«Bank Standard»ı 153 nəfər dağıdıb – SİYAHINI İSTƏYİRİK» - QALMAQAL
Iqtisadiyyat
Oxunub: 792
27 sen 2019 | 18:22
«Bank Standard»ı 153 nəfər dağıdıb – SİYAHINI İSTƏYİRİK» - QALMAQAL

Hazırda ləğv etmə prosesində olan «Bank Standard»ın müflisləşməsində bankdan böyük məbləğdə təminatsız kreditlər götürən və bu kreditləri onlara ayıran təqribən 153 nəfər günahkardır.

Bunu FED.az-a «Bank Standard»ın Kreditorlar Komitəsinin Sədri Şahin Əhmədov bildirib.

Onun sözlərinə görə, sözügedən 153 nəfər bankdan hərəyə azı 500 min manatdan yuxarı kredit götürüblər. Bu kreditlərin yarısı faizsiz, yarısı da təminatsız verilib. İndi Kreditorlar Şurası həmin şəxslərin adlarının açıqlanmasını və onların ictimailəşdərilməsini istəyir ki, onlar gizlənə bilməsinlər və banka olan kreditləri qaytarsınlar: «Mən Əmanətlərin Sığortalanması Fonduna dedim ki, mənə bu adamların adlarını verin, ictimailəşdirək. Rəsmi məktub da yazmışam»- deyə Ş.Əhmədov bildirib.

«Bu 153 nəfər məqsədli olaraq bankı talayıblar. Onları və onlara kredit verənləri tapıb gətirmək lazımdır. Niyə təminatsız kredit verdiklərini araşdırmaq lazımdır. Məqsəd odur ki, bu adamları tapıb gətirib əmlaklarını əllərindən alıb, satıb insanların pulunu qaytarmaq lazımdır»- deyə «Bank Standard»ın Kreditorlar Komitəsinin sədri bildirib.

Xatırladaq ki, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Direktorlar Şurasının 30 sentyabr 2016-cı il tarixli qərarına əsasən “Bank Standard” kommersiya bankının lisenziyası 1 oktyabr 2016-cı ildən etibarən ləğv edilib.

İndiyədək bankın müştərilərə verdiyi 60 milyon kredit geri qaytarılıb, eyni zamanda qaytarılmayan kreditlərin müqabilində 70 milyon manatlıq əmlak bankın balansına verilib.
Dünən, 09:59
Erməni baş prokurordan Kamil Zeynallı açıqlaması
Dünən, 09:50
“Müharibənin yeni mərhələsi ilə üz-üzəyik”
Dünən, 09:44
Prezidentin məktubları BMT-dəki daimi nümayəndələrə çatdırılıb
Dünən, 09:00
Paşinyan üçün çıxılmaz vəziyyət: Putinin andiçmə mərasimimdən sonra...
3-05-2024, 16:02
Vilayət Eyvazov keçmiş generala yüksək vəzifə verdi - FOTO
3-05-2024, 16:00
Kəndlərin təhvil-təslim prosesi belə aparılır: Xeyrımlı kəndi ətrafında isə... - NƏ BAŞ VERİR?
3-05-2024, 15:30
Azərbaycan dövlətinin prinsipial mövqeyi bu dəfə də keçərli oldu... - vasitəçilərə ehtiyac yoxdur!
3-05-2024, 15:13
Onu xilas etmək olmur, ya ölümə gedir, ya da öldürməyə - Elşad Hacıyevdən ÇAĞIRIŞ - VİDEO
3-05-2024, 14:22
Bakı buna nail oldu: indi qalib önündə təkik - Geqamyan
3-05-2024, 14:00
Bakıda taksi qiymətləri bahalaşıb? - ARAŞDIRMA
3-05-2024, 13:38
Ermənilər xoflandı: Azərbaycan seçkiyə hazırlaşır, hücum edəcək! - KİV
3-05-2024, 12:58
Azərbaycan və Ermənistan: Normallaşma prosesi... - kimlərin maraqlarını alt-üst edir?
3-05-2024, 12:32
Gömrük idarəsində ƏMƏLİYYAT: Rəis ifadə üçün Bakıya gətirildi
3-05-2024, 11:42
Ankara və Bakıya qarşı 4 ölkənin məkrli planı - DETALLAR
3-05-2024, 11:16
İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul edib
3-05-2024, 11:10
Azərbaycanda pensiyalar bu yolla arta bilər - AÇIQLAMA
3-05-2024, 11:03
Katalizatoru olmayan avtomobillər – Sahibini nə qədər cərimə gözləyir?
3-05-2024, 10:57
Azərbaycanda onminlərlə insan bu xəbəri gözləyir – Sabah elan ediləcək, amma müəmma var!
3-05-2024, 10:50
Fransa mətbuatı Ermənistanda müdafiə işinə cəlb olunan Britaniya şirkətlərini “ifşa edib”
3-05-2024, 10:45
Seçkinin qabağa çəkilməsi dəqiqdir! - Bəs tarix?
3-05-2024, 10:41
“Bayer” məğlubiyyətsiz davam edir… - Video
3-05-2024, 10:16
“Qaçqınkom” Sus sakininin ev məsələsi ilə bağlı iddialarına cavab verib
3-05-2024, 10:11
Gürcüstanın baş naziri ABŞ-yə səfərdən imtina edib - SƏBƏB
3-05-2024, 09:39
Türkiyə MN: Ankara "S-400" sistemlərini kiməsə vermək niyyətində deyil
3-05-2024, 09:34
Ukrayna Rusiyanın dərinliklərini vura bilər - Kemeron
3-05-2024, 09:29
Hikmət Hacıyev: YUNESKO bir adamın əlində alətə çevrilməməlidir
3-05-2024, 09:25
CHP lideri Ərdoğanla görüşündə əyləşmə şəklini tənqid edib