“250 manat alanlar gəlir vergisindən azad edilməlidir”
Iqtisadiyyat
Oxunub: 648
26 sen 2019 | 11:10
“250 manat alanlar gəlir vergisindən azad edilməlidir”

“Bu aydan ölkəmizdə minimum əmək haqqı 250 manata çatdırılsa da, həmin məbləğ belə gəlir vergisinə cəlb olunmaqdadır. Belə ki, mövcud qanunvericiliyə əsasən qeyri-neft və qeyri-dövlət sektorunda çalışmayan və güzəştli kateqoriyaya düşməyən işçi ilə 250 manatlıq əmək müqaviləsi bağlanıbsa ona ödənilən pul daha az olur”.

“Qafqazinfo” xəbər verir ki, bunu iqtisadçı ekspert Vüqar Bayramov sosial şəbəkədə yazıb. Onun sözlərinə görə, qanunvericiliyə əsasən, həmin əmək haqqından 7 manat ((250 manat-200 manat) x 14 faiz) - gəlir vergisi, 7,50 manat ((250 manat x 3 faiz) - sosial ayırma və 1,25 manat (250 manat x 0,5 faiz) - işsizlikdən sığorta tutulur. Bu zaman işçiyə ödəniləcək məbləğ 234,25 ((250 manat -7 manat- 7.50 manat -1.25 manat) manat olur. Deməli, minimum əmək haqqı məbləğinə uyğun müqavilə bağlayan işçi 250 manat deyil, 234 manat 25 qəpik alır. Sosial ayırmaların həyata keçirilməsi işçinin pensiya təminatı üçün vacib olduğundan sosial ödənişlər anlaşılandır. Onsuz da minimum əmək haqqıdan alınan gəlir vergisi büdcədə ciddi paya malik deyil. Buna görə də, minimum əmək haqqının gəlir vergisindən azad edilməsinə ehtiyac var. Bu baxımdan, fiziki şəxslərin gəlir vergisindən azad olunan hissənin 200 manatdan 300 manatadək artırılması daha məqsədəuyğun olardı”.

V. Bayramov bildirib ki, Vergi Məcəlləsində vergidən azad olunan məbləğ minimum əmək haqqı ilə əlaqələndirilməyib: “Qeyri-neft və qeyri-dövlət sektorunda çalışan və aylıq maaşı 8 min manatdan az olanların növbəti 7 il müddətində belə güzəştlərdən istifadə etdiyini nəzərə alsaq, o zaman digər sektorlarda vergidən azad olunan məbləğin artırılmasına ehtiyac var. Bu minimum əmək haqqı səviyyəsində maaş alan vətəndaşın daha çox əmək haqqı almasına səbəb olar”.
4-05-2024, 09:59
Erməni baş prokurordan Kamil Zeynallı açıqlaması
4-05-2024, 09:50
“Müharibənin yeni mərhələsi ilə üz-üzəyik”
4-05-2024, 09:44
Prezidentin məktubları BMT-dəki daimi nümayəndələrə çatdırılıb
4-05-2024, 09:00
Paşinyan üçün çıxılmaz vəziyyət: Putinin andiçmə mərasimimdən sonra...
3-05-2024, 16:02
Vilayət Eyvazov keçmiş generala yüksək vəzifə verdi - FOTO
3-05-2024, 16:00
Kəndlərin təhvil-təslim prosesi belə aparılır: Xeyrımlı kəndi ətrafında isə... - NƏ BAŞ VERİR?
3-05-2024, 15:30
Azərbaycan dövlətinin prinsipial mövqeyi bu dəfə də keçərli oldu... - vasitəçilərə ehtiyac yoxdur!
3-05-2024, 15:13
Onu xilas etmək olmur, ya ölümə gedir, ya da öldürməyə - Elşad Hacıyevdən ÇAĞIRIŞ - VİDEO
3-05-2024, 14:22
Bakı buna nail oldu: indi qalib önündə təkik - Geqamyan
3-05-2024, 14:00
Bakıda taksi qiymətləri bahalaşıb? - ARAŞDIRMA
3-05-2024, 13:38
Ermənilər xoflandı: Azərbaycan seçkiyə hazırlaşır, hücum edəcək! - KİV
3-05-2024, 12:58
Azərbaycan və Ermənistan: Normallaşma prosesi... - kimlərin maraqlarını alt-üst edir?
3-05-2024, 12:32
Gömrük idarəsində ƏMƏLİYYAT: Rəis ifadə üçün Bakıya gətirildi
3-05-2024, 11:42
Ankara və Bakıya qarşı 4 ölkənin məkrli planı - DETALLAR
3-05-2024, 11:16
İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul edib
3-05-2024, 11:10
Azərbaycanda pensiyalar bu yolla arta bilər - AÇIQLAMA
3-05-2024, 11:03
Katalizatoru olmayan avtomobillər – Sahibini nə qədər cərimə gözləyir?
3-05-2024, 10:57
Azərbaycanda onminlərlə insan bu xəbəri gözləyir – Sabah elan ediləcək, amma müəmma var!
3-05-2024, 10:50
Fransa mətbuatı Ermənistanda müdafiə işinə cəlb olunan Britaniya şirkətlərini “ifşa edib”
3-05-2024, 10:45
Seçkinin qabağa çəkilməsi dəqiqdir! - Bəs tarix?
3-05-2024, 10:41
“Bayer” məğlubiyyətsiz davam edir… - Video
3-05-2024, 10:16
“Qaçqınkom” Sus sakininin ev məsələsi ilə bağlı iddialarına cavab verib
3-05-2024, 10:11
Gürcüstanın baş naziri ABŞ-yə səfərdən imtina edib - SƏBƏB
3-05-2024, 09:39
Türkiyə MN: Ankara "S-400" sistemlərini kiməsə vermək niyyətində deyil
3-05-2024, 09:34
Ukrayna Rusiyanın dərinliklərini vura bilər - Kemeron
3-05-2024, 09:29
Hikmət Hacıyev: YUNESKO bir adamın əlində alətə çevrilməməlidir
3-05-2024, 09:25
CHP lideri Ərdoğanla görüşündə əyləşmə şəklini tənqid edib