"Hakim əvvəlcə mənimlə razılaşsa da..." - GİLEY
Iqtisadiyyat
Oxunub: 687
23 iy 2019 | 18:44
"Hakim əvvəlcə mənimlə razılaşsa da..." - GİLEY

2014-cü ildə “AtaBank”ın Mingəçevir rayon filialından 15 min manat məbləğində kredit götürmüşdüm. Bundan sonra bir müddət ödəniş edə bilmədim və cərimələrlə birlikdə borcumun 20 600 manat olması ilə bağlı qətnamə çıxarıldı. 26.01.2018-ci il tarixində keçirilən məhkəmə prosesindən sonra həmin ilin yayında “AtaBank”la hər ay 200-300 manat ödəniş edilməsi barədə razılaşdıq. Hər ay da 200, 300, bəzən 400 manat ödəniş etmişəm.

Bu barədə Axar.az-a problemli kreditlərlə bağlı Prezidentin fərmanından yararlanmaq hüququndan məhrum edildiyini iddia edən Elgiz Mirzəyev deyib. Vətəndaş iddia edir ki, 2018-ci ilin yayında “Atabank”la aralarında razılıq əldə edilsə də, 06.05.2019-cu il tarixində yenidən məhkəmə prosesi keçirilib və E.Mirzəyevdən evin boşaldılması tələb edilib:

“Mayın 6-da keçirilən prosesdən sonra qəbul edilən qətnamədə ödəməli olduğum 20 600 manat pul səhvən ABŞ dolları ilə göstərilib (Məhkəmə xətasını əks etdirən foto-skrinlər təqdim edilir – red.). Bununla əlaqədar olaraq Şəki Apellyasiya Məhkəməsinə şikayət ərizəsi vermişəm. Dollarla kredit götürmədiyim halda manatı çevirib dollar kimi qeyd ediblər.

Cəmi 15 min manat kredit götürmüşdüm, onu etdilər 20 600 manat, sonra yenidən məbləğin üzərinə 4900 manat pul əlavə olundu və ümumi məbləğ 25 500 manat müəyyən edildi. Məbləğin artırılmasının səbəbini soruşduqda isə deyirlər ki, 7 faiz məhkəmə icraçılarının puludur, 5 faiz isə hərraca sərf olunub”.

Şikayətçi deyir ki, evin bankın balansına keçməsi ilə bağlı göndərilən məktubla əlaqədar Prezident Adminstrasiyasında da olub və orda da bildiriblər ki. Prezident fərmanı ona da şamil olunur:

“Mən 15 min manat kredit götürmüşəm və bu məbləğ də Prezident fərmanına düşür. İndi də mənə deyirlər ki, evini sat, gətir bankın pulunu ödə. Məbləğ 20 600 manat olduqan sonra banka təxminən 4000 manatdan çox pul ödəmişəm. Ödəniş qəbzləri hələ də qalmaqdadır. Bu ilin mayında keçirilən məhkəmə prosesi zamanı hakimə dedim ki, ayda 200-300 manat ödəniş edilməsi ilə bağlı bankla aramızda razılıq əldə olunub. Sənədləri də təqdim etdim. Hakim əvvəlcə mənimlə razılaşsa da, daha sonra hansısa bilinməyən bir səbəbdən məhkəməyə fasilə verdi. Axşamüstü saat 5-də davam edən prosesdə hakim içəri daxil olan kimi evi boşaltmağımla bağlı qərar verdi.

Mayda keçirilən məhkəmə prosesindən əvvəl Maliyyə Bazarlarına Nəzarət Palatasında oldum, sənədlərimə baxış keçirildikdən sonra problemli kreditlərin həlli ilə bağlı qərarın mənim borcuma da şamil olunduğunu dedilər.

Daha sonra “AtaBank”ın Nərimanov rayon filialında Problemli kredit şöbəsində də dedilər ki, Prezident fərmanı mənə də şamil olunmalıdır.

Prezidentin problemli kreditlərin ödənilməsi ilə bağlı fərmanında da məhkəmə icralarının dayandırılması qeyd edilib. Buna baxmayaraq, qeyd olunan məsələlərin heç birinə əməl edilmir.

Ödənişin 20 600 manat ödənş edilməsi ilə bağlı qətnamə ola-ola yenidən məhkəmə prosesi keçirildi və evi boşaltmağımı tələb etdilər. Üstəlik də ödəməli olduğum pulu manat əvəzinə dollar kimi qeyd ediblər. Bütün bu ədalətsizliklərə hakim necə göz yumur, başa düşə bilmirəm.

Xahiş edirəm ki, aidiyyəti qurumlar məsələnin həlli istiqamətində köməklik göstərsinlər”.

Elgiz Mirzəyev 08.08.2019-cu il tarixində Şəki Apellyasiya Məhkəməsində hakim Mahir Əsədlinin sədrliyi ilə keçiriləcək növbəti prosesdə məhkəmənin ədalətli qərar çıxaracağına ümid edir.

“AtaBank”dan Axar.az-ın sorğusuna qəribə cavab verilib. Bildirilib ki, bu barədə onlara rəsmi şikayət daxil olmayıb:

“Sözügedən problem bankla vətəndaş arasında olduğu üçün bu məlumatlar üçüncü şəxsə ötürülə bilməz. Bizə yaranmış problemlə bağlı heç bir şikayət daxil olmayıb. Biz bu müştərini sıravi müştəri kimi tanıyırıq. Əgər o bizə müraciət etsəydi, biz onun müraciətinə baxmasaydıq, həll etməsəydik, sizə şikayət etməsi başa düşülən idi. Birbaşa bizə şikayət ərizəsi ünvanlanmadığı üçün məsələni qaldıra bilmirik. E.Mirzəyev şəxsiyyət vəsiqəsi ilə filialımıza yaxınlaşsın və kredit şöbəsi və ya filial müdiri ilə danışsın. Daha sonra biz məsələni araşdıraq”.

Maraqlıdır ki, Prezident Administrasiyasına qədər müraciətlər edən, üstəlik, Prezidentin problemli kreditlərlə bağlı fərmanından və məhkəmə çəkişmələrinin və icra prosesində olan işlərin dayandırılması, problemli kreditlərin fazilərinin ləğv edilməsi prosesindən sonra bu bank öz müştərisinin evini almaqda israr edir.

Mövzunu davam etdirəcəyik.
Bu gün, 12:53
Şuşada “Xarıbülbül” festivalı başlayıb, Prezident və birinci xanım açılışda iştirak edirlər
Bu gün, 12:07
Xankəndi və Ağdərədə xeyli silah-sursat aşkarlandı
Bu gün, 11:59
İlham Əliyev Şuşada ICESCO-nun Baş direktorunu qəbul edib
Bu gün, 10:38
Bu gün Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı başlayır - VİDEO
Bu gün, 10:34
Güllələnən icra başçısının qızına da Şuşada ev verildi - FOTO
Bu gün, 09:41
Yaponiyada 9 milyondan çox tərk edilmiş ev var
Bu gün, 09:32
Xurşidbanu Natəvanın heykəli Parisdə yenidən ucaldılıb
Bu gün, 09:26
Saatlıda narkotikin təsiri altında olan taksi sürücüsü saxlanılıb
Bu gün, 09:20
Zelenski: Ukrayna Xarkov istiqamətində ordu qüvvələrini gücləndirir
Bu gün, 09:15
Qazaxda təbii fəlakət fəsadlar törədib
Bu gün, 09:11
Ölkəmizdə quş ətinin qiyməti arta bilər? - VİDEO
Dünən, 22:32
Prezident İlham Əliyev Qarabağda möhtəşəm tunelin açılışını etdi: qürurverici GÖRÜNTÜLƏR
Dünən, 22:23
Prezidentdən Şuşada TARİXİ ÇIXIŞ: dövlət başçısı mühüm MESAJLAR VERDİ
Dünən, 16:00
Bakıda 24, rayonlarda 25 dərəcə isti olacaq
Dünən, 15:45
Prezident və xanımı Şuşada Üzeyir Hacıbəylinin ev-muzeyində aparılan bərpa işləri ilə tanış olublar
Dünən, 15:33
Azərbaycan və Ermənistanın XİN başçıları arasında görüş iki gün davam edəcək - YENİLƏNİB
Dünən, 15:30
"Azərbaycan daha uzunömürlülər diyarı deyil" - Ekspert
Dünən, 15:29
Prezident İlham Əliyev Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda görülən işlərlə tanış olub
Dünən, 14:24
Putin 102-ci bazanı çıxarmaq təklif edib, Nikol isə… - "Ola bilsin ki, Putin özü..."
Dünən, 13:55
Kərki və Başkəndlə bağlı qərar belə olacaq... - Torpaq dəyişdirilməsi...
Dünən, 13:49
Putinin andiçmə mərasiminə getməyən Paşinyan Rusiyadan şikayətlənir - “Nezavisimaya qazeta”
Dünən, 13:36
Ceyhun Bayramov qazaxıstanlı həmkarı ilə görüşüb
Dünən, 13:29
İlham Əliyev Füzulidə
Dünən, 13:02
Putin komandasını yenidən formalaşdırır
Dünən, 12:58
Şuşada "ASAN xidmət" mərkəzi açılacaq
Dünən, 12:53
ABŞ-dən Türkiyəyə qarşı gözlənilməz jest
Dünən, 12:49
İrəvandakı aksiyalar: Bakı və Ankaranın müdaxiləsi olacaqmı? - TƏHLÜKƏLİ SSENARİLƏR