İpoteka və Kredit Zəmanət Fondu ölkə üzrə ipoteka kreditlərinə olan real tələbatı öyrənməyib - Hesablama Palatası
Iqtisadiyyat
Oxunub: 821
5 noy 2019 | 18:45
İpoteka və Kredit Zəmanət Fondu ölkə üzrə ipoteka kreditlərinə olan real tələbatı öyrənməyib - Hesablama Palatası

İpoteka və Kredit Zəmanət Fondu ölkə üzrə adi və güzəştli ipoteka kreditlərinə olan real tələbatı öyrənməyib.

“APA-Economics”in məlumatına görə, bu, Hesablama Palatasının İpoteka və Kredit Zəmanət Fondunun 2018-ci il üzrə fəaliyyətinə dair apardığı audit zamanı üzə çıxıb.

Sənəddə qeyd edilib ki, Azərbaycan Respublikası Prezidentinin 22.06.2016-cı il tarixli 940 saylı fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası”nın 4.3 bəndi ilə (İpoteka kreditinin verilməsi üçün ipoteka krediti almaq istəyən şəxs tərəfindən birbaşa və ya onun müraciət etdiyi müvəkkil bank tərəfindən həmin şəxsin adından elektron sistem vasitəsilə müraciət edilir. Müraciətlər növbəlik əsasında qeydiyyata alınır və baxılır. Müraciət etmiş şəxsə qeydiyyat nömrəsi elektron sistem vasitəsilə verilir) ipoteka krediti ilə bağlı müraciətlərin qeydiyyata alınması müəyyən edilib.

Hesablama Palatası nəzərə çatdırıb ki, təqdim edilmiş məlumatlar elektron sistemdə qeydiyyatdan keçmiş vətəndaşların müraciətlərini əhatə etmişdir. Lakin sistemə daxil olmaq və qeydiyyata düşmək istəyən və ya (müvafiq limit olmadığı üçün sistem bağlı olduğundan) cəhd edən və qeydiyyata alınmayan vətəndaşların uçotu Fondda müəyyən olunmayıb: “Bu isə öz növbəsində ölkə üzrə adi və güzəştli ipoteka kreditlərinə olan real tələbatın müəyyən olunmadığını əks etdirir”.

Qeyd edək ki, İpoteka və Kredit Zəmanət Fondu tərəfindən adi ipoteka kreditləri üzrə 2018-ci ildə 24 müvəkkil bank üzrə 247 mln. manat məbləğində limit müəyyən edilsə də, 193 965,96 min manat (78,53%) məbləğində, o cümlədən 9 bank üzrə 4-69%, 7 bank üzrə 70-81%, 8 bank üzrə isə 82-99% icra olunub.
Dünən, 09:59
Erməni baş prokurordan Kamil Zeynallı açıqlaması
Dünən, 09:50
“Müharibənin yeni mərhələsi ilə üz-üzəyik”
Dünən, 09:44
Prezidentin məktubları BMT-dəki daimi nümayəndələrə çatdırılıb
Dünən, 09:00
Paşinyan üçün çıxılmaz vəziyyət: Putinin andiçmə mərasimimdən sonra...
3-05-2024, 16:02
Vilayət Eyvazov keçmiş generala yüksək vəzifə verdi - FOTO
3-05-2024, 16:00
Kəndlərin təhvil-təslim prosesi belə aparılır: Xeyrımlı kəndi ətrafında isə... - NƏ BAŞ VERİR?
3-05-2024, 15:30
Azərbaycan dövlətinin prinsipial mövqeyi bu dəfə də keçərli oldu... - vasitəçilərə ehtiyac yoxdur!
3-05-2024, 15:13
Onu xilas etmək olmur, ya ölümə gedir, ya da öldürməyə - Elşad Hacıyevdən ÇAĞIRIŞ - VİDEO
3-05-2024, 14:22
Bakı buna nail oldu: indi qalib önündə təkik - Geqamyan
3-05-2024, 14:00
Bakıda taksi qiymətləri bahalaşıb? - ARAŞDIRMA
3-05-2024, 13:38
Ermənilər xoflandı: Azərbaycan seçkiyə hazırlaşır, hücum edəcək! - KİV
3-05-2024, 12:58
Azərbaycan və Ermənistan: Normallaşma prosesi... - kimlərin maraqlarını alt-üst edir?
3-05-2024, 12:32
Gömrük idarəsində ƏMƏLİYYAT: Rəis ifadə üçün Bakıya gətirildi
3-05-2024, 11:42
Ankara və Bakıya qarşı 4 ölkənin məkrli planı - DETALLAR
3-05-2024, 11:16
İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul edib
3-05-2024, 11:10
Azərbaycanda pensiyalar bu yolla arta bilər - AÇIQLAMA
3-05-2024, 11:03
Katalizatoru olmayan avtomobillər – Sahibini nə qədər cərimə gözləyir?
3-05-2024, 10:57
Azərbaycanda onminlərlə insan bu xəbəri gözləyir – Sabah elan ediləcək, amma müəmma var!
3-05-2024, 10:50
Fransa mətbuatı Ermənistanda müdafiə işinə cəlb olunan Britaniya şirkətlərini “ifşa edib”
3-05-2024, 10:45
Seçkinin qabağa çəkilməsi dəqiqdir! - Bəs tarix?
3-05-2024, 10:41
“Bayer” məğlubiyyətsiz davam edir… - Video
3-05-2024, 10:16
“Qaçqınkom” Sus sakininin ev məsələsi ilə bağlı iddialarına cavab verib
3-05-2024, 10:11
Gürcüstanın baş naziri ABŞ-yə səfərdən imtina edib - SƏBƏB
3-05-2024, 09:39
Türkiyə MN: Ankara "S-400" sistemlərini kiməsə vermək niyyətində deyil
3-05-2024, 09:34
Ukrayna Rusiyanın dərinliklərini vura bilər - Kemeron
3-05-2024, 09:29
Hikmət Hacıyev: YUNESKO bir adamın əlində alətə çevrilməməlidir
3-05-2024, 09:25
CHP lideri Ərdoğanla görüşündə əyləşmə şəklini tənqid edib