Səfər Mehdiyevin "karqo-marqo" oyunu... - İDDİA
Iqtisadiyyat
Oxunub: 773
25 in 2019 | 19:00
Səfər Mehdiyevin "karqo-marqo" oyunu... - İDDİA














Bir neçə gündür Gömrük Komitəsi ilə Vergilər Nazirliyi sahibkarlara qarşı ciddi tədbirlərə əl atıb. Əslində Vergilər Nazirliyinin tələbləri haqlıdır və bildirilir ki, sahibkarlar malları öz adına gətirməklə vergiyə cəlb olunmalıdır. Bu hal qanunun tələbidir. Bəs Gömrük Komitəsi nə istəyir? Gömrükdə yaranan karqo böhranı nəyə hesablanıb və bu problemin kökündə əslində nə dayanır?

Ümumiyyətlə, son günlərə kimi, gömrük bəyənnaməsi olmadan satış məqsədi ilə malların ölkəyə karqo ilə gətirilməsinin hər kəs şahidi olub. Hər kiloqram üçün 2.5-3 dollar ödəniş etməklə malını Bakıda hansısa karqo şirkətinin anbarından götürmək mümkündür. Təbii ki, bu da nəzarətdə olan bir sahədir və karqo monopolistləri bu sistemi ciddi şəkildə nəzarətdə saxlayırlar. Bunun üçün uzun-uzadı araşdırma aparmağa, baş yormağa ehtiyac yoxdu. Aylardı Vergilər Nazirliyinin rəsmi şəxsləri sahibkarlara, gömrük rəsmilərinə malların sahibkarın adına gətirilməsi və vergi ödəməsi barədə məlumatlar verir.

Amma son günlər bu məsələ ciddi şəkildə qarışıb. Daha doğrusu, Vergilər nazirliyinin bu fəaliyyəti ciddi şəkildə nəzarətə götürməsi Gömrükdəki karqo monopolistlərinin kürkünə “birə” salıb.

Əslində nə baş verir? Sahibkarlar nədən satmaq üçün ölkəyə gətirdiyi malları gömrük bəyənnaməsindən keçirmək istəmir? Niyə belə problem yaranır?

Bizimxeber.az bildirir ki, ölkəyə satış məqsədi ilə mal gətirənlər gömrükdə incidilirlər. Gömrük işçiləri hər xırda nüansı şişirdir, xarici ölkədən 5 dollara alınmış malı bizim ölkədə 10 dollar dəyərində qiymətləndirməyə cəhd edir. Ayaqqabı qutuları sökülür, qutularda bağlı şəkildə satış üçün gətirilən mallar açılır, etiketlər çırılır və sairə.

Təsəvvür edin ki, ölkəyə bağlı qutularda satış üçün müxtəlif adda mal gətirən sahibkarlar gömrük işçilərinin əlindən dad edir. Bütün qutular açılır və bir biri içinə baxış keçirilir ki, guya qutuların içində, qızıl, telefon və sairə ola bilər. Malın dəyəri şişirdilmiş şəkildə səmədləşdirlir və sairə. Bezdirildikdən sonra açılmış qutulardakı malı sahibkar heç kimə sata bilmir. Sökülüb dağılmış qutularda olan malı kim alar? İşlənmişdir deyib keçirlər.

Üstəlik də bəyənnamədə qiymətləri çox baha göstərilir. Odur ki, sahibkar məcburiyyət qarşısında qalıb yükünü karqo yolu ilə hər kiloqramına 3-5 dollar verməklə gətirir. Bu zaman nə bəyənnamə verir, nə də gömrük işçisini görür.

Vergilər Nazirliyinin qanuni şəkildə tələbi (yük vətəndaşın adına gəlməlidir və vergisi ödənməlidir) nə gömrük rəhbərliyinə, nə də onlarla birgə işləyən karqo şirkətlərinə sərf etmir. Gömrük əməkdaşları yüklərin bir-bir yoxlanmasını, bəyənnamədə istədikləri qiyməti göstərməsini qanuni hesab edirsə, Vergilər Nazirliyi də işini qanunla görməyə çalışır ki, mal sahibkarın adına gəlməli və vergi ödənməlidir.

Ortada qalan sahibkardır ki, bu gün də Sədərək Ticarət Mərkzində etiraza qalxıb mağazalarını bağlayıblar. Əcəba nə baş verir? Kim geri çəkiləcək? Gömrük rəsmilərimi, yoxsa Vergilər Nazirliyimi?

Aydındır ki, Gömrük rəsmiləri əla başa düşür ki, ölkəyə satış məqsədi ilə mal gətirənlər karqo sistemini tələb edəcəklər. Çünki, bu sahibkara sərf edir. Hələ üstəlik karqo monopolistlərinə bu daha çox sərf edir. Odur ki, hazırda “iki qoçun başı bir qazanda qaynamaz” məsləsidir.

Burda daha bir qəribə məqam var. İllərdir ölkəyə Türkiyədən rahat şəkildə yük gətirib pul qazanan karqo şirkəti rəhbərlərinin səsi çıxmır. Əsas məsələdə elə budur.

Bizimxeber.az-ın araşdırmalarına görə, Gömrük komitəsi onlarla illərdir əməkdaşlıq edən, özlərinin nəzarətində olan kargo şirkətlərinə Vergilər Nazirliyinn şərtlərini tətbiq etmir. Bir neçə türk karqo şirkəti var ki, onların yük daşıma qiyməti ucuz olduğu,konkret yüklərlə bərabər kiçik sahibkarların da yükünü gətirdikləri üçün problem yaşayırlar.

Beləcə, Kargo problemi həll olunmamış qalır, qazanan kimdirsə, itirən sahibkardır.
Bu gün, 22:32
Prezident İlham Əliyev Qarabağda möhtəşəm tunelin açılışını etdi: qürurverici GÖRÜNTÜLƏR
Bu gün, 22:23
Prezidentdən Şuşada TARİXİ ÇIXIŞ: dövlət başçısı mühüm MESAJLAR VERDİ
Bu gün, 16:00
Bakıda 24, rayonlarda 25 dərəcə isti olacaq
Bu gün, 15:45
Prezident və xanımı Şuşada Üzeyir Hacıbəylinin ev-muzeyində aparılan bərpa işləri ilə tanış olublar
Bu gün, 15:33
Azərbaycan və Ermənistanın XİN başçıları arasında görüş iki gün davam edəcək - YENİLƏNİB
Bu gün, 15:30
"Azərbaycan daha uzunömürlülər diyarı deyil" - Ekspert
Bu gün, 15:29
Prezident İlham Əliyev Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda görülən işlərlə tanış olub
Bu gün, 14:24
Putin 102-ci bazanı çıxarmaq təklif edib, Nikol isə… - "Ola bilsin ki, Putin özü..."
Bu gün, 13:55
Kərki və Başkəndlə bağlı qərar belə olacaq... - Torpaq dəyişdirilməsi...
Bu gün, 13:49
Putinin andiçmə mərasiminə getməyən Paşinyan Rusiyadan şikayətlənir - “Nezavisimaya qazeta”
Bu gün, 13:36
Ceyhun Bayramov qazaxıstanlı həmkarı ilə görüşüb
Bu gün, 13:29
İlham Əliyev Füzulidə
Bu gün, 13:02
Putin komandasını yenidən formalaşdırır
Bu gün, 12:58
Şuşada "ASAN xidmət" mərkəzi açılacaq
Bu gün, 12:53
ABŞ-dən Türkiyəyə qarşı gözlənilməz jest
Bu gün, 12:49
İrəvandakı aksiyalar: Bakı və Ankaranın müdaxiləsi olacaqmı? - TƏHLÜKƏLİ SSENARİLƏR
Bu gün, 11:35
Slovakiya-Azərbaycan əlaqələrinin tarixində əlamətdar gün
Bu gün, 11:26
Bolqarıstan və Azərbaycan 2015-ci ildən strateji tərəfdaşdırlar
Bu gün, 11:20
Prezident və birinci xanım Heydər Əliyevin Fəxri xiyabanda məzarını ziyarət ediblər - FOTO
Bu gün, 10:06
Azərbaycan XİN Heydər Əliyevlə bağlı paylaşım edib
Bu gün, 10:01
Süni intellekt silaha çevrilir: gizlin qalmadı
Bu gün, 09:55
Əliyevin enerji diplomatiyası real təhlükəsizlik və cazibə faktorudur: Avropa tədricən Azərbaycana inteqrasiya olunur
Bu gün, 09:50
Ceyhun Bayramov Qazaxıstana işgüzar səfərə yola düşüb
Bu gün, 09:40
Mədəniyyət ictimaiyyəti Mehriban Əliyevanı təbrik etdi
Bu gün, 09:34
Ukraynada ordudan yayınanlara qarşı sərt cəza
Bu gün, 09:30
Prezidentdən Heydər Əliyevlə bağlı paylaşım
Bu gün, 09:00
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümüdür