Ümumdünya Kitab Günündə “Nar”-dan kənd məktəbinə dəstək
Iqtisadiyyat
Oxunub: 880
23 apr 2019 | 15:12
Ümumdünya Kitab Günündə “Nar”-dan kənd məktəbinə dəstək















Elm, təhsil və maariflənmənin inkişafına dəstək verən “Nar” 23 aprel - Ümumdünya Kitab Günü ilə əlaqədar növbəti uğurlu layihəsini gerçəkləşdirdi.
Mobil operator Cəlilabadın Təzəkənd kəndində yerləşən məktəbə 500-dən artıq kitab və elektron kitabxanaya giriş imkanı yaradan müasir kompyuterlər hədiyyə etməklə kitabxananı yeniləyib. Təhsil nazirliyinin dəstəyi ilə keçirilən aksiyada məktəbə təqdim edilən kitablar əsasən məktəblilər üçün klassik və müasir ədəbiyyatı əhatə edir. Bura nağıllar, uşaq ensiklopediyası, uşaq ədəbiyyatı, lügətlər, dünya və Azərbaycan ədəbiyyatı nümunələri və bu qəbildən olan digər kitablar daxildir. Qeyd edək ki, kitablar Azərbaycan, Rus və İngilis dillərindədir. “Nar”-ın hədiyyə etdiyi kompyuterləri məktəblilər həm informatika dərslərində, həm də elektron kitabxana kimi istifadə edə biləcəklər. “Nar”-ın bu aksiyası haqqında daha ətraflı aşağıdakı video vasitəsilə tanış olmaq mümkündür:



“Nar” Ümumdünya Kitab Günü ilə əlaqədar məktəbləri kitabla təmin etməyi artıq bir ənənə halına çevirib. Ötən il mobil operator Bakıda yerləşən internat məktəblərindən birinə kitablar hədiyyə etmişdi. Aksiyanın keçirilməsində məqsəd uşaqları oxumağa həvəsləndirmək, onlarda kitab oxumaq vərdişinin formalaşmasına dəstək olmaq və təhsilin önəmini aşılamaqdan ibarətdir.
Qeyd edək ki, 23 aprelin hər il Ümumdünya Kitab Günü kimi qeyd edilməsi ilə bağlı qərar 1995-ci ildə UNESCO tərəfindən qəbul edilib. Əlamətdar günün məhz 23 aprel tarixində qeyd edilməsinin əsas məqsədi həmin gündə Servantes, Şekspir, Veqa, Nabiokov kimi məşhur yazarların doğum və ölüm günlərinin olmasıdır.

Gənc nəslin motivasiyası, təhsil və maariflənməyə olan marağın artırılması “Nar” KSM strategiyasının əsas istiqamətlərindəndir. Uzun illərdir ki, bu çərçivədə mobil operator maariflənmənin təşviqi məqsədilə genişmiqyaslı aksiyalar təşkil edir, müxtəlif bilik müsabiqələri və intellektual yarışların sponsoru qismində çıxış edir. “Nar” KSM strategiyası haqqında ətraflı məlumatı nar.az internet səhifəsindən öyrənmək olar.

“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 97%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir və 7400-dən artıq baza stansiyası ilə 2,2 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.

Ümumdünya Kitab Günündə “Nar”-dan kənd məktəbinə dəstək
Ümumdünya Kitab Günündə “Nar”-dan kənd məktəbinə dəstək
Ümumdünya Kitab Günündə “Nar”-dan kənd məktəbinə dəstək
Ümumdünya Kitab Günündə “Nar”-dan kənd məktəbinə dəstək
Ümumdünya Kitab Günündə “Nar”-dan kənd məktəbinə dəstək
Dünən, 09:59
Erməni baş prokurordan Kamil Zeynallı açıqlaması
Dünən, 09:50
“Müharibənin yeni mərhələsi ilə üz-üzəyik”
Dünən, 09:44
Prezidentin məktubları BMT-dəki daimi nümayəndələrə çatdırılıb
Dünən, 09:00
Paşinyan üçün çıxılmaz vəziyyət: Putinin andiçmə mərasimimdən sonra...
3-05-2024, 16:02
Vilayət Eyvazov keçmiş generala yüksək vəzifə verdi - FOTO
3-05-2024, 16:00
Kəndlərin təhvil-təslim prosesi belə aparılır: Xeyrımlı kəndi ətrafında isə... - NƏ BAŞ VERİR?
3-05-2024, 15:30
Azərbaycan dövlətinin prinsipial mövqeyi bu dəfə də keçərli oldu... - vasitəçilərə ehtiyac yoxdur!
3-05-2024, 15:13
Onu xilas etmək olmur, ya ölümə gedir, ya da öldürməyə - Elşad Hacıyevdən ÇAĞIRIŞ - VİDEO
3-05-2024, 14:22
Bakı buna nail oldu: indi qalib önündə təkik - Geqamyan
3-05-2024, 14:00
Bakıda taksi qiymətləri bahalaşıb? - ARAŞDIRMA
3-05-2024, 13:38
Ermənilər xoflandı: Azərbaycan seçkiyə hazırlaşır, hücum edəcək! - KİV
3-05-2024, 12:58
Azərbaycan və Ermənistan: Normallaşma prosesi... - kimlərin maraqlarını alt-üst edir?
3-05-2024, 12:32
Gömrük idarəsində ƏMƏLİYYAT: Rəis ifadə üçün Bakıya gətirildi
3-05-2024, 11:42
Ankara və Bakıya qarşı 4 ölkənin məkrli planı - DETALLAR
3-05-2024, 11:16
İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul edib
3-05-2024, 11:10
Azərbaycanda pensiyalar bu yolla arta bilər - AÇIQLAMA
3-05-2024, 11:03
Katalizatoru olmayan avtomobillər – Sahibini nə qədər cərimə gözləyir?
3-05-2024, 10:57
Azərbaycanda onminlərlə insan bu xəbəri gözləyir – Sabah elan ediləcək, amma müəmma var!
3-05-2024, 10:50
Fransa mətbuatı Ermənistanda müdafiə işinə cəlb olunan Britaniya şirkətlərini “ifşa edib”
3-05-2024, 10:45
Seçkinin qabağa çəkilməsi dəqiqdir! - Bəs tarix?
3-05-2024, 10:41
“Bayer” məğlubiyyətsiz davam edir… - Video
3-05-2024, 10:16
“Qaçqınkom” Sus sakininin ev məsələsi ilə bağlı iddialarına cavab verib
3-05-2024, 10:11
Gürcüstanın baş naziri ABŞ-yə səfərdən imtina edib - SƏBƏB
3-05-2024, 09:39
Türkiyə MN: Ankara "S-400" sistemlərini kiməsə vermək niyyətində deyil
3-05-2024, 09:34
Ukrayna Rusiyanın dərinliklərini vura bilər - Kemeron
3-05-2024, 09:29
Hikmət Hacıyev: YUNESKO bir adamın əlində alətə çevrilməməlidir
3-05-2024, 09:25
CHP lideri Ərdoğanla görüşündə əyləşmə şəklini tənqid edib