Beynəlxalq Bankı necə batırıblar?
Iqtisadiyyat
Oxunub: 1 772
14 may 2015 | 19:08
Beynəlxalq Bankı necə batırıblar?

















Milyardlarla dövlət vəsaiti kredit adı altında mənimsənilib

Keçmiş sədr Cahangir Hacıyevin də əmlakına həbs qoyulduğu bildirilir


Azərbaycan Beynəlxalq Bankı (ABB) ətrafında baş verən proseslər dövlət bankında ciddi problemlərdən xəbər verir. ABB-nin geri qaytarılmayan kreditlərinin həcmi kritik vəziyyətə çatıb. Neftin qiymətinin ucuzlaşması fonunda ölkədə yaranan pul qıtlığı, kommersiya banklarının düşdüyü çətin vəziyyət hökuməti hərəkətə gətirməyə məcbur edib. Belə ki, dövlət bankı sayılan ABB-də yoxlamalar apararaq, səmərəsiz idarəetmə nəticəsində yaranmış itkiləri sığortalamağa çalışırlar.
Aldığımız məlumata görə, ABB-nin keçmiş prezidenti Cahangir Hacıyev də xüsusi nəzarət altına götürülüb və əmlaklarına həbs qoyulub. Mənbə ona yaxın olan "İnter" futbol klubuna ayrılan maliyyə yardımının bir neçə dəfə azaldıldığını deyib. Qeyd edək ki, bu ilin mart ayında onun vəzifəsindən kənarlaşdırılmasının başlıca səbəblərindən biri məhz sözügedən iş adamları vasitəsilə yola verdiyi maxinasiyalar, bankın problemli kreditlərinin həcminin artması və sair korrupsiya amilləri ilə bağlı idi. Uzun illər səmərəsiz idarəetmənin nəticəsində bank vaxtı keçmiş borclarının alınmasında tamamilə aciz duruma düşmüşdü.

Məsələn, hələ iki il öncə "Anonious" haker qrupunun "Azərenerji" ASC ilə bağlı açıqladığı sənədlərdə ABB ilə "Azərenerji" arasında 140 milyon manatlıq, "Şəki RET" MMC arasında isə 36,02 milyon manatlıq məhkəmə çəkişməsi barədə məlumat getmişdi. Sənəddə göstərilirdi ki, qurumlar bankdan kredit götürsələr də, sonradan ödəməkdən imtina ediblər.

Yeri gəlmişkən, Mərkəzi Bankın son statistikasında problemli kreditlərin həcmi 1,2 milyard manat göstərilsə də, reallıqda bu rəqəm daha böyükdür. Ekspertlərin fikrincə, belə vəsaitlərin ümumi portfeldəki həcmi rəsmi olaraq 5,9 faiz qeyd edilir, lakin bu rəqəm 15 faizdən az deyil. Burada ən böyük paya Beynəlxalq Bankın ala bilmədikləri kreditlər daxildir. Bu məlumatlar əksər hallarda rəsmi şəkildə gizlədilir.

Xatırladaq ki, bankın səhmlərinin 50,2 faizi Maliyyə Nazirliyində olmaqla dövlət bankı sayılır. İndiyədək ABB-nin maliyyə idarəçiliyində kifayət qədər mənfi reputasiyası var. Belə ki, Mərkəzi Bankın tələblərini pozaraq rüblük hesabatlarını təqdim etmir. 2014-cü ilin hesabatından məlum olur ki, ümumi kredit portfeli 8 milyard manatdan çox təşkil edir. Onun 7 milyarddan çoxu koperativ, yəni hüquqi şəxslərə verilən kreditlərdir ki, bu da ümumi portfelin 90 faizindən çoxdur. Böyük iş adamlarına, dövlət qurumlarına, oliqarxlara verilən borclar isə illərdir geri qaytarılmır. Nəticədə ABB vaxtı keçmiş kreditlərlə bağlı ölkədə ən böyük problem yaşayan banka çevrilib. ABB-nin ötən ilə dair hesabatına görə, vaxtı keçmiş kreditlərin həcmi 1,1 milyard manat olub. Onun 749,2 milyon manatı vaxtı keçmiş, lakin dəyərsizləşməmiş, 377,7 milyon manatı isə dəyərsizləşmiş kreditlər sayılır. Onu da nəzərə alaq ki, Mərkəzi Bankın statistikasına görə, ötən il problemli kreditlərinin həcmi 976,3 milyon manat təşkil edirdi. Əgər ABB-nin dəyərsizləşmiş və dəyərsizləşməmiş problemli kreditlərini üst-üstə toplasaq, o zaman təkcə Beynəlxalq Banka olan borcların həcmi Mərkəzi Bankın statistikasından yüksək olur. Lakin yenə də hesabatdan aydın olur ki, 377,7 milyon manat vəsaitin qaytarılmasına ümid heç yoxdur. 749,2 milyon manatlıq vaxtı keçmiş kreditləri isə əvəzləyəcək girov və ya digər predmetlər olduğuna görə, zərəri nisbətən sığortalamaq mümkündür. Bunu nəzərə alan Mərkəzi Bank, görünür, yalnız dəyərsizləşmiş kreditləri ümumi portfelə əlavə edib. Dəyərsizləşmiş kreditlərin 356 milyon manatı (bu istiqamətdə olan borcun təqribən 99 faizini), dəyərsizləşməmiş kreditlərin isə 660 milyon manatı korperativ (yəni biznes) kreditləri təşkil edirdi. Buradan aydın olur ki, ABB-dən kredit götürən iş adamlarının heç biri borcunu geri ödəməyib.

İqtisadçı-ekspert Rəşad Həsənov "Bizim Yol"a bildirdi ki, Beynəlxalq Bankın kreditləşməsi siyasəti daim qaranlıq olub və onun problemli kreditlərdə payı kifayət qədər yüksək olub: "Bu bankda dövlətin payı olduğuna görə, həmin vəsaitlər ictimai vəsaitlər hesab edilir. Yəni ictimai vəsaitlərin yağmalanması, talanması və sair amillər Beynəlxalq Bankın kredit portfelinin idarə edilməsində də özünü biruzə verdi. Nəzərə almaq lazımdır ki, Beynəlxalq Bankın əməkdaşlıq etdiyi iş adamları məmurlara yaxın sahibkarlardır. Bu zaman həmin şəxslər bankdan kreditləri alarkən onu geri qaytarmamaq məqsədi güdüblər. Bəzi hallarda buna şərait yaradan və rəsmiləşdirən elə Beynəlxalq Bankın rəhbərliyi olurdu. Buna görə də korrupsiya ocağı yaranmışdı, kredit almaq üçün əlavə "şapka" tələb olunurdu. Ona görə də problemli kreditlərin həcmi artırdı".

"Məhz bütün bunlar nəzərə alaraq, Dünya Bankı, Beynəlxalq Valyuta Fondu və digər beynəlxalq təşkilatlar sözügedən bankın özəlləşdirilməsi məsələsini tövsiyə edirdi", -deyə R.Həsənov əlavə etdi.
İqtisadçının sözlərinə görə, bank özəlləşdirilsəydi, bu zaman onun kapitalına münasibət də fərqli olacaqdı: "Yəni indiki problemlərlə üzləşməyəcəkdi. 20 il ərzində dərinləşmiş problemlər var idi, hətta vəsaitlərin qanunsuz dövriyyəsi mövcuddi idi. Yeganə bank idi ki, Mərkəzi Bank qarşısında hesabatlılığı zəif idi, rüblük maliyyə göstəricilərini göstərmirdi.

Bu səbəbdən bankın təcili şəkildə özəlləşdirilməsi istiqamətində addımlar atılmalıdır".
R.Həsənov ümid edir ki, problemlərin aradan qaldırılması üçün bundan sonra sərt addımlar atılacaq: "İndiyədək bank üçün problem yaradan müştərilərin bir qismi, dediyim kimi, məmurlara arxalanan iş adamları idi. Düşünürəm ki, ABB-nin vaxtı keçmiş kreditlərinin geri qaytarılması ciddi problemə çevriləcək. Hansısa sahibkarların həbisi belə itirilmiş vəsaitləri əvəzləyə bilməyəcək. Amma bundan sonra bank vəsaitlərinin idarə edilməsində şəffaflıq nisbətən arta bilər".

Vüsalə RÜSTƏMOVA
Bu gün, 13:10
Azərbaycan vətəndaşları 95 ölkəyə vizasız səfər edə bilər
Bu gün, 13:00
Prezident babasından danışdı: "İş kabinetlərimdə heç bir heykəl yoxdur, təkcə bu var"
Bu gün, 12:55
İlham Əliyev Qurban Qurbanova "Dostluq" ordenini təqdim edib
Bu gün, 12:49
Evinin "kupça"sı olmayanlara ŞAD XƏBƏR - Amnistiya təklif olunur
Bu gün, 12:45
Ölkəyə bu malları gətirən şəxslərə güzəşt ediləcək
Bu gün, 12:32
Vilayət Eyvazov xidmətə qəbul üçün sıra baxışı keçirdi - VİDEO
Bu gün, 12:19
"AÇIQLANDI: Azərbaycan quru sərhədlərini bu səbəbdən bağlı saxlayır"
Bu gün, 11:23
Trampın ad gününə hücumu planlaşdıran "Çoban" saxlanılıb
Bu gün, 11:18
ABŞ-İran danışıqları təxirə salındı
Bu gün, 11:13
Xankəndi şəhərinə daha 18 ailə yola salındı
Bu gün, 10:05
Tur paketləri adı altında dələduzluq: Şübhəli bilinən qadın ölkədən qaçdı
Bu gün, 09:54
"Memorandum İranın kapitulyasiyasıdır" - Tramp
Bu gün, 09:50
Azərbaycan və İtaliya arasında mədəni əməkdaşlığın yeni istiqamətləri müzakirə olunub
Bu gün, 09:40
Arvadını bacısı kimi təqdim edirmiş... – Bakıda film kimi dələduzluq
Bu gün, 09:31
Türkiyə kəşfiyyatı Almaniyanı lərzəyə saldı
Bu gün, 09:27
Hörmüz boğazı ilə bağlı xərclər İran tərəfindən ödəniləcək
Bu gün, 09:23
ABŞ rəsmisindən qalmaqallı açıqlama: İranda yüzlərlə insanın ölümündə İlon Maskın əli var
Bu gün, 09:17
Azərbaycanlı gənc faciəvi şəkildə öldü
Bu gün, 09:00
Qurban Qurbanovun qovduğu Elvin ən bahalı azərbaycanlı futbolçudur
Dünən, 16:00
Türkiyə Ermənistanla münasibətlərin tam normallaşması üçün ŞƏRTİNİ AÇIQLADI
Dünən, 15:30
ABŞ-ın İran əməliyyatına çəkdiyi xərc bu qədər oldu - Sayğac dayandı
Dünən, 14:30
İlham Əliyev İslam İnkişaf Bankı Qrupunun sədrinə "Dostluq" ordenini təqdim edib
Dünən, 13:17
Azərbaycan əhalisinin sayı artıb
Dünən, 12:13
Faciədən sonra atalara səsləndi: "Sizə pis ata desələr də, nəzarəti əldən verməyin"
Dünən, 12:04
İlham Əliyev: Ermənistan 90-cı illərdə urbisid yaratmışdı, lakin onlara qarşı heç bir sanksiya tətbiq olunmadı
Dünən, 12:00
ABŞ-İran sazişi, Versal mesajı: 100 il sonra Yaxın Şərq yenidən şəkilləndirilməsi
Dünən, 11:37
AYNA-dan taksi operatorları ilə bağlı QƏRAR