Qəzadan sonra yenidən qurulan “Azərbaycan” İES-dən son görüntülər - Video
Iqtisadiyyat
Oxunub: 826
2 okt 2019 | 13:05
Qəzadan sonra yenidən qurulan “Azərbaycan” İES-dən son görüntülər - Video

“Azərenerji” ASC ötən ilin iyul ayında qəza baş verdikdən sonra tamamilə yenidənqurulan Mingəçevir şəhərində yerləşən Cənubi Qafqazın ən böyük istilik elektrik stansiyası olan “Azərbaycan” İstilik Elektrik Stansiyasının yenidən qurulması prosesi ilə bağlı video görüntülər yayıb. “Azərenerji” ASC-nin ictimaiyyətlə əlaqələr və media mərkəzinin rəisi Teymur Abdullayev “Qafqazinfo”ya bildirib ki, hər biri ayrıca elektrik stansiyası statusunda olan 8 enerji bloku növbəli şəkildə yenidən qurularaq təmir edilir. Ötən ilin payızından başlayaraq bu günə qədər 4 blokda yenidənqurma işləri aparılıb. 1 blokda isə işlər yekunlaşmaq üzrədir. Digər 3 enerji bloku da növbəli şəkildə yenidən qurulacaq.

Paralel olaraq “Azərbaycan” İstilik Elektrik Stansiyasında yerləşən, ölkənin 2 ən böyük yarımstansiyalarından biri olan 500 kilovoltluq yarımstansiyada işlərin 95 faizi görülüb və hazırda sazlama işləri həyata keçirilir. Ötən ilin iyulunda qəza baş verən 330 kilovoltluq yarımstansiyada isə yenidənqurma sürətlə davam etdirilir və işlərin yarıdan çoxu görülüb. 330 kilovoltluq yarımstansiyanın idarəetməsi üçün tikilən mərkəzdə işlər tamamlanıb.

Bundan başqa su kanalının beton qatının yenilənməsi işləri başa çatıb. Qarabağ kanalının üzərindən əhali üçün tikilən körpünün tikintisi və yolun çəkilməsi prosesi yekunlaşıb və əhalinin ixtiyarına verilib. Həmçinin stansiyanın 6 mərtəbəli mühəndis korpusu tamamilə yenidən qurulub. Yeni tikilən baş idarəetmə mərkəzində isə işlər yekunlaşıb, hazırda idarəetmə vasitələrinin sazlanması prosesi həyata keçirilir. Bundan başqa elektrik stansiyasının azot-oksigen, hava kompressor sahələrində, yağ və reagent təsərrüfatlarında, kimya sexində işlər başa çatıb, son tənzimetmə işləri aparılır.

İstismar müddətini çoxdan keçən “Azərbaycan” İstilik Elektrik Stansiyası yenidən qurulduqdan sonra ömrü ən azı 20 il uzanacaq, 320 meqavat “itirilmiş” güc bərpa ediləcək. Ən əsası isə elektrik stansiyasının etibarlığı, dayanıqlığı və təhlükəzisliyi təmin olunacaq.

“Azərbaycan” İstilik Elektrik Stansiyasının yenidən qurulması prosesinin gələn ilin birinci yarısında yekunlaşdırılması planlaşdırılıb.
Bu gün, 09:59
Erməni baş prokurordan Kamil Zeynallı açıqlaması
Bu gün, 09:50
“Müharibənin yeni mərhələsi ilə üz-üzəyik”
Bu gün, 09:44
Prezidentin məktubları BMT-dəki daimi nümayəndələrə çatdırılıb
Bu gün, 09:00
Paşinyan üçün çıxılmaz vəziyyət: Putinin andiçmə mərasimimdən sonra...
Dünən, 16:02
Vilayət Eyvazov keçmiş generala yüksək vəzifə verdi - FOTO
Dünən, 16:00
Kəndlərin təhvil-təslim prosesi belə aparılır: Xeyrımlı kəndi ətrafında isə... - NƏ BAŞ VERİR?
Dünən, 15:30
Azərbaycan dövlətinin prinsipial mövqeyi bu dəfə də keçərli oldu... - vasitəçilərə ehtiyac yoxdur!
Dünən, 15:13
Onu xilas etmək olmur, ya ölümə gedir, ya da öldürməyə - Elşad Hacıyevdən ÇAĞIRIŞ - VİDEO
Dünən, 14:22
Bakı buna nail oldu: indi qalib önündə təkik - Geqamyan
Dünən, 14:00
Bakıda taksi qiymətləri bahalaşıb? - ARAŞDIRMA
Dünən, 13:38
Ermənilər xoflandı: Azərbaycan seçkiyə hazırlaşır, hücum edəcək! - KİV
Dünən, 12:58
Azərbaycan və Ermənistan: Normallaşma prosesi... - kimlərin maraqlarını alt-üst edir?
Dünən, 12:32
Gömrük idarəsində ƏMƏLİYYAT: Rəis ifadə üçün Bakıya gətirildi
Dünən, 11:42
Ankara və Bakıya qarşı 4 ölkənin məkrli planı - DETALLAR
Dünən, 11:16
İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul edib
Dünən, 11:10
Azərbaycanda pensiyalar bu yolla arta bilər - AÇIQLAMA
Dünən, 11:03
Katalizatoru olmayan avtomobillər – Sahibini nə qədər cərimə gözləyir?
Dünən, 10:57
Azərbaycanda onminlərlə insan bu xəbəri gözləyir – Sabah elan ediləcək, amma müəmma var!
Dünən, 10:50
Fransa mətbuatı Ermənistanda müdafiə işinə cəlb olunan Britaniya şirkətlərini “ifşa edib”
Dünən, 10:45
Seçkinin qabağa çəkilməsi dəqiqdir! - Bəs tarix?
Dünən, 10:41
“Bayer” məğlubiyyətsiz davam edir… - Video
Dünən, 10:16
“Qaçqınkom” Sus sakininin ev məsələsi ilə bağlı iddialarına cavab verib
Dünən, 10:11
Gürcüstanın baş naziri ABŞ-yə səfərdən imtina edib - SƏBƏB
Dünən, 09:39
Türkiyə MN: Ankara "S-400" sistemlərini kiməsə vermək niyyətində deyil
Dünən, 09:34
Ukrayna Rusiyanın dərinliklərini vura bilər - Kemeron
Dünən, 09:29
Hikmət Hacıyev: YUNESKO bir adamın əlində alətə çevrilməməlidir
Dünən, 09:25
CHP lideri Ərdoğanla görüşündə əyləşmə şəklini tənqid edib