Bakı rusiyalı turistlər üçün Batumini əvəz edə bilər? – Böhranı xeyrimizə dəyişə bilərik
Iqtisadiyyat
Oxunub: 629
24 in 2019 | 19:43
Bakı rusiyalı turistlər üçün Batumini əvəz edə bilər? – Böhranı xeyrimizə dəyişə bilərik













Rusiya Prezidenti Vladimir Putin ölkənin hava şirkətlərinin Gürcüstana sərnişin daşımalarını qadağan edən fərman imzalayıb.

Rusiyanın Gürcüstana aviareysləri dayandırması turizm sektorunu çox ciddi risk qarşısında qoyur. Belə ki, hər il Rusiyadan Gürcüstana təxminən iki milyona yaxın turist gəlir və hər il turistlərin hesabına dövlət büdcəsinə 500 milyon dollara yaxın pul daxil olur. İndi isə Rusiya vətəndaşlarının Gürcüstana gedə bilməməsi bu ölkədə ciddi problem, digər ölkələrin turizm sektorunda isə canlanma yaradıb.

Məlumdur ki, yay mövsümü ilə əlaqədar olaraq turistlər, eləcə də rusiyalı turistlər daha çox çimərlikdə istirahət etməyə üstünlük verir. Batumi bu baxımdan Rusiya vətəndaşları üçün ən yaxşı seçimlərdən biri idi.

Bəs indi qonşu ölkənin turistlərinin seçimi hansı ölkə ola bilər?

Ümumiyyətlə, mövcud vəziyyətdən maksimum faydalanmaq və ölkəyə turist axınını artırmaq üçün bu istiqamətdə hansı addımlar atılmalıdır? Daha dəqiq desək, Azərbaycan rusiyalılar üçün Gürcüstanı əvəz edə bilərmi?

Mövzu ilə bağlı Oxu.Az-a açıqlama verən Azərbaycan Turizm Assosiasiyası İdarə Heyətinin sədri Nahid Bağırovun sözlərinə görə, düzgün istiqamət seçilərsə, turistlərin ölkəyə maraq göstərməsini təmin etmək olar:

“Mövcud vəziyyətdən mümkün qədər faydalanmaq üçün ciddi tədbirlər görülməlidir. Bu gün rusiyalıların Gürcüstanı seçmələrinə səbəb xüsusilə çimərliklərdə istirahətə üstünlük vermələridir. Növbəti seçimləri Türkiyə ola bilər. Biz çimərlik turizmində Batumi ilə rəqabət apara bilmərik. Amma bu, bu gün üçün belədir. Ciddi müzakirlər aparılarsa, həmin iki milyona yaxın turisti ölkəmizə cəlb edə bilərik.

Mədəni, tarixi turizmlə bağlı Tbilisi turistlərini cəlb edə bilirik. Təəssüf ki, bizdə dəniz turizmi Batumi ilə müqayisədə, dəniz sahilində yerləşən cəmi dörd istirahət mərkəzi (hotel) var. Bu isə kifayət qədər azdır. Düşünürəm ki, turizm elə bil sahədir ki, hər dəqiqə yenilik axtarışında olmalısan.

Əlverişli vəziyyətləri dəyərləndirməlisən. Əminəm ki, Rusiya özü həmin turistləri ölkədə saxlamaq üçün maksimum tədbirlər görəcək. Mən inanıram ki, yerli turizm şirkətlərimiz bu istiqamətdə aktivlik göstərsə, bu il üçün daha çox turist artımı müşahidə edilə bilər”.

Xatırladaq ki, bir müddət əvvəl “TurStat” agentliyi Azərbaycanın paytaxtı Bakının Rusiya vətəndaşları arasında yay istirahəti üçün ən populyar istiqamətlər siyahısına başçılıq etdiyini açıqlamışdı.
Dünən, 16:19
Müğənni Ziba Osmanlı ağır qəza törətdi: 2 azyaşlı uşağı ağır vəziyyətdə qoyub hadisə yerindən qaçıb - FAKT
Dünən, 12:53
Şuşada “Xarıbülbül” festivalı başlayıb, Prezident və birinci xanım açılışda iştirak edirlər
Dünən, 12:07
Xankəndi və Ağdərədə xeyli silah-sursat aşkarlandı
Dünən, 11:59
İlham Əliyev Şuşada ICESCO-nun Baş direktorunu qəbul edib
Dünən, 10:38
Bu gün Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı başlayır - VİDEO
Dünən, 10:34
Güllələnən icra başçısının qızına da Şuşada ev verildi - FOTO
Dünən, 09:41
Yaponiyada 9 milyondan çox tərk edilmiş ev var
Dünən, 09:32
Xurşidbanu Natəvanın heykəli Parisdə yenidən ucaldılıb
Dünən, 09:26
Saatlıda narkotikin təsiri altında olan taksi sürücüsü saxlanılıb
Dünən, 09:20
Zelenski: Ukrayna Xarkov istiqamətində ordu qüvvələrini gücləndirir
Dünən, 09:15
Qazaxda təbii fəlakət fəsadlar törədib
Dünən, 09:11
Ölkəmizdə quş ətinin qiyməti arta bilər? - VİDEO
10-05-2024, 22:32
Prezident İlham Əliyev Qarabağda möhtəşəm tunelin açılışını etdi: qürurverici GÖRÜNTÜLƏR
10-05-2024, 22:23
Prezidentdən Şuşada TARİXİ ÇIXIŞ: dövlət başçısı mühüm MESAJLAR VERDİ
10-05-2024, 16:00
Bakıda 24, rayonlarda 25 dərəcə isti olacaq
10-05-2024, 15:45
Prezident və xanımı Şuşada Üzeyir Hacıbəylinin ev-muzeyində aparılan bərpa işləri ilə tanış olublar
10-05-2024, 15:33
Azərbaycan və Ermənistanın XİN başçıları arasında görüş iki gün davam edəcək - YENİLƏNİB
10-05-2024, 15:30
"Azərbaycan daha uzunömürlülər diyarı deyil" - Ekspert
10-05-2024, 15:29
Prezident İlham Əliyev Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda görülən işlərlə tanış olub
10-05-2024, 14:24
Putin 102-ci bazanı çıxarmaq təklif edib, Nikol isə… - "Ola bilsin ki, Putin özü..."
10-05-2024, 13:55
Kərki və Başkəndlə bağlı qərar belə olacaq... - Torpaq dəyişdirilməsi...
10-05-2024, 13:49
Putinin andiçmə mərasiminə getməyən Paşinyan Rusiyadan şikayətlənir - “Nezavisimaya qazeta”
10-05-2024, 13:36
Ceyhun Bayramov qazaxıstanlı həmkarı ilə görüşüb
10-05-2024, 13:29
İlham Əliyev Füzulidə
10-05-2024, 13:02
Putin komandasını yenidən formalaşdırır
10-05-2024, 12:58
Şuşada "ASAN xidmət" mərkəzi açılacaq
10-05-2024, 12:53
ABŞ-dən Türkiyəyə qarşı gözlənilməz jest