Azərbaycanda turizm polisinin yaradılmasına başlanılır - DETALLAR
Iqtisadiyyat
Oxunub: 759
30 sen 2019 | 16:42
Azərbaycanda turizm polisinin yaradılmasına başlanılır - DETALLAR

Azərbaycanda yaradılacaq turizm polisi Turistlərə Yardım Mərkəzinin tərkibində olacaq. Bu mərkəz özündə 3 əsas komponenti birləşdirir. Birincisi, ölkə boyu turistlərin zəng edə biləcəyi vahid qaynar xəttin, ikincisi online portalın yaradılmasıdır. Turistləri maraqlandıran suallar və cavablar mərkəzin əməkdaşları ilə birbaşa canlı ünsiyyət, online kommunikasiya imkanları ilə təqdim olunacaq. Üçüncü məqam fiziki məkanla bağlıdır. Bununla əlaqədar Bakının mərkəzində ofis fəaliyyət göstərəcək.
Bunu Azvision.az -a açıqlamasında Dövlət Turizm Agentliyinin Turizm siyasəti və strategiya şöbəsinin müdiri Məhəmməd Muradov deyib.

Qurum rəsmisinin sözlərinə görə, həmin ofisdə əlaqədar qurumların əməkdaşlarının iştirakı ilə xidmət mərkəzi qurulacaq. Daxili İşlər Nazirliyi, Dövlət Miqrasiya Xidməti, Səhiyyə Nazirliyi, Qida Təhlükəsizliyi Agentliyi, Fövqəladə Hallar Nazirliyi, Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti, Mədəniyyət Nazirliyi bu işdə təmsil olunacaqlar.

"Mərkəzin ofisinin iki komponenti olacaq. Biri turistlərə məlumatın verilməsi, digəri turistlərin hər hansı dövlət qurumu ilə bağlı xidmətə ehtiyacı varsa, məsələn, vizasını uzatmaq istəyir, sağlamlıqla bağlı problemi var və ya qida zəhərlənməsi şikayəti varsa, həmin şəxs quruma üz tutacaq və ya zəng edəcək. 8 quruma onların şikayətləri, almaq istədiyi xidmətlər kommunikasiya ediləcək və həmin müraciətlər son ana qədər izləniləcək. Binanın olacağı yer və İT strukturu ilə bağlı işlər yekunlaşdıqdan sonra mərkəz fəaliyyətə başlayacaq".

M.Muradov əlavə edib ki, Daxili İşlər Nazirliyi ilə əməkdaşlıq əsasında həyata keçirilən pilot layihə Bakı şəhəri üçün nəzərdə tutulur.

"Müəyyən nöqtələrdə Daxili İşlər Nazirliyinin əməkdaşları olacaq. Onlar turistlərə yardım edəcəklər. Əsasən dil baryeri olmayan işçilər seçiləcək, biz tərəfdən isə onlara treyninqlər keçiriləcək".

Qurum rəsmisinin sözlərinə görə, layihənin tətbiqi üçün ilkin mərhələdə 20-25 polis əməkdaşı seçiləcək.
Dünən, 09:59
Erməni baş prokurordan Kamil Zeynallı açıqlaması
Dünən, 09:50
“Müharibənin yeni mərhələsi ilə üz-üzəyik”
Dünən, 09:44
Prezidentin məktubları BMT-dəki daimi nümayəndələrə çatdırılıb
Dünən, 09:00
Paşinyan üçün çıxılmaz vəziyyət: Putinin andiçmə mərasimimdən sonra...
3-05-2024, 16:02
Vilayət Eyvazov keçmiş generala yüksək vəzifə verdi - FOTO
3-05-2024, 16:00
Kəndlərin təhvil-təslim prosesi belə aparılır: Xeyrımlı kəndi ətrafında isə... - NƏ BAŞ VERİR?
3-05-2024, 15:30
Azərbaycan dövlətinin prinsipial mövqeyi bu dəfə də keçərli oldu... - vasitəçilərə ehtiyac yoxdur!
3-05-2024, 15:13
Onu xilas etmək olmur, ya ölümə gedir, ya da öldürməyə - Elşad Hacıyevdən ÇAĞIRIŞ - VİDEO
3-05-2024, 14:22
Bakı buna nail oldu: indi qalib önündə təkik - Geqamyan
3-05-2024, 14:00
Bakıda taksi qiymətləri bahalaşıb? - ARAŞDIRMA
3-05-2024, 13:38
Ermənilər xoflandı: Azərbaycan seçkiyə hazırlaşır, hücum edəcək! - KİV
3-05-2024, 12:58
Azərbaycan və Ermənistan: Normallaşma prosesi... - kimlərin maraqlarını alt-üst edir?
3-05-2024, 12:32
Gömrük idarəsində ƏMƏLİYYAT: Rəis ifadə üçün Bakıya gətirildi
3-05-2024, 11:42
Ankara və Bakıya qarşı 4 ölkənin məkrli planı - DETALLAR
3-05-2024, 11:16
İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul edib
3-05-2024, 11:10
Azərbaycanda pensiyalar bu yolla arta bilər - AÇIQLAMA
3-05-2024, 11:03
Katalizatoru olmayan avtomobillər – Sahibini nə qədər cərimə gözləyir?
3-05-2024, 10:57
Azərbaycanda onminlərlə insan bu xəbəri gözləyir – Sabah elan ediləcək, amma müəmma var!
3-05-2024, 10:50
Fransa mətbuatı Ermənistanda müdafiə işinə cəlb olunan Britaniya şirkətlərini “ifşa edib”
3-05-2024, 10:45
Seçkinin qabağa çəkilməsi dəqiqdir! - Bəs tarix?
3-05-2024, 10:41
“Bayer” məğlubiyyətsiz davam edir… - Video
3-05-2024, 10:16
“Qaçqınkom” Sus sakininin ev məsələsi ilə bağlı iddialarına cavab verib
3-05-2024, 10:11
Gürcüstanın baş naziri ABŞ-yə səfərdən imtina edib - SƏBƏB
3-05-2024, 09:39
Türkiyə MN: Ankara "S-400" sistemlərini kiməsə vermək niyyətində deyil
3-05-2024, 09:34
Ukrayna Rusiyanın dərinliklərini vura bilər - Kemeron
3-05-2024, 09:29
Hikmət Hacıyev: YUNESKO bir adamın əlində alətə çevrilməməlidir
3-05-2024, 09:25
CHP lideri Ərdoğanla görüşündə əyləşmə şəklini tənqid edib