Dövlət büdcəsindən milyonlar necə yayındırılır... - Və yaxud vergilər naziri vergi cinayətlərinə nə üçün göz yumur?
Iqtisadiyyat
Oxunub: 679
21 in 2019 | 21:20
Dövlət büdcəsindən milyonlar necə yayındırılır... - Və yaxud vergilər naziri vergi cinayətlərinə nə üçün göz yumur?













Vergi dövlətin bel sütunudur! Bir dövlətin çökməsini istəyənlər üçün vergi sistemini çökdürmək, əsas vergi ödəyicilərinin vergidən yayınmasına şərait yaratmaq yetərlidir. Çox təəssüf ki, bu tendensiya Azərbaycanda çoxdandır davam edir!

Ən dəhşətverici məqam da ondan ibarətdir ki, mətbuatda bu barədə bütün çılpaqlığıyla dəfələrlə yazIımasına baxmayaraq, "vnimaniya nol"-dur. Elə də böyük olmayan məmləkətimizdə hamı bir-birini çox yaxşı tanıyır və nə islərdən çıxdığnı gözəl bilir...

Dövlətin sütunu dediyimiz bu orqana hərə öz çapında baltasını vurmaqdadır. Kimisi fərdi sahibkar qismində, kimisi hüquqi şəxs qismində, kimisi iş adamı, kimisi vəzifəli şəxs qismində, kimisi siyasətci qismində və s. və.i. Mən deyərdim ki, bu qisimlərin ən böyüyü ticarət mərkəzləri, bazarlar qismində fəaliyyət göstərən, dövlətin və millətin mənafeyini düsünməyən, Azərbaycanın ən böyük vergi qaçaqçıları, vergidən yayınan, illik yüz miliyonlarla manat vəsaitin vergiyə daxil olmasının qarşısını alan əsasən haqqında bəhs edəcəyimiz "əjdəha”lardır! “Binə” və “Sədərək” ticarət mərkəzlərinin, eləcə də digər nəhəng bazarların fəaliyyətinə nəzər salsaq və hər kvadratmetr üçün toplanan vəsaitin iyirmi beş, otuz manat təşkil etdiyini və bu miqdarın ay ərzinde əlli milyon (50 milyon) manat civarında olduğunu görərik. “Binə” və “Sədərək” ticarət mərkzlərində işləyən on minlərlə satıcıdan vergi adına əlavə olaraq adambaşına iki yüz qırx manat (240 manat) vergi pulu yiğmaqla, vətəndaşların mustəqil şəkildə vergidə qeydiyyatda durub, özləri öz vergilərini ödəmələrinə imkan verilmir. Bunun nəticəsində on minlərlə iş adamı vergidən kənarda qalır və onlar gələcək sosial təminatlardan da məhrum olurlar.

Vergi adı altinda toplanan vəsaitin əslində vergiyə yox, bazar sahibinin cibinə getdiyini hər bir sahibkar bilsə də, bu amansız axının qarşısında çarəsiz yuvarlanıb getməkdədirlər. Tək təsəlliləri “biz vergimizi veririk, haraya getdiyini DÖVLƏT baba özü maraqlansın” demələridir.

Zaman-zaman öz kiçik etirazlarını bazar rəhbərliyinə bildirən, vergisini özü vermək istəyən satıcılar konkret olaraq bazar rəhbəri tərəfindən şəxsən təhdidlə qarşılaşmış və bazardan qovulmaq təhlükəsiylə üzləşdiklərindən, yekunda “susmaq qızıldır” prinsipini əsas tutublar!

Vergi islahatları ilə gündəmə gələn vergilər naziri də miqyası on milyonlarla ölçülən bu vergi yayınmasından özünü bixəbər kimi aparır və islahatları, yenicə iş həyatına qədəm qoymuş, həyatını ticarətlə qazanmağa çalışan xırda sahibkarların ən kiçik səhlənkarlıqlarını güzəştə getməyərək cəzalandırmaqda və onların iş həyatlarını başlamadan bitirmələrində görür.

Hörmətli vergilər nazirimiz bazar mafiyasi ilə muqayisədə gözə görsənməyən xırda sahibkarların kiçicik yayinmalarını "dəryada böyük balıq" yaxalayıbmış kimi numayiş etdirərək, gözdən pərdə asmaqla, əslində, diqqətləri əsl hədəfdən yayındırmağa çalışır. Belə olmasaydı, susqunluq nümayiş etdirməyib, “bazar mafiyası” ilə bağlı sükutu pozardı!

Bunları deməyə əsas verən səbəb illərdir bazarların milyonları vergidən yayındırdığını mütəxəssislərin mətbuat səhifələrində dəfələrlə gündəmə gətirməsi və bu amansız vergi cinayətinin hələ də davam etməsidir! Bunları görən və dərk edən kiçik sahibkar, sadə vətəndaş da “bir balta da mən vurum” prinsipilə dövlətin əsasına zərbə vurmaqda davam edirlər!

Son verilən məlumatlara gorə, “Binə” bazarının rəhbəri Kəbirə Məmmədova şəxsən satıcılara vergi adına yığılan, yəni adambaşına düşən 240 manatın məbləğini qaldıraraq, iyul ayından beş yüz manat edəcəyini elan edib. Razılaşmayanların taleyi bəri başdan bəllidir! Məncə, bu məsələ vergi nazirinin boyunu aşdığından, cənab Prezident şəxsən müdaxilə etməlidir! Əks təqdirdə illərdir yüz milyonları büdcədən yayındırmaqla mafiyalaşmış bazarlar, elə də iradəli olmayan, pul qarşısında sınmağı özünə şərəf bilən, öz mənfəətini dövlətin mənfəətindən üstün tutan istənilən məmuru bahalı xəz dəri kimi alıb, ayaqları altına salacaqlar! \\hurriyyet.org\\
Bu gün, 16:00
Ermənilər nədən bu başıxarab keşişin arxasınca getmək istəmir... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 15:30
İrəvanda aksiyalar 2-3 günə sönəcək - İNCƏLƏMƏ
Bu gün, 14:22
Paşinyan istefa verərsə... - NƏ BAŞ VERƏCƏK?
Bu gün, 13:53
Mənfur düşmən düzgün hesablamalar aparmamışdır
Bu gün, 13:22
Əhmədlə bağlı yekun ekspertiza rəyi açıqlandı
Bu gün, 13:18
Əliyev Rusiya ilə elə bir sənəd imzalayıb ki, Azərbaycan həmişə… - Erməni politoloq
Bu gün, 13:15
Prezidentdən mikro, kiçik və orta sahibkarlıq subyektləri ilə bağlı FƏRMAN
Bu gün, 11:45
Müdafiə nazirinə yeni müavin təyin olundu
Bu gün, 11:10
Ermənistandakı aksiyalar böyüyür - ölkəni hansı təhlükələr gözləyir…
Bu gün, 10:57
Xocalıya köç başlayır: Evlərin təhvilvermə vaxtı AÇIQLANDI - VİDEO
Bu gün, 10:52
Prezident Millətlər Birliyinin baş katibini qəbul edib
Bu gün, 10:44
İrəvanda səhər saatlarında 88 nəfər saxlanılıb - VİDEO
Bu gün, 10:33
Kadırovun 16 yaşlı oğlu afrikalılara təlim keçəcək - VİDEO
Bu gün, 10:11
Sədərək Ticarət Mərkəzində yanğın başlayıb - VİDEO
Bu gün, 10:06
Rusiya İranın təsirindən qurtulmağa çalışır? - Qətərdən ŞOK
Bu gün, 10:01
“Qarabağ”ın daha 4 potensial rəqibi bəlli oldu
Bu gün, 10:00
Cavanlar azalır, qocalar çoxalır: Dünyada proses necə gedir? - ARAŞDIRMA
Bu gün, 09:39
AFFA-da vacib qərarlar günü
Bu gün, 09:39
Daxili İşlər Nazirliyi kiberdələduzluqla bağlı vətəndaşlara müraciət edib
Bu gün, 09:34
ABŞ-dan İsrailə gözlənilməz təklif: "Rəfaha hücumu saxla, biz də BUNU edərik" - Washington Post
Bu gün, 09:17
Qərb İrəvana "fəlakətin yol xəritəsi"ni verib: Ermənistan indi nə irəli, nə də geri hərəkət etmir, mərkəzdə əzilir
Bu gün, 09:10
İsrail ordusu Cəbaliyədə...
Bu gün, 09:06
Rusların bu hücumundan xəbərdar idik - Kəşfiyyat
Bu gün, 09:03
Sabahdan Kosovada bu pula qadağa qoyulur
Bu gün, 09:00
Rusiya Avropaya nə vaxt hücum edə bilər? - Analitiklərin PROQNOZLARI
11-05-2024, 16:19
Müğənni Ziba Osmanlı ağır qəza törətdi: 2 azyaşlı uşağı ağır vəziyyətdə qoyub hadisə yerindən qaçıb - FAKT
11-05-2024, 12:53
Şuşada “Xarıbülbül” festivalı başlayıb, Prezident və birinci xanım açılışda iştirak edirlər