Azərbaycan banklarında kredit faiz dərəcələri niyə yüksəkdir? — Ekspert rəyi
Iqtisadiyyat
Oxunub: 811
22 apr 2019 | 19:55
Azərbaycan banklarında kredit faiz dərəcələri niyə yüksəkdir? — Ekspert rəyi















“Azərbaycanda kredit faiz dərəcələrinin yüksək olması danılmaz faktdır və bu hamı tərəfindən etiraf edilir.Ona görə də kredit faiz dərəcələrinin yüksək olmasının kökünün araşdırılmasına böyük ehtiyac var”.
Bunu açıqlamasında maliyyə eksperti Samir Əliyev deyib.

Onun sözlərinə görə, ölkədə infilyasiyanın 2-3 faiz arasında dəyişməsinə baxmayaraq, kredit faiz dərəcələrinin infilyasiyanın səviyyəsindən 10-15 dəfə çox olması anormal haldır:

“Bu anormallıq isə Azərbaycan iqtisadiyyatındakı problemlərin göstəricisi deməkdir. Niyə Avropa və digər ölkələrdə kredit faiz dərəcələri 3-5 civarında olduğu halda Azərbaycanda bu 4-5 dəfə yüksəkdir”.

O, əlavə edib ki, bu gün bankların verdiyi kredit faiz dərəcələri yüksək olsa da, gəlirləri elə də çox deyil:

“Bunun səbəbi bankların cəlb etdikləri maliyyə resurslarının baha olmasıdır. Bankların bu gün cəlb etdiyi əsas maliyyə resursu əmanətlərdir ki, həmin əmanətləri yüksək fazilə əldə edirlər. Bank 11-15 faizə cəlb etdiyi əmanətin üzərin 6-10 fazi əlavə edib kredit verir.

Əgər biz kredit faiz dərəcələrinin aşağı olmasını istəyiriksə, o zaman mütləq bankların uzuc maliyyə resurslarına çıxışını təmin etməliyik. Bankların ucuz dövlət və ayrı-ayrı şirkətlərin resurlarına çıxışları olmalıdır. Ancaq bu gün bankların verdiyi kreditlərin 70 faizi cəlb etdikləri əmanətlər hesabına veridliyindən, kredit faiz dərəcələri də yüksəkdir Bu gün ancaq bir neçə bankın ucuz maliyyə resurslarına çıxışları var”.
Ekspert deyib ki, bundan əlavə olaraq kredit verilən zaman girov problemi həllini tapmalıdır. “Digər ölkələrdən fərqli olaraq Azərbaycanda kredit verilərkən, kreditin həcmindən 2-3 qat baha əmlakın girovu tələb olunur. Bu da sonda ciddi problemlərə gətirib çıxarır. Kredit ödənilməyəndə bank həmin mülkü satıb, borcunu qaytarmaq üçün uzun zaman vaxt itirir. Odur ki, bunu mexanizmi tapılmalı və həll olunmalıdır. Növbəti problem iqtisadiyyatla bağlı olan məsələdir. Banklar daha çox istehlak kreditini verməyə üstünlük verirlər. Çünki həm istehlak kredit faiz dəırəcələri yüksəkdir, həm də geri dönməsi daha rahatdır. Amma iqtisadiyyatın digər sahələrində belə deyil. Məsələn kənd təsərrüfatına kredit verilməsində problemlər mövcuddur. Ona görə də kredit fazi dərəcələrinin aşağı salınması üçün yollar aranmalıdır. Lakin bu inzibati yolla deyil, digər variantlarla olmalıdır. Inzibati yol düzgün metod deyil. Mətbuatda Maliyyə Bazarlarına Nəzarət Palatasının kredit faiz dərəcələrinin yuxarı həddi ilə vahid qaydanı təklif etməsi barədə gedən məlumatları oxudum, bu yanlış addımdır. Əgər belə addım atılarsa,bu müsbət effekt verməyəcək. Ciddi problemlər yaranacaq. Bir daha təkrar edirəm ki, ilk olaraq ucuz maliyyə resurslarına çıxş və digər bazar alətləri işə düşməlidir. Banklar da müştərilərə xidmət çeşidini artırmalıdır”, - ekspert vurğulayıb.

S. Əliyev onu da əlavə edib ki, kredit faiz dərəcəsini ucuzlaşdırmaq üçün Mərkəzi Bank, Maliyyə Bazarlarına Nəzarət Palatası mərkəzləşdirilmiş formada kreditin həcmini artırmalıdır: “Bu gün Mərkəzi Bank tərəfindən verilən mərkəzləşdiirlmiş ucuz kredit həcmi həddindən artıq azdır. Ancaq bu əvvəllər yüksək səviyyədə olub. Əgər əvvəllər əmanətlərin kreditdə payı 50 fazi təşkil edirdisə, indi isə bu həcm 70 faizə qalxıb. Çünki əvvəllər banklar ucuz maliyyə resurslarına çıxışı var idi. Ona görə də Mərkəzi Bank mərkəzləşdirilmiş kredit həcmini artırmalıdır.

Bir də bu gün Azərbaycanda ancaq 5-6 bankın belə ucuz maliyyə resurslarına çıxışı var, yerdə qalan 90 fazi bankın isə belə imkanı olmadığından kredit faizləri yuxarıdır. Mərkəzi Bank hamıya bərabər səviyyədə mərkəzləşdirilmiş kredit verməlidir”.

Ucuz maliyyə resursu əldə edən bankların kredit fazi dərəcələrini aşağı salmamasına gəldikdə isə ekspret deyib ki, həmin banklar məhdud çərçivədə öz ətraflatrına irihəcmli kreditlər verirlər və bu da bazara təsir etmir:

“Burada Beynəlxalq Bank praktikası artıq bəllidir. Beynəlxalq Bank verdiyi milyonlarla pulu mərkəzləşdirilmiş formada bazara yönəltsəydi, bu, kredit bazarına təsir edərdi. Bu banklar da kreditləri məhdud çərçivədə verdiklərinə görə, kredit bazarına təsir etmir. O baxımdan da istehlak kredit faiz dərəcəsi yüksəkdir. Odur ki, maliyyə resursları banklar arasında bərabər səviyyədə paylanmalıdır.

Burada digər bir məqam isə ölkə iqtisadiyyatındakı durumdur. Bank sektoru iqtisadiyyatın güzgüsüdür. İqtisadiyyatda normal rəqabət mühiti olarsa, kreditin fazi dərəcəsinə öz müsbət təsirini göstərər”.
Dünən, 09:59
Erməni baş prokurordan Kamil Zeynallı açıqlaması
Dünən, 09:50
“Müharibənin yeni mərhələsi ilə üz-üzəyik”
Dünən, 09:44
Prezidentin məktubları BMT-dəki daimi nümayəndələrə çatdırılıb
Dünən, 09:00
Paşinyan üçün çıxılmaz vəziyyət: Putinin andiçmə mərasimimdən sonra...
3-05-2024, 16:02
Vilayət Eyvazov keçmiş generala yüksək vəzifə verdi - FOTO
3-05-2024, 16:00
Kəndlərin təhvil-təslim prosesi belə aparılır: Xeyrımlı kəndi ətrafında isə... - NƏ BAŞ VERİR?
3-05-2024, 15:30
Azərbaycan dövlətinin prinsipial mövqeyi bu dəfə də keçərli oldu... - vasitəçilərə ehtiyac yoxdur!
3-05-2024, 15:13
Onu xilas etmək olmur, ya ölümə gedir, ya da öldürməyə - Elşad Hacıyevdən ÇAĞIRIŞ - VİDEO
3-05-2024, 14:22
Bakı buna nail oldu: indi qalib önündə təkik - Geqamyan
3-05-2024, 14:00
Bakıda taksi qiymətləri bahalaşıb? - ARAŞDIRMA
3-05-2024, 13:38
Ermənilər xoflandı: Azərbaycan seçkiyə hazırlaşır, hücum edəcək! - KİV
3-05-2024, 12:58
Azərbaycan və Ermənistan: Normallaşma prosesi... - kimlərin maraqlarını alt-üst edir?
3-05-2024, 12:32
Gömrük idarəsində ƏMƏLİYYAT: Rəis ifadə üçün Bakıya gətirildi
3-05-2024, 11:42
Ankara və Bakıya qarşı 4 ölkənin məkrli planı - DETALLAR
3-05-2024, 11:16
İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul edib
3-05-2024, 11:10
Azərbaycanda pensiyalar bu yolla arta bilər - AÇIQLAMA
3-05-2024, 11:03
Katalizatoru olmayan avtomobillər – Sahibini nə qədər cərimə gözləyir?
3-05-2024, 10:57
Azərbaycanda onminlərlə insan bu xəbəri gözləyir – Sabah elan ediləcək, amma müəmma var!
3-05-2024, 10:50
Fransa mətbuatı Ermənistanda müdafiə işinə cəlb olunan Britaniya şirkətlərini “ifşa edib”
3-05-2024, 10:45
Seçkinin qabağa çəkilməsi dəqiqdir! - Bəs tarix?
3-05-2024, 10:41
“Bayer” məğlubiyyətsiz davam edir… - Video
3-05-2024, 10:16
“Qaçqınkom” Sus sakininin ev məsələsi ilə bağlı iddialarına cavab verib
3-05-2024, 10:11
Gürcüstanın baş naziri ABŞ-yə səfərdən imtina edib - SƏBƏB
3-05-2024, 09:39
Türkiyə MN: Ankara "S-400" sistemlərini kiməsə vermək niyyətində deyil
3-05-2024, 09:34
Ukrayna Rusiyanın dərinliklərini vura bilər - Kemeron
3-05-2024, 09:29
Hikmət Hacıyev: YUNESKO bir adamın əlində alətə çevrilməməlidir
3-05-2024, 09:25
CHP lideri Ərdoğanla görüşündə əyləşmə şəklini tənqid edib