Bakcell mobil texnologiya sahəsində ən son yenilikləri ölkəyə gətirir
Iqtisadiyyat
Oxunub: 779
5 mar 2019 | 15:28
Bakcell mobil texnologiya sahəsində ən son yenilikləri ölkəyə gətirir















Azərbaycanın İlk Mobil Operatoru və Ən Sürətli Mobil İnternet Provayderi Bakcell şirkətimobil sənayenin paytaxtı Barselonadakeçirilən Dünya Mobil Konqresinə qatılıb. GSMA tərəfindən təşkil olunan Dünya Mobil Konqresi (Mobile World Congress) mobil telekommunikasiya sahəsinin ən nüfuzlu və ən böyük tədbirlərdən biri sayılır.

Ənənəvi olaraq hər il keçirilən bu tədbir çərçivəsində 2400-dən artıq şirkət tərəfindən mobil kommunikasiya bazarının gələcəyini təşkil edəcək ən son məhsul və texnologiyalar nümayiş olunur, dünya səviyyəli konfranslar və peşəkar panel müzakirələri keçirilir.

Konqresdə iştirak edən Bakcell nümayəndələri burada təqdim olunan ən son texnoloji yeniliklər və sənayenin ən müasir tendensiyaları ilə tanış olub, bir sıra maraqlı panel və müzakirələrdə iştirak ediblər.

İnnovasiyalar sahəsində lider olan Bakcell şirkəti Azərbaycandakı mobil rabitə istifadəçilərinin ən son texnologilayardanyararlanması üçün əlindən gələni edir. Qlobal telekommunikasiya tendensiyaları ilə ayaqlaşmaq məqsədilə, Bakcell müntəzəm qaydada ən nüfuzlu telekommunikasiya tədbirləri və sərgilərdə iştirak edərək abunəçilərinə ən yüksək səviyyədə xidmət göstərməyinə kömək edə biləcək ən yaxşı ideyalar ilə qayıdıb onları tətbiq etməyə çalışır. Bakcell öz şəbəkəsinə və müştəri təcrübəsinin daha da inkişaf etdirilməsinə sərmayə yatırmağa davam edəcək.

Bakcell mobil texnologiya sahəsində ən son yenilikləri ölkəyə gətirir











Bakcell haqqında

Azərbaycanın İlk Mobil Operatoru və Ən Sürətli Mobil İnternet Provayderi Bakcell şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Şirkət öz abunəçilərinə ən mükəmməl 4G/LTE mobil internet xidməti göstərir.

Bakcell şirkətinin 4G şəbəkəsi artıq bütün Bakı və Abşeron ərazisi daxil olmaqla ölkənin 40-dan çox rayon və şəhər mərkəzlərində mobil operatorun abunəçilərinə ən üstün müştəri təcrübəsi təmin edir.

7000-dən artıq baza stansiyası vasitəsilə Bakcell şəbəkəsi əhalinin 99%-ni, ölkə ərazisinin isə 93%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir. Mobil rabitə şəbəkələrinin müqayisəli testləri (bençmarkinq) sahəsində beynəlxalq lider və ən etibarlı müstəqil təşkilat olan “P3 Communications” şirkəti tərəfindən Bakcell şirkəti Azərbaycanda sınaq nəticələrinə görə, ən yaxşı şəbəkə adına layiq görülüb (“Best in Test”). 2018-ci ildə şirkət “Azərbaycanın ən sürətli mobil şəbəkəsi” adına layiq görülüb. Bu mükafat bütün dünyada tanınmış “Ookla” şirkəti tərəfindən “Bakcell”ə Azərbaycan Respublikası ərazisində ən sürətli mobil internet xidmətlərinin göstərilməsinə görə təqdim edilib

Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya İngilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun.

Qeyri-Bakcell abunəçiləri isə 012 498 89 89 nömrəsinə zəng etməklə “Bakcell”in məhsul və xidmətləri haqqında məlumat əldə edə bilərlər.
Bu gün, 16:00
Ermənipərəst Solovyova Ermənistandan qadağa
Bu gün, 15:30
Qiymət artımı ilə bağlı NİKBİN PROQNOZ
Bu gün, 13:51
Azərbaycanda kredit faizləri artacaq - AÇIQLAMA
Bu gün, 13:46
Gürcüstanda müxalifət lideri döyülüb - FOTO
Bu gün, 13:36
İlham Əliyev dini rəhbərlərdən ibarət nümayəndə heyətini qəbul edib
Bu gün, 13:20
Bakı maksimum yararlanacaq: Yeni dünya layihəsi və böyük oyun
Bu gün, 13:14
Paşinyan Kremli qəzəbləndirib: "Rüsvayçılıqdır, iyrəncdir"
Bu gün, 13:09
Bu kəndlər də qaytarılır: Ermənilər dəhlizdə işlərə başladı
Bu gün, 13:05
İlham Əliyev Rusiyanın Şimali Qafqaz regionunun müftilərini qəbul edib
Bu gün, 11:53
Ankara Azərbaycan-Ermənistan sərhədində olanlar diqqətlə izləyir - Çelik
Bu gün, 11:36
Çində yol çökdü: onlarla ölü və yaralı
Bu gün, 11:30
İrəvanla Bakı arasında sülhə inanırıq - Ağ Ev
Bu gün, 11:10
İlham Əliyev: “Azərbaycan əsrlər boyu mədəniyyətlərin qovuşduğu məkan olub”
Bu gün, 11:05
Hadisələr Paşinyanın xeyrinə dəyişir: müxalifət özünü ələ verdi - Cinayət işi başlandı
Bu gün, 10:45
Bakı Fransanı çarəsiz duruma salıb: Qafqazda "fransız xoruzu" banlamaz
Bu gün, 10:38
Prezident onları təltif etdi - FOTO
Bu gün, 10:33
İlham Əliyev VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu iştirak edir
Bu gün, 10:03
İran Rusiyaya silah tədarükünü azaldır, yeni toqquşma olacaq - KİV
Bu gün, 09:59
Bu gündən Azərbaycanda bu qadağa qüvvəyə minir
Bu gün, 09:00
Bakı Fransanı çarəsiz duruma salıb: Qafqazda "fransız xoruzu" banlamaz
Dünən, 16:00
“Azərbaycan 10 noyabr Bəyanatını ardıcıllıqla həyata keçirir” - Erməni general
Dünən, 15:46
Azərbaycanda media azadlığı təmin edilir
Dünən, 15:30
Ermənistan: Təlatüm uzun çəkəcək... - NƏ ETMƏLİ?
Dünən, 14:22
ABŞ Azərbaycanla bağlı son qərarını verdi – Noyabra qədər...
Dünən, 14:00
Çərçivə sülh sazişinin imzalanacağı tarix açıqlandı: Geri sayım başladı - "...ilk addım atılıb"
Dünən, 13:35
Erməni kilsəsi müharibə və qan istəyir... - Paşinyan indi nə edəcək?
Dünən, 12:13
Ermənistan parlamenti Azərbaycan əleyhinə sənəddən imtina etdi - DETALLAR