Bahalı dolların yaratdığı RİSK - TƏHLİL
Iqtisadiyyat
Oxunub: 780
16 avq 2019 | 19:45
Bahalı dolların yaratdığı RİSK - TƏHLİL

Bahalı valyuta ölkələrin iqtisadiyyatı üçün ciddi təhlükə yaradır.

Bu təhlükə xüsusilə ixrac potensialı yüksək olan ölkələrdə, daha çox mal və məhsullar idxal edən dövlətlərdə hiss olunur. Böyük iqtisadi gücə sahib olan ölkələr bu təhlükəni müxtəlif yollarla, xüsusilə də milli valyutalarını inzibati qaydada dəyərdən salmaqla aradan qaldırır. Məsələn, məlumdur ki, Yaponya, Çin kimi ölkələr dünya bazarının ən böyük ixracatçı ökələridir. Hər iki ölkə istehsal etdiyi və dünya bazarına çıxardığı məhsulların cəlbediciliyini artırmaq üçün bu üsuldan istifadə edir.

Hətta dünyanın ən böyük iqtisadi gücü hesab olunan Amerika Birləşmiş Ştatları (ABŞ) dəfələrlə ən yüksək səviyyədə bu ölkələrinin rəhbərliklərinə xəbərdarlıq edərək bu prosesi dayandırmağa çağırıb.

Yaponya və Çin kimi ölkələrin istehsal etdiyi mal və məhsulların dünya bazarının 65-70 faizini tutması da məhz bu kimi amillərlə izah olunur. Ucuz mal və xidmət hər zaman dünya bazarında öz cəlbediciliyini saxlayır.

Baha valyutanın ölkə iqtisadiyyatına mənfi təsiri haqqında "Bloomberg" agentliyi də geniş məqalə dərc edib. Belə ki, ABŞ iqtisadiyyatına istinadən yazılan məqalədə bahalı dolların Amerika iqtisadiyyatın vura biləcəyi zərərlər qeyd olunub.

“Bahalı dollar Amerika iqtisadiyyyatına böyük təhlükə yaradır. Dolların məzənnəsinin artması ilk növbədə ölkənin milli şirkətlərinin gəlirini azaldacaq. Eyni zamanda böyük borc öhdəlikləri olan xarici şirkətlərin fəaliyyətində təsir buraxacaq. Bu prosesdən Coca-Cola, Caterpillar, Boeing kimi nəhəng şirkətlər daha çox ziyan görəcək”-deyə, “Bloomberg”in məqaləsində qeyd olunub.

Mütəxəssislər hesab edir ki, dolların gələcəkdə möhkəmlənməsi dünya iqtisadiyyatı üçün çağırış olacaq.

Qeyd edək ki, ABŞ bahalı dollar təhlükəsi dəf etmək üçün müxtəlif iqtisadi manevrlər edir. Son olaraq isə ABŞ-ın Federal Ehtiyatlar Sistemi (FED) son 10 ildə ilk dəfə olaraq ölkənin milli valyutası dolların baza faiz dərəcəsini 25 bənd azaldaraq illik 2-2,25 faiz səviyyəsinə endirib. Buna qədər isə FED demək olar ki, ildə, ən az 1 dəfə olmaqla dolların uçot dərəcəsini 25 bənd artırırdı. Bununla da son 10 ildə dolların uçot dərəcəsi 0.25 bənd artırırdı. Bu da dolların güclənməsini şərtləndirən əsas amillərdən idi ki, bunun da məntiqi nəticəsini 2015-ci ilin fevral və dekabr aylarında Azərbaycan da daxil olmaqla bir çox dünya ölkələri devalvasiya ilə müşahidə etdi. Devalvasiya nəticəsində ciddi şəkildə dəyər itirən milli valyutalar ölkələrin maliyyə-bank sektoruna, o cümlədən qeyri-neft sektoruna ciddi şəkildə təsir göstərdi. Daxili təlabatın böyük hissəsini idxal hesabına təmin edən ölkələrdə ərzaq və qeyri-ərzaq malları kəskin şəkildə bahalaşdı. Bu da baha dolların təkcə ABŞ üçün deyil, əslində, dünya iqtisadiyyatı üçün də ciddi təhlükə yaratdığı bir daha sübut olundu. Hazırda dolların bahalaşması məsələsi gündəmdə olmasa da, belə bir təhlükənin olduğu da istisna edilmir. Mütəxəssislər hesab edir ki, ABŞ dolları bahalaşdırmaqla həm də dünya ölkələrinə təzyiq etməyə çalışır. Buna görə də istənilən vaxt ABŞ dolların bahalaşması ilə bağlı qərar verə bilər.

Maraqlıdır, baha dollar ABŞ və dünya iqtisadiyyatı üçün hansı risklər daşıyır?

İqtisadçı-alim Fuad İbrahimov “Cümhuriyət” qəzetinə açıqlamasında baha dolların ABŞ və dünya iqtisadiyyatı üçün hansı risklər daşıdığını şərh edib. F.İbrahimov bildirib ki, dolların bahalaşması ilk növbədə Amerika Birləşmiş Ştatlarının öz iqtisadiyyatı üçün risk daşıyır:

“ABŞ iqtisadiyyatı dünya iqtisadiyyatına güclü şəkildə inteqrasiya olunub. Orada istənilən fond, əmətəə, maliyyə birjlarında gedən katakilizmlər dünya iqtisadiyyatına mütləq şəkildə təsir göstərir. O baxımdan ABŞ öz valyutasının möhkəmələnməsinin qarşısını hər zaman institutsional səviyyədə, iqtisadiyyatda qəbul olunmuş alətlərlə alır. Hazırda da ABŞ valyutasının və iqtisadiyyatının kifayət qədər qüdrəti var. Düşünmürəm ki, hazırda dolların bahalaşması kimi bir proses baş verə bilər. Amma dollar bahalaşarsa, ilk növbədə ABŞ iqtisadiyyatına mənfi təsir göstərəcək. Xarici ticarət əmsalını zəiflədəcək. Bu da zəncirvari şəkildə dünya iqtisadiyyatına mənfi təsirini göstərəcək. Təsir altına düşəcək əsas prioritet ölkələr isə dollara bağlılığı ilə xüsusi seçiləcək, o cümlədən Azərbaycan olacaq”.
Dünən, 12:38
Azərbaycan hərbçiləri İtaliyada - FOTO
Dünən, 12:33
Bazar günü 31 dərəcə isti olacaq
Dünən, 10:28
Azərbaycan Ordusunda komanda-qərargah təlimləri başa çatıb
Dünən, 09:47
Azərbaycanlılarla taciklər arasında KÜTLƏVİ DAVA: 1 həmyerlimiz öldü
Dünən, 09:43
Bakı “soyuq müharibə”dən çəkinmir: Azərbaycanı hədəf alan dövlətlərə sərt xəbərdarlıq edilib
Dünən, 09:38
F-16-ları məhv edəcəyik - Juravlyov
Dünən, 09:32
Arda Gülər "Real"da növbəti qolunu vurdu - VİDEO
Dünən, 09:24
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb - FOTO
26-04-2024, 16:00
Sabah 32 dərəcə isti olacaq
26-04-2024, 15:30
Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu
26-04-2024, 14:47
İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər
26-04-2024, 14:43
Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB
26-04-2024, 14:22
Əvvəl Qarabağ, sonra Qazaxın kəndləri... - Növbəti hədəf haradır?
26-04-2024, 14:00
İrəvan kulisləri çalxalanır: Qərbi Azərbaycana qayıdış başlayır - Ermənistan KİV
26-04-2024, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı
26-04-2024, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
26-04-2024, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
26-04-2024, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
26-04-2024, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
26-04-2024, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
26-04-2024, 11:22
COP29-un əhəmiyyəti
26-04-2024, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
26-04-2024, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
26-04-2024, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
26-04-2024, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
26-04-2024, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı
26-04-2024, 10:02
Conson Ağ Evin planını DE-ŞİFRƏ ETDİ: ABŞ bu ölkəyə də hücum edəcəkdi, amma...