“Nar” dilerlərlə birgə ötən ilin nəticələrini müzakirə edib”
Iqtisadiyyat
Oxunub: 830
7 may 2019 | 15:21
“Nar” dilerlərlə birgə ötən ilin nəticələrini müzakirə edib”














Ölkənin ən gənc mobil operatoru “Nar”, satış şəbəkəsinin nümayəndələri ilə keçirdiyi görüşdə 2018-ci ilin nəticələrini açıqlayıb və ötən ilin müvəffəqiyyətli bir il olduğunu elan edib.

Təqdim etdiyi yüksəkkeyfiyyətli mobil rabitə xidmətləri və müştəriyönümlü fəaliyyəti ilə seçilən mobil operatorun yeni abunəçilərinin sayı ötən il ərzində 22% artıb. Dilerlər sağlam və dayanıqlı iş birliyinə əsaslanan fəaliyyət nəticəsində ümumi satışın 65%-ni həyata keçiriblər ki, bunun da 68%-i Bakı, 32%-i isə regionların payına düşür.

“Nar”-ın Kommersiya direktoru Qəhrəman Kazımovun sözlərinə görə, “Nar”-ın əsas hədəfi şirkətin müştəriyönümlü brend strategiyasını satış şəbəkəsinin fəaliyyətində də əks etdirməkdir: “Nar” olaraq pərakəndə satış bazarında yeni bir inkişaf yolunun başlanğıcındayıq. Bizim kompakt, lakin çox aktiv fəaliyyət göstərən rəsmi diler şəbəkəmiz var. 2019-cu ilin mühüm planlarından biri diler şəbəkəmizi müasir tələblərə uyğun yeniləmək, təkmilləşdirmək və genişləndirməkdir. Bununla da, məqsədimiz “Nar” dükanlarını ziyarət edən müştərilərimizə üstün müştəri xidməti göstərmək, onların tələblərinə uyğun asan və rahat təkliflər irəli sürmək, bir sözlə, mükəmməl müştəri təcrübəsini təmin etməkdir”.

“Nar” cari ildə satış şəbəkəsinin genişləndirilməsi məqsədilə, dükan sayını 90-a çatdırmağı, bütün dükanlarda şirkətin brend strategiyasını əks etdirmək üçün yenilənmə işləri həyata keçirməyi, eyni zamanda, effektiv fəaliyyət və müasir müştəri təcrübəsini təmin etmək üçün prosesləri müasir standartlara uyğun olaraq təkmilləşdirməyi qarşısına hədəf qoyub.

“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 97%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir və 7400-dən artıq baza stansiyası ilə 2,2 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.

“Nar” dilerlərlə birgə ötən ilin nəticələrini müzakirə edib”“Nar” dilerlərlə birgə ötən ilin nəticələrini müzakirə edib”
Bu gün, 10:06
Azərbaycan XİN Heydər Əliyevlə bağlı paylaşım edib
Bu gün, 10:01
Süni intellekt silaha çevrilir: gizlin qalmadı
Bu gün, 09:55
Əliyevin enerji diplomatiyası real təhlükəsizlik və cazibə faktorudur: Avropa tədricən Azərbaycana inteqrasiya olunur
Bu gün, 09:50
Ceyhun Bayramov Qazaxıstana işgüzar səfərə yola düşüb
Bu gün, 09:40
Mədəniyyət ictimaiyyəti Mehriban Əliyevanı təbrik etdi
Bu gün, 09:34
Ukraynada ordudan yayınanlara qarşı sərt cəza
Bu gün, 09:30
Prezidentdən Heydər Əliyevlə bağlı paylaşım
Bu gün, 09:00
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümüdür
Dünən, 13:22
Bir qrup incəsənət xadiminə Prezident mükafatı verildi - SƏRƏNCAM
Dünən, 10:50
Paşinyanla Putin razılaşdı: 44 günlük müharibədən sonra...
Dünən, 10:47
Meşədən görüntülər yayılmışdı, polis müdaxilə etdi - FOTO
Dünən, 10:42
İlham Əliyev və Mehriban Əliyeva Həzi Aslanovun məzarını ziyarət ediblər
Dünən, 09:25
Mehriban Əliyeva Faşizm üzərində Qələbə Günü münasibətilə paylaşım edib
Dünən, 09:17
CHP lideri Azərbaycana gəlir: Səhvimiz varsa...
Dünən, 09:10
“Real Madrid”dən geri dönüş: oyun 115 dəqiqə davam etdi - QOLLAR
Dünən, 09:04
İrəvandan KTMT ilə bağlı daha bir QƏRAR
Dünən, 08:59
Arxa cəbhə iştirakçılarına veteran statusu verilə bilərmi? - Deputatdan cavab
Dünən, 08:53
Faşizm üzərində qələbədən 79 il ötür
8-05-2024, 16:00
Fürsətdir... ələ düşüb... - Ekspert danışır...
8-05-2024, 15:30
Noyabr ayına qədər sülh sazişi... MÜMKÜNDÜRMÜ?
8-05-2024, 14:37
Azərbaycan və İran prezidenti Xudafərində görüşəcək
8-05-2024, 14:22
Ermənistanın Azərbaycan və Türkiyə ilə zorən tərəfdaşlığı... - ŞƏRH
8-05-2024, 13:15
Paşinyandan kilsənin şok ifşası: onlara meydan oxudu
8-05-2024, 13:00
Bakı metrosunun iş rejimi dəyişdirilir - RƏSMİ
8-05-2024, 12:44
Azərbaycan və Bolqarıstan prezidentləri arasında geniş tərkibdə görüş olub - YENİLƏNİB
8-05-2024, 12:28
Gərgin Putin-Paşinyan görüşü - "İ" nöqtəsi qoya biləcəklərmi?
8-05-2024, 12:25
Azərbaycan və Bolqarıstan prezidentləri arasında geniş tərkibdə görüş başlayıb