Bu mallar 10 faiz bahalaşacaq
Iqtisadiyyat
Oxunub: 1 704
30 apr 2015 | 16:38
Bu mallar 10 faiz bahalaşacaqKompüter bazarında bu il bahalaşma gözlənilir

"Gartner" analitik şirkəti valyuta məzənnələrinin dəyişməsi ilə əlaqədar kompüterlərin bahalaşacağını bildirir. Analitiklərin proqnozlarına görə, 2015-ci ildə Avropa və Yaponiya bazarlarında fərdi kompüterlərin qiyməti 10 faiz artacaq.

"Hazırda biz dolların digər əksər valyutalara nisbətdə kəskin bahalaşmasının şahidi oluruq ki, bu da şirkətlərin gəlirlərinə öz təsirini göstərir. 2015-ci ilin əvvəlindən yerli valyutaların dəyərinin 20 faiz azaldığı Avropa və Yaponiyada fəaliyyət göstərən kompüter istehsalçıları mənfəəti saxlamaq üçün qiymətləri artırmağa məcburdurlar", - "Gartnerin tədqiqatlar üzrə direktoru Rancit Atval deyib.

Ekspertlərin proqnozuna görə, 2015-ci ildə Qərbi Avropa sakinləri kompüter elektronikasının alışına təxminən 116 milyard dollar (dolların məzənnəsinin dəyişməsi nəzərə alınmadan) xərcləyəcəklər. Bu, bir il əvvəlin göstəricisindən 4 faiz çoxdur. 2016-cı ildə xərclər 117,4 milyard dollaradək artacaq, bir il sonra 113,9 milyard dollaradək azalacaq.
Baha dolların maliyyə vəziyyətinə mənfi təsirini kompensasiya etmək üçün istehsalçılar diqqəti texniki baxımdan nisbətən aşağı səviyyəli kompüterlərin satışına yönəldəcək. Bu il istehsalçıların kompüter komplektləşdirmə hissələrinə xərcləri 1:9 faiz nisbətində azaldacaqlar.

Analitiklərin fikrincə, fərdi kompüterlərin müxtəlif bazarlarda satışı qiymət məsələsindən çox asılıdır, odur ki, 2016-cı ilədək istehlakçıların 30 faizi alışların edilməsinin planlaşdırıldığı qiymətlər diapazonunu aşağı salacaqlar. Bazarın təxminən 30 faizini qiyməti 500 dollardan aşağı olan sistemlər tutacaq.

Qeyd olunur ki, belə qurğulara üstünlük verən istifadəçilər nisbətən aşağı xüsusiyyətlərə malik ucuz məhsullar alacaqlar. Qiyməti 500-800 dollar təşkil edən kompüterləri (bu seqmentin payı 40 faiz olacaq) seçən istehlakçılar alışı təxirə salacaqlar. Yüksək məhsuldarlıq tələb edən (bu fərdi kompüterlərin satış payı 30 faizə bərabər olacaq) istifadəçilər isə əvvəllər alınan kompüterlərin istismar müddətini 10 faiz artıracaq, - "DailyComm yazır.
Bu gün, 13:10
Azərbaycan vətəndaşları 95 ölkəyə vizasız səfər edə bilər
Bu gün, 13:00
Prezident babasından danışdı: "İş kabinetlərimdə heç bir heykəl yoxdur, təkcə bu var"
Bu gün, 12:55
İlham Əliyev Qurban Qurbanova "Dostluq" ordenini təqdim edib
Bu gün, 12:49
Evinin "kupça"sı olmayanlara ŞAD XƏBƏR - Amnistiya təklif olunur
Bu gün, 12:45
Ölkəyə bu malları gətirən şəxslərə güzəşt ediləcək
Bu gün, 12:32
Vilayət Eyvazov xidmətə qəbul üçün sıra baxışı keçirdi - VİDEO
Bu gün, 12:19
"AÇIQLANDI: Azərbaycan quru sərhədlərini bu səbəbdən bağlı saxlayır"
Bu gün, 11:23
Trampın ad gününə hücumu planlaşdıran "Çoban" saxlanılıb
Bu gün, 11:18
ABŞ-İran danışıqları təxirə salındı
Bu gün, 11:13
Xankəndi şəhərinə daha 18 ailə yola salındı
Bu gün, 10:05
Tur paketləri adı altında dələduzluq: Şübhəli bilinən qadın ölkədən qaçdı
Bu gün, 09:54
"Memorandum İranın kapitulyasiyasıdır" - Tramp
Bu gün, 09:50
Azərbaycan və İtaliya arasında mədəni əməkdaşlığın yeni istiqamətləri müzakirə olunub
Bu gün, 09:40
Arvadını bacısı kimi təqdim edirmiş... – Bakıda film kimi dələduzluq
Bu gün, 09:31
Türkiyə kəşfiyyatı Almaniyanı lərzəyə saldı
Bu gün, 09:27
Hörmüz boğazı ilə bağlı xərclər İran tərəfindən ödəniləcək
Bu gün, 09:23
ABŞ rəsmisindən qalmaqallı açıqlama: İranda yüzlərlə insanın ölümündə İlon Maskın əli var
Bu gün, 09:17
Azərbaycanlı gənc faciəvi şəkildə öldü
Bu gün, 09:00
Qurban Qurbanovun qovduğu Elvin ən bahalı azərbaycanlı futbolçudur
Dünən, 16:00
Türkiyə Ermənistanla münasibətlərin tam normallaşması üçün ŞƏRTİNİ AÇIQLADI
Dünən, 15:30
ABŞ-ın İran əməliyyatına çəkdiyi xərc bu qədər oldu - Sayğac dayandı
Dünən, 14:30
İlham Əliyev İslam İnkişaf Bankı Qrupunun sədrinə "Dostluq" ordenini təqdim edib
Dünən, 13:17
Azərbaycan əhalisinin sayı artıb
Dünən, 12:13
Faciədən sonra atalara səsləndi: "Sizə pis ata desələr də, nəzarəti əldən verməyin"
Dünən, 12:04
İlham Əliyev: Ermənistan 90-cı illərdə urbisid yaratmışdı, lakin onlara qarşı heç bir sanksiya tətbiq olunmadı
Dünən, 12:00
ABŞ-İran sazişi, Versal mesajı: 100 il sonra Yaxın Şərq yenidən şəkilləndirilməsi
Dünən, 11:37
AYNA-dan taksi operatorları ilə bağlı QƏRAR