Siqaret 3 dəfə bahalaşacaq? – Ekspert AÇIQLADI
Iqtisadiyyat
Oxunub: 731
18 okt 2019 | 17:50
Siqaret 3 dəfə bahalaşacaq? – Ekspert AÇIQLADI

Türkiyədə tütün məmulatlarının vergiyə cəlb olunma miqdarı 3 dəfəyədək artırılacaq. Bununla bağlı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hakim Ədalət və İnkişaf Partiyasının millət vəkilləri ilə keçirdiyi görüşdə aidiyyatı orqanlara təlimat verib. Prezident ölkədə tütün məmulatlarından istifadənin vergi artımlarına baxmayaraq sürətlə artdığını bildirərək “Lazımdırsa, vergiləri 3 dəfə artırın”, – deyib.

Bəs Azərbaycanda da oxşar addım atıla bilərmi?

Məsələ ilə bağlı fikirlərini “Yeni Sabah”a bildirən iqtisadçı ekspert Natiq Cəfərli Azərbaycanda belə bir addımın qaçaqmalçılığın artması ilə nəticələnə biləcəyini deyib:

“Əslində Türkiyədə onsuz da tütün məmulatları çox baha idi. Dünyanın əksər ölkələrində belə iqtisadi yollarla tütün məmulatları ilə mübarizə, siqaretin tərgidilməsinə təşviq kimi addımlar atılır. Avropanın bir çox ölkələrində də tütün əleyhinə belə addımlar atılıb. Türkiyədə qiymətin kəskin bahalaşması orda qaçaqmalçılıqla nəticələnir. Bilirsiniz ki, ən çox ticarət dövriyyəsi olan ölkə Gürcüstandır. Əgər Türkiyə prezidentinin bu təklifi keçərli olsa, onda Gürcüstanda tütün məmulatlarının qiyməti Türkiyəyə nisbətən 4 dəfə ucuz olacaq. İndi təsəvvür edin ki, bu gerçəkləşsə, Gürcüstandan Türkiyəyə qaçaqmalçılıqla tütün keçirtmək istəyənlərin sayı artacaq. İraqda da vəziyyət eynidir, orda da qiymətlər çox ucuzdur. Eyni hal Azərbaycan üçün də keçərlidir. Ona görə bu qərar büdcəni artırmaqdansa, əks effekt verə bilər”.

Ekspert tütünlə mübarizənin daha effektli üsullarının olduğunu qeyd edib:

“Tütünlə mübarizə mütləqdir, tütünün sağlamlığa ziyanı hamıya bəllidir. Tütünlə ciddi mübarizə aparılmalıdır, amma təkcə iqtisadi yollarla deyil. Kifayət qədər sosial lahiyələr həyata keçirilməlidir. Sosial çarxlar çəkilməlidir ki, Türkiyədə bu çox yayılıb. Müxtəlif təşviq siyasətləri həyata keçirilməli, idman növləri təbliğ olunmalıdır. Azərbaycanda mübarizə belə kompleks şəkildə həyata keçirilə bilər. Bizdə sosial təbliğat azdır. Cəmiyyətdə nüfuzu olan şəxslərin bununla bağlı çıxışları vacibdir”.
Bu gün, 16:00
Evə ölməyə göndərilən xərçəng xəstəsi özünü necə sağaltdı: 1975-ci ilin resepti...
Bu gün, 15:30
Bakıda daşınmaz əmlakın qiyməti ARTDI
Bu gün, 14:22
Dövlət Komissiyası: Natiq Qasımovun qalıqlarının tapılması asan olmayacaq
Bu gün, 13:25
İlham Əliyev fərman imzaladı
Bu gün, 13:22
30 ildən sonra Türkiyə-İraq sərhədində ilk – Razılıq əldə olundu
Bu gün, 13:18
Prezident icra başçısını vəzifəsindən azad etdi - SƏRƏNCAM
Bu gün, 11:42
Azərbaycanlı deputatdan Paşinyanı sevindirən çıxış: bu ərazini verməyi təklif etdi - QALMAQAL
Bu gün, 11:38
Vətən müharibəsində itkin düşən 6 hərbçiyə şəhid statusu verilib - FOTO
Bu gün, 11:34
İlham Əliyev Datuk Mutanq Taqalı qəbul edib
Bu gün, 11:30
Blinken və MOSSAD təyyarəsi Səudiyyə Ərəbistanına uçub – Bəzi detallar
Bu gün, 10:01
Bir həftədə Rusiyanın 6620 hərbçisi məhv edilib - Pavlyuk
Bu gün, 10:00
Ermənistanda hərbi qiyam və çevriliş ssenarisi önə çıxır: Qarabağ klanı ordunu İrəvanın "işğal"ına çağırır
Bu gün, 09:46
Çin niyə Türkiyənin hərəkətlərindən narahatdır? - Artan təsir
Bu gün, 09:41
Azərbaycan Ukraynada daha 4 obyekti bərpa edəcək
Bu gün, 09:36
Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb - FOTOLAR
Bu gün, 09:28
Sədərəkdə partlayışda həlak olan şəxslərlə bağlı YENİ DETALLAR - VİDEO
Bu gün, 09:25
Ramzan Kadırovun 16 yaşlı oğluna növbəti vəzifə verildi
Bu gün, 09:21
Prezident: "Azərbaycan-Ermənistan sərhədində demarkasiyanın başlanması müsbət addımdır"
Bu gün, 09:18
Əliyev - Putin görüşməsinə dair yeni və heyrətamiz görüntülər - Rusiya mediası İNDİ YAYDI - VİDEO
Bu gün, 09:00
Entoni Blinken Prezident İlham Əliyevə zəng edib
Dünən, 09:58
Bu gün görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın doğum günüdür
27-04-2024, 18:03
"Nar"dan sərfəli smartfon təklifi
27-04-2024, 12:38
Azərbaycan hərbçiləri İtaliyada - FOTO
27-04-2024, 12:33
Bazar günü 31 dərəcə isti olacaq
27-04-2024, 10:28
Azərbaycan Ordusunda komanda-qərargah təlimləri başa çatıb
27-04-2024, 09:47
Azərbaycanlılarla taciklər arasında KÜTLƏVİ DAVA: 1 həmyerlimiz öldü
27-04-2024, 09:43
Bakı “soyuq müharibə”dən çəkinmir: Azərbaycanı hədəf alan dövlətlərə sərt xəbərdarlıq edilib