“Nar” bir sıra hərbi hissədə mobil danışıq nöqtəsi yaratdı”
Iqtisadiyyat
Oxunub: 669
1 iy 2019 | 10:10
“Nar” bir sıra hərbi hissədə mobil danışıq nöqtəsi yaratdı”












26 iyun – Azərbaycan Respublikası Silahlı Qüvvələr Günü münasibətilə "Nar” növbəti uğurlu layihəsini icra edib.

Mobil operator Müdafiə Nazirliyinin dəstəyi ilə cəbhəyani zonada yerləşən bir sıra hərbi hissələrdə "Nar” danışıq nöqtəsi yatadıb. Məqsəd əsgərlərimizin öz yaxınları, doğmaları ilə daha yaxın olmaları və mütamadi təmas qurmalarına dəstək olmaqdır. Hərbi hissələrdə yaradılan "Nar” danışıq nöqtəsində əsgərlər istədikləri qədər öz yaxınları ilə danışa biləcəklər.

Qeyd edək ki, bayram günü mobil operator vətən keşiyində duran əsgərlərimizi sevindirmək, onlara olan hörmətini bildirmək məqsədilə, cəbhə bölgəsində yerləşən "N” saylı hərbi hissəyə səfər edib və Azərbaycan ordusunun əsgərləri ilə görüşüb. Bundan başqa, hərbi hissələrə əsgərlərin asudə vaxtının səmərəli təşkili üçün müxtəlif hədiyyələr də təqdim edilib.

Əsgərlərlə görüşü zamanı "Nar”-ın İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Əziz Axundov bildirib ki, artıq ikinci ildir ki, mobil operator Müdafiə Nazirliyi ilə birgə uğurlu layihəsini icra edir: "Silahlı Qüvvələr Günündə əsgərlərlə birgə olmaq bizim üçün qürurvericidir. Ötən il sərhədyanı bölgədə xidmət edən 100-ə qədər əsgərin bayramı öz valideyni ilə birgə qeyd etməsində yaxından iştirak etdik. Bu il isə 100-lərlə hərbçinin doğmaları ilə sərhədsiz ünsiyyət qurmaları üçün "Nar” danışıq nöqtələri yaratdıq. Vətənə bağlılıq kimi ümdə vəzifələrə hər zaman həssas yanaşan "Nar”, əsgərlərimizə hər hansı mənəvi dəstək göstrəməyi özünə borc bilir. Bu şərəfli yolda xidmət edən əsgərlərimizə yaxınları ilə öz sevinclərini və xoş xəbərlərini bölüşməsini arzulayırıq”.

Qeyd edək ki, "Nar” ötən ilin martında Müdafiə Nazirliyi ilə birlikdə ölkəmizin müxtəlif bölgələrindən 100-dən çox valideynin cəbhə bölgəsində yerləşən "N” saylı hərbi hissədə əsgərlərlə görüşünü təşkil edilmişdi. Müdafiə Nazirliyinin dəstəyi ilə həyata keçirilən bu bayram görüşü nəticəsində valideynlər cəbhədə xidmət göstərən övladları ilə bərabər Novruz bayramını qeyd etmişdi.

Vətənə bağlılığın təşviqi Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilmiş brendimizin əsas amallarındandır.
Bu gün, 09:58
Bu gün görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın doğum günüdür
Dünən, 12:38
Azərbaycan hərbçiləri İtaliyada - FOTO
Dünən, 12:33
Bazar günü 31 dərəcə isti olacaq
Dünən, 10:28
Azərbaycan Ordusunda komanda-qərargah təlimləri başa çatıb
Dünən, 09:47
Azərbaycanlılarla taciklər arasında KÜTLƏVİ DAVA: 1 həmyerlimiz öldü
Dünən, 09:43
Bakı “soyuq müharibə”dən çəkinmir: Azərbaycanı hədəf alan dövlətlərə sərt xəbərdarlıq edilib
Dünən, 09:38
F-16-ları məhv edəcəyik - Juravlyov
Dünən, 09:32
Arda Gülər "Real"da növbəti qolunu vurdu - VİDEO
Dünən, 09:24
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb - FOTO
26-04-2024, 16:00
Sabah 32 dərəcə isti olacaq
26-04-2024, 15:30
Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu
26-04-2024, 14:47
İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər
26-04-2024, 14:43
Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB
26-04-2024, 14:22
Əvvəl Qarabağ, sonra Qazaxın kəndləri... - Növbəti hədəf haradır?
26-04-2024, 14:00
İrəvan kulisləri çalxalanır: Qərbi Azərbaycana qayıdış başlayır - Ermənistan KİV
26-04-2024, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı
26-04-2024, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
26-04-2024, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
26-04-2024, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
26-04-2024, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
26-04-2024, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
26-04-2024, 11:22
COP29-un əhəmiyyəti
26-04-2024, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
26-04-2024, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
26-04-2024, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
26-04-2024, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
26-04-2024, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı