“Nar” Milli Mətbuat Günündə media nümayəndələrini intellektual yarışda bir araya topladı”
Iqtisadiyyat
Oxunub: 712
23 iy 2019 | 11:57
“Nar” Milli Mətbuat Günündə media nümayəndələrini intellektual yarışda bir araya topladı”

Ölkənin ən gənc mobil operatoru “Nar”, 22 iyul - Milli Mətbuat Gününü media nümayəndələri ilə birgə qeyd edib. Mobil operator 35 media orqanını təmsil edən 80-ə qədər media nümayəndəsini artıq ənənə halını alan intellektual yarışmada bir araya toplayıb.
Bilik yarışmasında 15 komanda iştirak edib. İntellekt yarışında artıq ikinci ildir ki, qalibiyyəti əldən buraxmayan “Komanda” komandası 1-ci yeri, “Report” İA-ni təmsil edən komanda 2-ci, “Azxəbər” komandası isə 3-cü yerləri tutublar. Qalib komandalara “Nar” tərəfindən xüsusi hədiyyələr təqdim edilib. Qeyd edək ki, yarış iştirakçılarına 7 tur boyunca ümumi biliklərlə yanaşı, milli və dünya mədəniyyətinə, tarixə, texnologiyaya aid müxtəlif çətinlik dərəcələrində suallar verilib.

“Bugün Zərdabi davamçıları olaraq sizləri intellektual yarışda bir arada görməkdən böyük qürur hissi duyuram. İctimaiyyətin məlumatlandırılmasına, maarifləndirməyə, düzgün dəyərlərin təbliğinə yönəlik əvəzsiz əməyiniz üçün “Nar” adından bütün media nümayəndələrinə təşəkkür edir, məsuliyyətli və şərəfli peşə yolunuzda uğurlar diləyirəm”, - deyə “Azerfon” MMC-nin İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Əziz Axundov Milli Mətbuat günü münasibətilə keçirilən tədbirdə bildirib.

Qeyd edək ki, 22 İyul Azərbaycan Respublikası Milli Mətbuat və Jurnalistika günü kimi qeyd olunur. Bu gün milli mətbuat tarixinin başlanğıcı hesab olunan Həsən bəy Zərdabinin 1875-ci ildə təsis etdiyi “Əkinçi” qəzetininin ilk sayının nəşr edildiyi gündür.
“Nar” hər zaman elmə, təhsilə, biliyə olan marağı artırmağa səy göstərir və maariflənməni təşviq etmək məqsədilə müxtəlif sosial layihələr həyata keçirir, eyni zamanda intellektual yarışların əsas dəstəkçisi rolunda çıxış edir. Layihələr haqqında daha ətraflı məlumat üçün: https://bit.ly/2Ya4VQR

“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 97,5 %-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir və 7800-dən artıq baza stansiyası ilə 2,3 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.“Nar” Milli Mətbuat Günündə media nümayəndələrini intellektual yarışda bir araya topladı”“Nar” Milli Mətbuat Günündə media nümayəndələrini intellektual yarışda bir araya topladı”“Nar” Milli Mətbuat Günündə media nümayəndələrini intellektual yarışda bir araya topladı”
Dünən, 16:19
Müğənni Ziba Osmanlı ağır qəza törətdi: 2 azyaşlı uşağı ağır vəziyyətdə qoyub hadisə yerindən qaçıb - FAKT
Dünən, 12:53
Şuşada “Xarıbülbül” festivalı başlayıb, Prezident və birinci xanım açılışda iştirak edirlər
Dünən, 12:07
Xankəndi və Ağdərədə xeyli silah-sursat aşkarlandı
Dünən, 11:59
İlham Əliyev Şuşada ICESCO-nun Baş direktorunu qəbul edib
Dünən, 10:38
Bu gün Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı başlayır - VİDEO
Dünən, 10:34
Güllələnən icra başçısının qızına da Şuşada ev verildi - FOTO
Dünən, 09:41
Yaponiyada 9 milyondan çox tərk edilmiş ev var
Dünən, 09:32
Xurşidbanu Natəvanın heykəli Parisdə yenidən ucaldılıb
Dünən, 09:26
Saatlıda narkotikin təsiri altında olan taksi sürücüsü saxlanılıb
Dünən, 09:20
Zelenski: Ukrayna Xarkov istiqamətində ordu qüvvələrini gücləndirir
Dünən, 09:15
Qazaxda təbii fəlakət fəsadlar törədib
Dünən, 09:11
Ölkəmizdə quş ətinin qiyməti arta bilər? - VİDEO
10-05-2024, 22:32
Prezident İlham Əliyev Qarabağda möhtəşəm tunelin açılışını etdi: qürurverici GÖRÜNTÜLƏR
10-05-2024, 22:23
Prezidentdən Şuşada TARİXİ ÇIXIŞ: dövlət başçısı mühüm MESAJLAR VERDİ
10-05-2024, 16:00
Bakıda 24, rayonlarda 25 dərəcə isti olacaq
10-05-2024, 15:45
Prezident və xanımı Şuşada Üzeyir Hacıbəylinin ev-muzeyində aparılan bərpa işləri ilə tanış olublar
10-05-2024, 15:33
Azərbaycan və Ermənistanın XİN başçıları arasında görüş iki gün davam edəcək - YENİLƏNİB
10-05-2024, 15:30
"Azərbaycan daha uzunömürlülər diyarı deyil" - Ekspert
10-05-2024, 15:29
Prezident İlham Əliyev Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda görülən işlərlə tanış olub
10-05-2024, 14:24
Putin 102-ci bazanı çıxarmaq təklif edib, Nikol isə… - "Ola bilsin ki, Putin özü..."
10-05-2024, 13:55
Kərki və Başkəndlə bağlı qərar belə olacaq... - Torpaq dəyişdirilməsi...
10-05-2024, 13:49
Putinin andiçmə mərasiminə getməyən Paşinyan Rusiyadan şikayətlənir - “Nezavisimaya qazeta”
10-05-2024, 13:36
Ceyhun Bayramov qazaxıstanlı həmkarı ilə görüşüb
10-05-2024, 13:29
İlham Əliyev Füzulidə
10-05-2024, 13:02
Putin komandasını yenidən formalaşdırır
10-05-2024, 12:58
Şuşada "ASAN xidmət" mərkəzi açılacaq
10-05-2024, 12:53
ABŞ-dən Türkiyəyə qarşı gözlənilməz jest