-yə səfərdən imtina edib - SƏBƏB
3-05-2024, 09:39
Türkiyə MN: Ankara "S-400" sistemlərini kiməsə vermək niyyətində deyil
3-05-2024, 09:34
Ukrayna Rusiyanın dərinliklərini vura bilər - Kemeron
3-05-2024, 09:29
Hikmət Hacıyev: YUNESKO bir adamın əlində alətə çevrilməməlidir
3-05-2024, 09:25
CHP lideri Ərdoğanla görüşündə əyləşmə şəklini tənqid edib