Dollar kreditləri ilə bağlı daha bir problem – Palata yalan məlumat verib
Iqtisadiyyat
Oxunub: 711
22 iy 2019 | 15:10
Dollar kreditləri ilə bağlı daha bir problem – Palata yalan məlumat verib












Məlum olduğu kimi, Prezidentin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli Fərmanına əsasən vətəndaşın banka devalvasiyayadək 10000 dollaradək borcu olubsa, dövlət oradakı məzənnə fərqini öz üzərinə götürür. Yəni həmin fərqi banka dövlət ödəyir. Vətəndaş artıq həmin fərqi banka ödəyibsə, dövlət ödənilən məbləği banka qaytarır. Fərmanın 1-ci bəndinə əsasən bunun icrasına 3 ay vaxt verilmişdi. Yəni mayın 28-də proses bitməli idi. Bir həftədən sonra artıq 5 ay olacaq, lakin Fərman hələ də icra olunmayıb.

Bunu bank üzrə ekspert, hüquqşünas Əkrəm Həsənov deyib. O, bildirirb ki, əslində, fəaliyyətdə olan banklar üzrə Fərman demək olar ki, icra olunub. Problem bağlanmış, yəni ləğv prosesində olan banklardadır.

“Məlum olduğu kimi, onların ləğvedicisi Əmanətlərin Sığortalanması Fondudur. Deməli, problemi yaradan ƏSF-dir. Xeyli borcalan vətəndaş var ki, indiyədək ƏSF onların xarici valyutada olan kreditləri üzrə dövlətdən kompensasiya vəsaitini amayıb və ya vətəndaşa qaytarmayıb (vətəndaş məzənnə fərqini özü banka ödədiyi halda).

Bəs ƏSF niyə belə edir? Axı sağlam məntiqə görə, əksinə, fəaliyyətdə olan banklarda olduğu kimi, ƏSF də dövlətdən həmin vəsaiti tez almaqda maraqlı olmalıdır. Tutaq ki, lap vətəndaşa müəyyən məbləğin qaytarılmasında ƏSF-dən canfəşanlıq gözləmək əbəsdir, bəs özünə çatacaq pulu niyə almır? Onu da başa düşürəm ki, ƏSF bağlanmış bankların kreditorlarını da düşünmür. Amma axı bəzi banklarda (məsələn, “Bank Standard”, “Texnikabank”) ƏSF heç kompensasiya etdiyi sığortalanmış əmanətlərin də məbləğini geri götürə bilməyib axı. Buna görə də problemli kreditlər üzrə dövlətin ödəyəcəyi vəsaiti götürməkdə maraqlı olmalı idi”.

Bunun səbəbləri haqda danışan Ə. Həsənov deyir ki, belə bir versiya var ki, səbəb odur ki, ƏSF Maliyyə Bazarlarına Nəzarət Palatasının buraxdığı səhvi ört-basdır etmək üçün belə edir: “Məlumdur ki, sözügedən Fərmanın hazırlanmasında Palata iştirak etməyib. Hamı kimi Palata və onun yarıtmaz rəhbəri İbrahim Alışov Fərman haqda mətbuatdan xəbər tutub.

Bununla belə, təbii, Fərmanın müəllifləri onun əhatə edəcəyi borcalan sayı və ən əsası dövlət tərəfindən ödənilməli olan məbləğ haqda məlumatlı olmalı idilər. Bu məlumatı isə yalnız Palatadan əldə etmək olardı. Buna görə də müəlliflər Palataya müraciət edərək borcalanlar və borc məbləği haqda məlumatı alıblar. Lakin savadsızlıq və naşılıq artıq atributu olan Palata yalnız balans məlumatlarını ötürüb. Balansarxası məlumatları isə verməyib.

İstisna deyil ki, Fərmanın müəllifləri də Palataya sorğunu dolğun verməyiblər və məhz buna görə də Palatanın məlumatı tam olmayıb. Amma hər bir halda Palata bank sahəsinə nəzarət edən peşəkar qurum kimi sorğunu dəqiqləşdirməli və məlumatı tam verməli idi”.

Ə. Həsənov qeyd edir ki, “Aktivlərin təsnifləşdirilməsi və mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılması Qaydaları”na əsasən banklar ümidsiz kreditləri balansdan silməlidir. Bu, o demək deyil ki, kredit borcalana bağışlanır. Sadəcə ümidsiz kreditləri balansda saxlamaqla banklar maliyyə vəziyyətlərini olduğundan yaxşı göstərməkdə maraqlıdır.

Buna görə də qanunvericilik tələb edir ki, banklar balanslarını şişirdərək ictimaiyyətdə və müştərilərində barələrində yanlış təsəvvür yaratmasınlar. Amma hər bir halda qaytarılmayan kreditin balansarxası uçotu davam edir. Problemli dollar kreditlərinin əksəriyyətində vəziyyət məhz belədir. Fevralın sonunadək onların çoxu ümidsiz idi, amma dövlət məzənnə fərqini üzərinə götürərək faktiki olaraq banklar üçün diriltdi!

“Palata Fərman müəlliflərinə xarici valyutada olan problemli kreditlər haqda tam məlumat verməyib. Ən azı balansarxası kreditlər haqda. Nəticədə Fərman müəllifləri dövlətin ödəməli olduğu məbləğ haqda yanlış hesablamalar aparıblar. Yəni əslində dövlət ayrılan təxmini 700 mln. manat deyil, daha çox məbləğ ödəməlidir. Buna görə də Fərmanın əsas icraçısı olan Palata qarşısında ilk gündən ciddi problem yaranıb: çatışmayan məbləği hardan tapsın?

Fərman müəlliflərinə irad tuta bilməzdi ki, siz mənə məramınızı bildirsəydiz, mən tam məlumat verərdim! Səhvini etiraf da etmədi! Bəs nə etdi?

Təbii, Palata dərhal başa düşdü ki, bu işdə fəaliyyətdə olan banklar ona kömək etməyəcək. Çünki onlar qısa zamanda pullarını götürməkdə maraqlıdır. Maraqlı olmayan isə yiyəsiz banklardır. Yəni ləğv prosesində olanlar. Hansıları ki, min cür oyundan çıxan ƏSF-ə tapşırıblar. ƏSF isə faktiki olaraq Palatanın tabeliyindədir. ƏSF-nin rəhbəri Vüqar Abdullayev Palatanın rəhbəri İbrahim Alışovun dostudur. Hər ikisi də vəzifələrinə daimi əsaslarla təsdiq olunmayıb. Sadəcə müvəqqəti icra edirlər. Buna görə də bu müvəqqəti icraçılığı maksimum uzatmaqda maraqlıdırlar.

Beləliklə, bağlanmış bankların xarici valyutada olan problemli kreditləri üzrə dövlətdən kompensasiyanı almaqda maraqlı olmayan ƏSF bununla Palataya kömək edir. Təbii, bütün kreditlər üzrə belə etmir. Sadəcə elə çərçivədə edir ki, dövlətin ayırdığı təxmini 700 mln. manat məbləği aşılmasın və ölkə rəhbərliyi işdən hali olub soruşmasın ki, əlavə məbləğlər niyə lazımdır, niyə vaxtında fərqli rəqəm haqda məlumat verilmişdi”.
Dünən, 16:19
Müğənni Ziba Osmanlı ağır qəza törətdi: 2 azyaşlı uşağı ağır vəziyyətdə qoyub hadisə yerindən qaçıb - FAKT
Dünən, 12:53
Şuşada “Xarıbülbül” festivalı başlayıb, Prezident və birinci xanım açılışda iştirak edirlər
Dünən, 12:07
Xankəndi və Ağdərədə xeyli silah-sursat aşkarlandı
Dünən, 11:59
İlham Əliyev Şuşada ICESCO-nun Baş direktorunu qəbul edib
Dünən, 10:38
Bu gün Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı başlayır - VİDEO
Dünən, 10:34
Güllələnən icra başçısının qızına da Şuşada ev verildi - FOTO
Dünən, 09:41
Yaponiyada 9 milyondan çox tərk edilmiş ev var
Dünən, 09:32
Xurşidbanu Natəvanın heykəli Parisdə yenidən ucaldılıb
Dünən, 09:26
Saatlıda narkotikin təsiri altında olan taksi sürücüsü saxlanılıb
Dünən, 09:20
Zelenski: Ukrayna Xarkov istiqamətində ordu qüvvələrini gücləndirir
Dünən, 09:15
Qazaxda təbii fəlakət fəsadlar törədib
Dünən, 09:11
Ölkəmizdə quş ətinin qiyməti arta bilər? - VİDEO
10-05-2024, 22:32
Prezident İlham Əliyev Qarabağda möhtəşəm tunelin açılışını etdi: qürurverici GÖRÜNTÜLƏR
10-05-2024, 22:23
Prezidentdən Şuşada TARİXİ ÇIXIŞ: dövlət başçısı mühüm MESAJLAR VERDİ
10-05-2024, 16:00
Bakıda 24, rayonlarda 25 dərəcə isti olacaq
10-05-2024, 15:45
Prezident və xanımı Şuşada Üzeyir Hacıbəylinin ev-muzeyində aparılan bərpa işləri ilə tanış olublar
10-05-2024, 15:33
Azərbaycan və Ermənistanın XİN başçıları arasında görüş iki gün davam edəcək - YENİLƏNİB
10-05-2024, 15:30
"Azərbaycan daha uzunömürlülər diyarı deyil" - Ekspert
10-05-2024, 15:29
Prezident İlham Əliyev Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda görülən işlərlə tanış olub
10-05-2024, 14:24
Putin 102-ci bazanı çıxarmaq təklif edib, Nikol isə… - "Ola bilsin ki, Putin özü..."
10-05-2024, 13:55
Kərki və Başkəndlə bağlı qərar belə olacaq... - Torpaq dəyişdirilməsi...
10-05-2024, 13:49
Putinin andiçmə mərasiminə getməyən Paşinyan Rusiyadan şikayətlənir - “Nezavisimaya qazeta”
10-05-2024, 13:36
Ceyhun Bayramov qazaxıstanlı həmkarı ilə görüşüb
10-05-2024, 13:29
İlham Əliyev Füzulidə
10-05-2024, 13:02
Putin komandasını yenidən formalaşdırır
10-05-2024, 12:58
Şuşada "ASAN xidmət" mərkəzi açılacaq
10-05-2024, 12:53
ABŞ-dən Türkiyəyə qarşı gözlənilməz jest