ASLANLININ BANKINDAN 9 MİLYON “ÇƏKİBLƏR” – “Bank Avrasiya” “aradan çıxır”?
Iqtisadiyyat
Oxunub: 895
3 may 2019 | 23:16
ASLANLININ BANKINDAN 9 MİLYON “ÇƏKİBLƏR” – “Bank Avrasiya” “aradan çıxır”?














Maliyyə Bazarlarına Nəzarət Palatasının sabiq rəhbəri Rüfət Aslanlının bankı kimi tanınan “Bank Avrasiya” nın maliyyə göstəriciləri getdikcə pisləşir. İlk baxışdan hətta elə gəlir ki, bank yavaş-yavaş “aradan çıxır”. Hazırda bu bankı ölkənin bank sektorundakı ən zəif həlqələrdən biri də hesab etmək olar.

Belə ki, ötən il R.Aslanlı vəzifəsindən uzaqlaşdırılan kimi, bankın ilin sonuna olan maliyyə göstəricilərində zəifləmə müşahidə olunmağa başladi. Bəlkə də bunu təsadüfi hal hesab etmək olardı. Lakin 2019-cu ilin birinci üç ayının maliyyə nəticələri göstərir ki, burada təsadüfi heç nə yoxdur. Ona görə ki, göstəricilər bankdakı geriləmənin daha da artdığını və dərinləşdiyini deməyə əsas verir.

2019-cu ilin 1-ci rübünə olan hesabata baxdıqda görürük ki, bankın cəmi aktivləri və cəmi öhdəlikləri kəskin şəkildə azalıb. “Bank Avrasiya”nın 2018-ci ilin analoji dövrü ilə müqayisədə bu ilin birinci rübündə cəmi aktivləri 6 mln. 869 min manat azalaraq 155 mln. 347 min manata enib. Bankın cəmi öhdəlikləri isə təxminən 9 milyon(8 mln. 697 min manat) həcmində azalıb və cəmi 91 mln. 305 min manat təşkil edib.
Bankın öhdəliklərindəki azalma ilk növbədə müştəri depozitlərinin azalıması ilə əlaqədardır. Belə ki, hesabat dövründə müştəri depozitləri 9 mln. 221 min manat və ya 27 faiz azalaraq, 23 mln. 890 min manata enib.ASLANLININ BANKINDAN 9 MİLYON “ÇƏKİBLƏR” – “Bank Avrasiya” “aradan çıxır”?





Bu o deməkdir ki, müştərilər bankdan 9 milyon manatdan artıq pullarını çəkiblər. İstər-istəməz belə təəssürat yaranır ki, R.Aslanlı vəzifəsindən kənarlaşdırılandan və ətrafında yaranan müxtəlif qalmaqallardan sonra müştərilərin banka münasibətində mənfi mənada ciddi dəyişiklik baş verib. Çünki qısa müddətdə 9 milyon manatdan artıq depozitin geri çəkilməsini başqa səbəblə izah etmək olduqca çətindir.

“Bank Avrasiya” nın maliyyə durumunun ürəkaçan olmadığını göstərən daha bir məqam bankın mənfəətinin kəskin şəkildə azalmasıdır. Belə ki, 2019-cu ilin birinci rübündə bankın xalis mənfəəti demək olar ki, 0-a yaxın olub – cəmi 14 min manat.ASLANLININ BANKINDAN 9 MİLYON “ÇƏKİBLƏR” – “Bank Avrasiya” “aradan çıxır”?





Qeyd edək ki, “Bank Avrasiya”nın 2018-ci ilin yekunlarını əks etdirən hesabatına diqqət yetirəndə görünür ki, bankın 2018-ci ildə mənfəəti 2017-ci illə müqayisədə 1 milyon 168 min manat azalıb. O cümlədən bankın qeyri-faiz gəlirləri kəskin şəkildə azalaraq, 3 milyon 314 min manatdan 1 milyon 425 min manata enib.

Qeyri-faiz gəlirləri əsasən valyuta mübadiləsindən, kartlardan, komissiya haqlarından və s. yığılan vəsaitlər hesabına formalaşır. Bu o deməkdir ki, ya ötən il bankın xidmətlərindən istifadə edən qurumların sayında, ya da valyuta mübadiləsindən daxil olan gəlirlərdə ciddi azalma olub. İstənilən halda, qeyri-faiz gəlirlərinin 2 dəfədən çox azalması bir bank üçün olduqca mənfi tendensiyadır. Həmçinin, bankın qeyri-faiz xərcləri də artaraq, 4 milyon 634 min manatdan 5 milyon 5 min manata qalxıb.ASLANLININ BANKINDAN 9 MİLYON “ÇƏKİBLƏR” – “Bank Avrasiya” “aradan çıxır”?










Xatırladaq ki, rəsmi olaraq, “Bank Avrasiya”nın İdarə Heyətinin sədri olan Fuad Aslanlı Rüfət Aslanlının kiçik qardaşıdır və 2007-ci ildən bu vəzifəni daşıyır.

Elə həmin ilin əvvəlində də Rüfət Aslanlı Milli Bankın İdarə Heyətinin sədr müavini vəzifəsinə təyin olunmuşdu və bu dövrü Aslanlının “çiçəklənmə” dövrü hesab etmək olar.

Hazırda isə sabiq məmurun taleyilə bağlı müəmma davam etməkdədir. Çünki vəzifədən kənarlaşdırılan R.Aslanlının ölkədən çıxışına qadağa qoyulduğu barədə məlumatlar yayılandan sonra Baş prokuror yanında Korupsiyaya Qarşı Mübarizə Baş İdarəsi rəsmi olaraq, onun barəsində araşdırma aparıldığını bəyan edib. \\azpolitika.info\\
Dünən, 16:19
Müğənni Ziba Osmanlı ağır qəza törətdi: 2 azyaşlı uşağı ağır vəziyyətdə qoyub hadisə yerindən qaçıb - FAKT
Dünən, 12:53
Şuşada “Xarıbülbül” festivalı başlayıb, Prezident və birinci xanım açılışda iştirak edirlər
Dünən, 12:07
Xankəndi və Ağdərədə xeyli silah-sursat aşkarlandı
Dünən, 11:59
İlham Əliyev Şuşada ICESCO-nun Baş direktorunu qəbul edib
Dünən, 10:38
Bu gün Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı başlayır - VİDEO
Dünən, 10:34
Güllələnən icra başçısının qızına da Şuşada ev verildi - FOTO
Dünən, 09:41
Yaponiyada 9 milyondan çox tərk edilmiş ev var
Dünən, 09:32
Xurşidbanu Natəvanın heykəli Parisdə yenidən ucaldılıb
Dünən, 09:26
Saatlıda narkotikin təsiri altında olan taksi sürücüsü saxlanılıb
Dünən, 09:20
Zelenski: Ukrayna Xarkov istiqamətində ordu qüvvələrini gücləndirir
Dünən, 09:15
Qazaxda təbii fəlakət fəsadlar törədib
Dünən, 09:11
Ölkəmizdə quş ətinin qiyməti arta bilər? - VİDEO
10-05-2024, 22:32
Prezident İlham Əliyev Qarabağda möhtəşəm tunelin açılışını etdi: qürurverici GÖRÜNTÜLƏR
10-05-2024, 22:23
Prezidentdən Şuşada TARİXİ ÇIXIŞ: dövlət başçısı mühüm MESAJLAR VERDİ
10-05-2024, 16:00
Bakıda 24, rayonlarda 25 dərəcə isti olacaq
10-05-2024, 15:45
Prezident və xanımı Şuşada Üzeyir Hacıbəylinin ev-muzeyində aparılan bərpa işləri ilə tanış olublar
10-05-2024, 15:33
Azərbaycan və Ermənistanın XİN başçıları arasında görüş iki gün davam edəcək - YENİLƏNİB
10-05-2024, 15:30
"Azərbaycan daha uzunömürlülər diyarı deyil" - Ekspert
10-05-2024, 15:29
Prezident İlham Əliyev Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda görülən işlərlə tanış olub
10-05-2024, 14:24
Putin 102-ci bazanı çıxarmaq təklif edib, Nikol isə… - "Ola bilsin ki, Putin özü..."
10-05-2024, 13:55
Kərki və Başkəndlə bağlı qərar belə olacaq... - Torpaq dəyişdirilməsi...
10-05-2024, 13:49
Putinin andiçmə mərasiminə getməyən Paşinyan Rusiyadan şikayətlənir - “Nezavisimaya qazeta”
10-05-2024, 13:36
Ceyhun Bayramov qazaxıstanlı həmkarı ilə görüşüb
10-05-2024, 13:29
İlham Əliyev Füzulidə
10-05-2024, 13:02
Putin komandasını yenidən formalaşdırır
10-05-2024, 12:58
Şuşada "ASAN xidmət" mərkəzi açılacaq
10-05-2024, 12:53
ABŞ-dən Türkiyəyə qarşı gözlənilməz jest