İnhisarçılıq zəifləyərsə, nə baş verər?! - TƏHLİL
Iqtisadiyyat
Oxunub: 748
12 okt 2019 | 21:17
İnhisarçılıq zəifləyərsə, nə baş verər?! - TƏHLİL

İqtisadiyyatı, sahibkarlığı inkişaf etdirən başlıca amil rəqabətdir. Rəqabət olmayan yerdə ortaya çıxan problemlər sahibkarlığın həm subyekti olan özəl qurumların, həm də obyekti olan istehlakçıların vəziyyətinə mənfi təsir göstərir. Rəqabətin olmamasının səbəblərindən biri də inhisarçılıqdır.

Sahibkarlığın hər bir sahəsində inhisarçılıq bir neçə istiqamətlərdə fəsadlar törədir. Belə ki, inhisarçı inkişafa ehtiyac duymadığı üçün bütün sahə ətalətə qərq olur. Kiçik və orta sahibkarların rəqabəti boğulduğundan məhsulların, xidmətlərin keyfiyyəti aşağı düşür, qiymətlə isə yüksək olur.

Beynəlxalq təcrübəyə görə bazarın inhisarsızlaşması bir sıra mühüm nəticələrə gətirib çıxarır:

- Məhsul və xidmətlərin 40 faizədək ucuzlaşması;

- İnhisarçının mənfəətinin elə o qədər azalması;

- Rəqabətin artması;

- Rəqabətin artması, kiçik və orta sahibkarların bu dəyişikliklərə daha çevik cavab verməsi nəticəsində məhsul və xidmətlərin keyfiyyətinin köklü dərəcədə yüksəlməsi;

- İstehlakçı məmnuniyyəti.

Deyilənləri daha rahat çatdırmaq üçün 80 faizi inhisarda olan, qalan hissəsində 15 orta və kiçik şirkətin fəaliyyət göstərdiyi bir bazarı misal gətirək.

Bazardakı inhisarçı biznesə etinasız münasibət göstərərək strategiya, xidmət keyfiyyətini artırmaq, brandın və ya işəgötürənin nüfuzu kimi hər biznesdə birinci dərəcəli məsələləri qulağardına vurur. Bütün bunlarla yanaşı, iri layihələrə birbaşa çıxış imkanına malik olan həmin inhisarçı bazarın kiçik hissəsində fəaliyyət göstərən 15 kiçik və orta şirkəti əzərək çarəsiz qoyur.

Bazardakı mərc və mənfəət səviyyəsində də kəskin fərqlər var, inhisarçı gəlirin 40-50 faizini götürdüyü müqabilində “kiçik” iştirakçılar daha yüksək keyfiyyət təqdim etmələrinə baxmayaraq, 5-7 faizlik “tikə” ilə kifayətlənməli olur.

Bu cür mərcə adət edən inhisarçı dəbdəbəli ofislərdə oturan ifrat dərəcədə böyümüş bölmələri, iş əmsalı aşağı əməkdaşlara yüksək məvaciblər, biznes siniflə xarici ezamiyyətlər kimi harınlıq mənzərəsini ortaya çıxarır.

Lakin hansısa səbəbdən bazardakı vəziyyət dəyişir, inhisarçılıq aradan qaldırılır, böyük oyunçu zəhmətsiz əldə etdiyi nəhəng üstünlüyündən məhrum olaraq hamı ilə bərabər şərtlərlə, sahibkarlığın təməl qaydaları əsasında çalışmağa “məhkum” olunur.

Belə olanda, istehlakçıları dünənki inhisarçının mərcinə müvafiq həcmdə qiymətlərin azalması müjdəsi gözləyir. Bazarın o biri iştirakçıları da yeni vəziyyətə uyğun olaraq mərclərini dəyişməyərək dərhal bazardakı paylarını artırır.

Belə bir vəziyyətdə fəaliyyətini və məsrəflərini azı 40 faiz süni artırılmış qiymətlər üzərində quran şirkətlər fəaliyyətlərini BÜSBÜTÜN yenidən qurmaq məcburiyyətində qalır. Fürsəti əldən verməyən kiçik və orta sahibkarlar isə bazarı qısa müddətdə aralarında bölüşdürürlər.

Bu kimi hallar heç də təkcə bizdə baş vermir, xarici təcrübədən buna dair istənilən qədər misal gətirmək mümkündür. Belə misallardan birini sahibkarlar üçün keçirdiyimiz təlimlərin iştirakçıları üçün mütəmadi çəkirəm.

Dünya işgüzar kəhkəşanının parlaq ulduzlarından “Johnson & Johnson” şirkəti damar protezləri bazarının 90 faizindən çoxunu zəbt etmişdi. Bu hökmranlığına arxalanan şirkət məhsulları ilə bağlı istehlakçı narazılıqlarına, həmçinin rəqiblərin artan fəaliyyətlərinə göz yumurdu. 1997-ci ildə bazarın 95 faizinə nəzarət edən, ümumi mənfəəti 80 faizə çatan, əldə etdikləri patentlər əsasında adıçəkilən məhsulun istehsalı üzərində müstəsna hüquqa malik olan şirkət müştərilərinin əsas təbəqəsi olan kardioloqlarının get-gedə daha geniş vüsət alan şikayətlərini qulağardına vururdu. Lakin həmin patent dayandırıldıqdan sonra cəmi 45 gün ərzində rəqib şirkət bazarın 70 faizini zəbt etməyə müvəffəq oldu, “Johnson & Johnson” şirkətinin bazardakı payı isə 95-dən 8 faizə düşdü!

Dibçəkdəki gül kimi hərtərəfli mühafizə olunmağa adət edən, işin səmərəsi, əmək məhsuldarlığı, müştərilərlə möhkəm əlaqə qurmaq, istehlakçı rəyləri və s. kimi “xırdalıq”larla baş qatmamağa üstünlük verərək göylərdə yeriməyə vərdiş etmiş bizim inhisarçılarımız da cəmi iki ay ərzində gerçək sahibkarlığın sərt üzünü tanıyacaqlar.

Əslində ölkə həyatında ən mühüm hadisələrdən olan inhisarsızlaşma sağlam rəqabət mühiti yaratmaq məqsədilə hökumətin silsilə iqtisadi və hüquqi addımlarını ehtiva edir.

Ölkədə sahibkarlığın, bütövlükdə iqtisadiyyatın qeyri-neft, qeyri-xammal sahələrinin inkişafına, güclənməsinə ciddi diqqət yetirən hökumət ən yaxın zamanda bazarın liberallaşması, rəqabət mühitinin təkmilləşdirilməsi üçün inhisarsızlaşma istiqamətində də konkret addımlar atacağına şübhəm yoxdur.

Və indiki iri inhisarçı şirkətlərimizə belə bir sual vermək istərdim: belə olan təqdirdə, indi əhəmiyyət vermədiyiniz o kiçik-orta şirkətlərlə rəqabətə nə qədər vaxt davam gətirə bilərsiniz?

Fəxri Ağayev - peşəkar idarəçi, sahibkarlıq məsləhətçisi
//report.az//
Bu gün, 16:00
Evə ölməyə göndərilən xərçəng xəstəsi özünü necə sağaltdı: 1975-ci ilin resepti...
Bu gün, 15:30
Bakıda daşınmaz əmlakın qiyməti ARTDI
Bu gün, 14:22
Dövlət Komissiyası: Natiq Qasımovun qalıqlarının tapılması asan olmayacaq
Bu gün, 13:25
İlham Əliyev fərman imzaladı
Bu gün, 13:22
30 ildən sonra Türkiyə-İraq sərhədində ilk – Razılıq əldə olundu
Bu gün, 13:18
Prezident icra başçısını vəzifəsindən azad etdi - SƏRƏNCAM
Bu gün, 11:42
Azərbaycanlı deputatdan Paşinyanı sevindirən çıxış: bu ərazini verməyi təklif etdi - QALMAQAL
Bu gün, 11:38
Vətən müharibəsində itkin düşən 6 hərbçiyə şəhid statusu verilib - FOTO
Bu gün, 11:34
İlham Əliyev Datuk Mutanq Taqalı qəbul edib
Bu gün, 11:30
Blinken və MOSSAD təyyarəsi Səudiyyə Ərəbistanına uçub – Bəzi detallar
Bu gün, 10:01
Bir həftədə Rusiyanın 6620 hərbçisi məhv edilib - Pavlyuk
Bu gün, 10:00
Ermənistanda hərbi qiyam və çevriliş ssenarisi önə çıxır: Qarabağ klanı ordunu İrəvanın "işğal"ına çağırır
Bu gün, 09:46
Çin niyə Türkiyənin hərəkətlərindən narahatdır? - Artan təsir
Bu gün, 09:41
Azərbaycan Ukraynada daha 4 obyekti bərpa edəcək
Bu gün, 09:36
Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb - FOTOLAR
Bu gün, 09:28
Sədərəkdə partlayışda həlak olan şəxslərlə bağlı YENİ DETALLAR - VİDEO
Bu gün, 09:25
Ramzan Kadırovun 16 yaşlı oğluna növbəti vəzifə verildi
Bu gün, 09:21
Prezident: "Azərbaycan-Ermənistan sərhədində demarkasiyanın başlanması müsbət addımdır"
Bu gün, 09:18
Əliyev - Putin görüşməsinə dair yeni və heyrətamiz görüntülər - Rusiya mediası İNDİ YAYDI - VİDEO
Bu gün, 09:00
Entoni Blinken Prezident İlham Əliyevə zəng edib
Dünən, 09:58
Bu gün görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın doğum günüdür
27-04-2024, 18:03
"Nar"dan sərfəli smartfon təklifi
27-04-2024, 12:38
Azərbaycan hərbçiləri İtaliyada - FOTO
27-04-2024, 12:33
Bazar günü 31 dərəcə isti olacaq
27-04-2024, 10:28
Azərbaycan Ordusunda komanda-qərargah təlimləri başa çatıb
27-04-2024, 09:47
Azərbaycanlılarla taciklər arasında KÜTLƏVİ DAVA: 1 həmyerlimiz öldü
27-04-2024, 09:43
Bakı “soyuq müharibə”dən çəkinmir: Azərbaycanı hədəf alan dövlətlərə sərt xəbərdarlıq edilib