"Qiymətlər mart-aprel aylarında kəllə-çarxa qalxacaq" - Ekspert bahalaşma cədvəli yaydı
Iqtisadiyyat
Oxunub: 1 091
11 mar 2019 | 13:56
"Qiymətlər mart-aprel aylarında kəllə-çarxa qalxacaq" - Ekspert bahalaşma cədvəli yaydı














"Qarşıdan gələn Novruzda bayram plovu bişirənlərin ən çox xərci kərə yağına çıxacaq"

Bu sözləri iqtisadçı ekspert Qubad İbadoğlu deyib.

Onun sözlərinə görə, 5 nəfərlik ailə bayram süfrəsi üçün ən azından 121 manat 12 qəpik xərcləməlidir.

İqtisadçı bildirib ki, 2012-ci illə müqayisədə Novruz bayramının süfrəsi 1,64 dəfə bahalaşıb:

"Martın 1-dən minimum əmək haqqının artımına dair sərəncam qüvvəyə minib, artımla hesablanan ödənişlərin bu ayın sonunda həyata keçiriləcəyi, eləcə də artırılmış sosial müavinətlər 1 apreldən sonra veriləcəyi gözlənilsə də, istehlak bazarında əsas ərzaq məhsullarının qiymətləri artıq ötən aydan bahalaşmaya başlayıb.

Bu ay ərzində qiymət artırıcı amillər daha da fəallaşacağından bahalaşmanın miqyaslarının, təsir dairəsi və gücünün genişlənəcəyi şübhəsizdir. Minimum əmək haqqı və sosial müavinətlərin artımından faydalananlar qrupuna yalnız işləyənlər və yardım alanlar daxildirsə, qiymətlərin bahalaşmasından həm işləyənlər və həm də işsizlər ziyan çəkir.

Odur ki, hazırda Mərkəzi Bankın və hökümətin qarşısında duran başlıca vəzifə ant-inflyasiya tədbirlərini gücləndirmək olmalıdır.

Nəzərə alsaq ki, yaxın günlərdə vaxtı keçmiş borcların devalvasiya xərcinə görə kompensasiyaların ödənilməsinə də start veriləcək, onda qiymətlər mart-aprel aylarında kəllə-çarxa qalxacaq".

İqtisadçının sözlərinə görə, qarşıdan gələn Novruzda bayram plovu bişirənlərin ən çox xərci kərə yağına çıxacaq:

"Belə ki, 2012-ci ildə 7 manat 80 qəpik olan "Ankor” yağı 2,1 dəfə, 1 kq-ı 6 manat olan mal ətinin qiyməti 2 dəfəyədək, 1 kq-ı 2 manat 60 qəpik olan quş ətinin qiyməti 1,5 dəfədən çox, 1 kq-ı 4 manat olan kişmişin qiyməti 1,5 dəfədən çox bahalaşıb. Bütövlükdə eyni adlı məhsullar üzrə bayram süfrəsninin dəyəri 2012-ci ildəki 73 manat 80 qəpikdən 121 manat 12 qəpiyədək, yəni 1,64 dəfə bahalaşıb".(mia.az)
Bu gün, 16:00
Ermənipərəst Solovyova Ermənistandan qadağa
Bu gün, 15:30
Qiymət artımı ilə bağlı NİKBİN PROQNOZ
Bu gün, 13:51
Azərbaycanda kredit faizləri artacaq - AÇIQLAMA
Bu gün, 13:46
Gürcüstanda müxalifət lideri döyülüb - FOTO
Bu gün, 13:36
İlham Əliyev dini rəhbərlərdən ibarət nümayəndə heyətini qəbul edib
Bu gün, 13:20
Bakı maksimum yararlanacaq: Yeni dünya layihəsi və böyük oyun
Bu gün, 13:14
Paşinyan Kremli qəzəbləndirib: "Rüsvayçılıqdır, iyrəncdir"
Bu gün, 13:09
Bu kəndlər də qaytarılır: Ermənilər dəhlizdə işlərə başladı
Bu gün, 13:05
İlham Əliyev Rusiyanın Şimali Qafqaz regionunun müftilərini qəbul edib
Bu gün, 11:53
Ankara Azərbaycan-Ermənistan sərhədində olanlar diqqətlə izləyir - Çelik
Bu gün, 11:36
Çində yol çökdü: onlarla ölü və yaralı
Bu gün, 11:30
İrəvanla Bakı arasında sülhə inanırıq - Ağ Ev
Bu gün, 11:10
İlham Əliyev: “Azərbaycan əsrlər boyu mədəniyyətlərin qovuşduğu məkan olub”
Bu gün, 11:05
Hadisələr Paşinyanın xeyrinə dəyişir: müxalifət özünü ələ verdi - Cinayət işi başlandı
Bu gün, 10:45
Bakı Fransanı çarəsiz duruma salıb: Qafqazda "fransız xoruzu" banlamaz
Bu gün, 10:38
Prezident onları təltif etdi - FOTO
Bu gün, 10:33
İlham Əliyev VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu iştirak edir
Bu gün, 10:03
İran Rusiyaya silah tədarükünü azaldır, yeni toqquşma olacaq - KİV
Bu gün, 09:59
Bu gündən Azərbaycanda bu qadağa qüvvəyə minir
Bu gün, 09:00
Bakı Fransanı çarəsiz duruma salıb: Qafqazda "fransız xoruzu" banlamaz
Dünən, 16:00
“Azərbaycan 10 noyabr Bəyanatını ardıcıllıqla həyata keçirir” - Erməni general
Dünən, 15:46
Azərbaycanda media azadlığı təmin edilir
Dünən, 15:30
Ermənistan: Təlatüm uzun çəkəcək... - NƏ ETMƏLİ?
Dünən, 14:22
ABŞ Azərbaycanla bağlı son qərarını verdi – Noyabra qədər...
Dünən, 14:00
Çərçivə sülh sazişinin imzalanacağı tarix açıqlandı: Geri sayım başladı - "...ilk addım atılıb"
Dünən, 13:35
Erməni kilsəsi müharibə və qan istəyir... - Paşinyan indi nə edəcək?
Dünən, 12:13
Ermənistan parlamenti Azərbaycan əleyhinə sənəddən imtina etdi - DETALLAR