“Nar”dan eşitmə məhdudiyyətli insanlara təlim
Iqtisadiyyat
Oxunub: 636
25 in 2019 | 13:38
“Nar”dan eşitmə məhdudiyyətli insanlara təlim













Fiziki məhdudiyyətli insanların cəmiyyətə inteqrasiyasına hər zaman xüsusi diqqət ayıran “Nar”-ın dəstəyi ilə keçirilən “Təlim Məktəbi” layihəsinin ikinci mərhələsi başa çatıb. Belə ki, 15 nəfərlik qrup intensiv aşpazlıq təlimini başa vuraraq, bu peşənin incəliklərinə yiyələniblər. “Karlara Dəstək” İctimai Birliyi ilə birgə reallaşdırılan layihə çərçivəsində artıq son təlim mərhələsinə də start verilib. Öncədən aparılan sorğu əsasında iştirakçıların marağına uyğun olaraq seçilən motorçu peşə təlimi öz işinə başlayıb.

Motorçu təliminin özəlliyi ondan ibarətdir ki, təlimçi 3-cü qrup eşitmə məhdudiyyəti olan və artıq 12 ildir ki, avtomobil ustası çalışan Bəhrəm Hüseynovdur. Onun sözlərinə görə, avtomobilin təmiri zamanı bəzən səsləri duymağa ehtiyac olsa da, güclü intuisiya qabiliyyəti ilə işin öhdəsindən asanlıqla gəlmək mümkündür.



Qeyd edək ki, “Nar” tərəfindən təşkil edilən “Təlim məktəbi” layihəsi eşitmə məhdudiyyəti olan insanların peşə sahibi olmaqla cəmiyyətə inteqrasiyasına dəstək məqsədilə keçirilir. Bu layihə eşitmə məhdudiyyətli insanların işlə təmin olunmasına da yardım edəcək. Peşə təlimi ilkin olaraq paytaxt Bakıda start götürüb. Gələcəkdə isə bölgələrdə də “Təlim məktəbi” layihəsinin davam etdirilməsi planlaşdırılır.



“Nar” 4 ilə yaxındır ki, eşitmə məhdudiyyətli insanlar üçün bu cür təlimlər təşkil etməklə, onların müxtəlif peşəyə yiyələnməsinə və iş bacarıqlarının artmasına töhfə verir. Fiziki məhdudiyyətli insanlara dəstək və onların cəmiyyətə inteqrasiyası “Nar”-ın korporativ sosial məsuliyyət (KSM) strategiyasının əsas istiqamətlərindən biridir.

“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 97%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir və 7500-dən artıq baza stansiyası ilə 2,3 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.“Nar”dan eşitmə məhdudiyyətli insanlara təlim
11-05-2024, 16:19
Müğənni Ziba Osmanlı ağır qəza törətdi: 2 azyaşlı uşağı ağır vəziyyətdə qoyub hadisə yerindən qaçıb - FAKT
11-05-2024, 12:53
Şuşada “Xarıbülbül” festivalı başlayıb, Prezident və birinci xanım açılışda iştirak edirlər
11-05-2024, 12:07
Xankəndi və Ağdərədə xeyli silah-sursat aşkarlandı
11-05-2024, 11:59
İlham Əliyev Şuşada ICESCO-nun Baş direktorunu qəbul edib
11-05-2024, 10:38
Bu gün Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı başlayır - VİDEO
11-05-2024, 10:34
Güllələnən icra başçısının qızına da Şuşada ev verildi - FOTO
11-05-2024, 09:41
Yaponiyada 9 milyondan çox tərk edilmiş ev var
11-05-2024, 09:32
Xurşidbanu Natəvanın heykəli Parisdə yenidən ucaldılıb
11-05-2024, 09:26
Saatlıda narkotikin təsiri altında olan taksi sürücüsü saxlanılıb
11-05-2024, 09:20
Zelenski: Ukrayna Xarkov istiqamətində ordu qüvvələrini gücləndirir
11-05-2024, 09:15
Qazaxda təbii fəlakət fəsadlar törədib
11-05-2024, 09:11
Ölkəmizdə quş ətinin qiyməti arta bilər? - VİDEO
10-05-2024, 22:32
Prezident İlham Əliyev Qarabağda möhtəşəm tunelin açılışını etdi: qürurverici GÖRÜNTÜLƏR
10-05-2024, 22:23
Prezidentdən Şuşada TARİXİ ÇIXIŞ: dövlət başçısı mühüm MESAJLAR VERDİ
10-05-2024, 16:00
Bakıda 24, rayonlarda 25 dərəcə isti olacaq
10-05-2024, 15:45
Prezident və xanımı Şuşada Üzeyir Hacıbəylinin ev-muzeyində aparılan bərpa işləri ilə tanış olublar
10-05-2024, 15:33
Azərbaycan və Ermənistanın XİN başçıları arasında görüş iki gün davam edəcək - YENİLƏNİB
10-05-2024, 15:30
"Azərbaycan daha uzunömürlülər diyarı deyil" - Ekspert
10-05-2024, 15:29
Prezident İlham Əliyev Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda görülən işlərlə tanış olub
10-05-2024, 14:24
Putin 102-ci bazanı çıxarmaq təklif edib, Nikol isə… - "Ola bilsin ki, Putin özü..."
10-05-2024, 13:55
Kərki və Başkəndlə bağlı qərar belə olacaq... - Torpaq dəyişdirilməsi...
10-05-2024, 13:49
Putinin andiçmə mərasiminə getməyən Paşinyan Rusiyadan şikayətlənir - “Nezavisimaya qazeta”
10-05-2024, 13:36
Ceyhun Bayramov qazaxıstanlı həmkarı ilə görüşüb
10-05-2024, 13:29
İlham Əliyev Füzulidə
10-05-2024, 13:02
Putin komandasını yenidən formalaşdırır
10-05-2024, 12:58
Şuşada "ASAN xidmət" mərkəzi açılacaq
10-05-2024, 12:53
ABŞ-dən Türkiyəyə qarşı gözlənilməz jest