Bakının mərkəzində yeni rayon yaradılır - Prezident göstəriş verdi
Iqtisadiyyat
Oxunub: 572
11 mar 2019 | 21:43
Bakının mərkəzində yeni rayon yaradılır - Prezident göstəriş verdi















Prezident İlham Əliyev Bakının tarixi mərkəzinin ayrıca rayon kimi təşkili ilə bağlı müvafiq göstərişlərini verib.

Bunu Azərbaycan Memarlar İttifaqının sədri Elbay Qasımzadə deyib.

E.Qasımzadə qeyd edib ki, bu gün ölkədə quruculuq sahəsində, yaradıcılıq sahəsində çox böyük işlər görülür: "Həm şəhər və qəsəbələrimizin siması müsbət istiqamətdə dəyişir, həm də ümumiyyətlə, Azərbaycan sənətində çox böyük yeniliklər baş verir".

O vurğulayıb ki, dünya miqyasında Azərbaycanın tarixi irsi tanınır və yüksək səviyyədə təqdim olunur: "Bu gün Bakıda 19-cu əsrlərin axırında tikilən binaların yanından keçərkən, 20-ci əsrin ortalarında tikilən binalara yaxınlaşanda biz hiss etmirik ki, başqa bir dünyada başqa bir zəmanəyə gəlib çıxmışıq. Yəni bu tikililər biri-biri ilə vəhdət yaradıb. Bakının üstünlüyü budur. Başqa tarixi şəhərlərə, məsələn, Avropanın mərkəzinə, paytaxt şəhərlərinə baxanda görürük ki, köhnə şəhərlər olduğu kimi qalıb, yanında isə onlara oxşamayan, uyğunlaşmayan, nə memarlıq tərzi ilə, nə də miqyası ilə uyğun gəlməyən, yeni-yeni şüşədən binalar tikilib.

Bizdə də bunlar var, amma bizdə ən müasir, "high-tech” deyilən üslubla retro, qədim tərzin arasında ötən əsrin 50-60-cı illərində yaranan memarlıq əsərləri var ki, onlar bu dövrdən o dövrə keçid təşkil edir. Buna görə də Bakıda tikililər bir memarlıq, şəhərsalma əsəri olaraq, böyük, gözəl vəhdət təşkil edir.

Mən Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın mədəniyyət və incəsənət xadimləri ilə görüşündə belə bir təkliflə çıxış etdim ki, Bakının tarixi mərkəzinin sərhədləri müəyyənləşsin və onu Bakı Şəhər İcra Hakimiyyəti tərkibində ayrıca mərkəzi rayon kimi qəbul etsinlər. Yekun çıxışında cənab Prezident bu təklifə daha çox vaxt sərf etdi, artıq müvafiq göstərişlərini də verib".

E.Qasımzadə bildirib ki, hazırda bu məsələnin üzərində çox fəal iş aparılır:

"Ötən beş gün ərzində mənim, demək olar, bir saniyə sərbəst vaxtım olmayıb, çünki bu işlə məşğul olan bütün dövlət təşkilatları, nazirliklər, o cümlədən Mədəniyyət Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Bakı Şəhər İcra Hakimiyyəti, Əmlak Məsələləri Dövlət Komitəsi hər gün mənimlə əlaqə saxlayırlar və bu işin reallaşmasına doğru təkliflər və müzakirələr aparırlar. Məncə, bu gün bu məsələ belə yüksək səviyyədə müzakirə olunursa, yəqin ki, qısa müddətdə bu barədə qərar qəbul olunacaq".

Trend
Bu gün, 16:00
Ermənipərəst Solovyova Ermənistandan qadağa
Bu gün, 15:30
Qiymət artımı ilə bağlı NİKBİN PROQNOZ
Bu gün, 13:51
Azərbaycanda kredit faizləri artacaq - AÇIQLAMA
Bu gün, 13:46
Gürcüstanda müxalifət lideri döyülüb - FOTO
Bu gün, 13:36
İlham Əliyev dini rəhbərlərdən ibarət nümayəndə heyətini qəbul edib
Bu gün, 13:20
Bakı maksimum yararlanacaq: Yeni dünya layihəsi və böyük oyun
Bu gün, 13:14
Paşinyan Kremli qəzəbləndirib: "Rüsvayçılıqdır, iyrəncdir"
Bu gün, 13:09
Bu kəndlər də qaytarılır: Ermənilər dəhlizdə işlərə başladı
Bu gün, 13:05
İlham Əliyev Rusiyanın Şimali Qafqaz regionunun müftilərini qəbul edib
Bu gün, 11:53
Ankara Azərbaycan-Ermənistan sərhədində olanlar diqqətlə izləyir - Çelik
Bu gün, 11:36
Çində yol çökdü: onlarla ölü və yaralı
Bu gün, 11:30
İrəvanla Bakı arasında sülhə inanırıq - Ağ Ev
Bu gün, 11:10
İlham Əliyev: “Azərbaycan əsrlər boyu mədəniyyətlərin qovuşduğu məkan olub”
Bu gün, 11:05
Hadisələr Paşinyanın xeyrinə dəyişir: müxalifət özünü ələ verdi - Cinayət işi başlandı
Bu gün, 10:45
Bakı Fransanı çarəsiz duruma salıb: Qafqazda "fransız xoruzu" banlamaz
Bu gün, 10:38
Prezident onları təltif etdi - FOTO
Bu gün, 10:33
İlham Əliyev VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu iştirak edir
Bu gün, 10:03
İran Rusiyaya silah tədarükünü azaldır, yeni toqquşma olacaq - KİV
Bu gün, 09:59
Bu gündən Azərbaycanda bu qadağa qüvvəyə minir
Bu gün, 09:00
Bakı Fransanı çarəsiz duruma salıb: Qafqazda "fransız xoruzu" banlamaz
Dünən, 16:00
“Azərbaycan 10 noyabr Bəyanatını ardıcıllıqla həyata keçirir” - Erməni general
Dünən, 15:46
Azərbaycanda media azadlığı təmin edilir
Dünən, 15:30
Ermənistan: Təlatüm uzun çəkəcək... - NƏ ETMƏLİ?
Dünən, 14:22
ABŞ Azərbaycanla bağlı son qərarını verdi – Noyabra qədər...
Dünən, 14:00
Çərçivə sülh sazişinin imzalanacağı tarix açıqlandı: Geri sayım başladı - "...ilk addım atılıb"
Dünən, 13:35
Erməni kilsəsi müharibə və qan istəyir... - Paşinyan indi nə edəcək?
Dünən, 12:13
Ermənistan parlamenti Azərbaycan əleyhinə sənəddən imtina etdi - DETALLAR