Kreditə görə kompensasiyalar bu tarixdən veriləcək: vətəndaşlar nə etməlidir? — DETALLAR
Iqtisadiyyat
Oxunub: 763
5 mar 2019 | 13:48
Kreditə görə kompensasiyalar bu tarixdən veriləcək: vətəndaşlar nə etməlidir? — DETALLAR















Prezident İlham Əliyevin problemli kreditlərlə bağlı imzaladığı fərman 800 mindən çox insanı əhatə edəcək. Vətəndaşlarda kompensasiya və güzəştlərin tətbiqi ilə bağlı bəzi suallar yaranıb.
"Ölkə.Az" xəbər verir ki, iqtisadçı ekspert Vüqar Bayramov fərmanla əlaqədar yaranan bir sıra suallara aydınlıq gətirib.

Kreditə görə kompensasiyalar bu tarixdən veriləcək: vətəndaşlar nə etməlidir? — DETALLAR








Kompensasiyaların ödənilməsinə nə vaxtdan başlanılacaq?

- Fərmana əsasən, vətəndaşlara kompensasiyanın verilməsi ilə bağlı mexanizmin hazırlanması üçün Maliyyə Bazarlarına Nəzarət Palatasına 15 gün vaxt verilib. 45 gün ərzində Palata kompensasiya alacaq şəxslərin siyahısını, eyni zamanda məbləğləri hazırlayaraq Maliyyə Nazirliyinə təqdim etməlidir. Nazirlik həmin siyahını təsdiq etdikdən sonra vətəndaşlara kompensasiyanın ödənilməsi prosesinə başlanılacaq. Yəni ödənişlər aprel ayının ikinci yarısından mayın 28-dək davam edəcək.

- Vətəndaş özü banka müraciət etməlidir, yoxsa banklar onlara məlumat verməlidir?
- Kommersiya bankları özləri vətəndaşlarla əlaqə saxlayıb, onları kompensasiyanın verilməsi ilə bağlı banka dəvət edəcək. Əgər vətəndaşın kompensasiya almaq hüququ varsa, kommersiya bankı tərəfindən onunla əlaqə saxlanılmayıbsa, o zaman vətəndaş özü bankla əlaqə saxlaya bilər.

- Kompensasiya alacaq şəxs ödənişin həyata keçirildiyi vaxtda ölkədə olmazsa, o, bu hüququnu itirmiş olur?

- Əgər kompensasiyalar ödənildiyi vaxtda vətəndaş ölkədə olmazsa, bu zaman ödənişə fərdi müraciət kimi yanaşıla bilər. Həmin şəxs başqa birinə vəkalətnamə verə bilər. Bu zaman vətəndaşa ödənilməli olan vəsaiti vəkalət verilmiş şəxs ala biləcək. Lakin proses ödənişlərin həyata keçirilməsinə başlandığı vaxtda bank vətəndaşın mövcud əlaqə vasitələri ilə əlaqə saxlaya bilməzsə, bu zaman ona ödəniş edilməyəcək. Həmin dövrdə Azərbaycanda olmayacaq şəxslər vəkalətnamə verib, əlaqə nömrələrini düzgün göstərməklə hüquqlarından yararlana biləcək. Çünki burada əsas məsələ əlaqə vəsaitələrinin doğru olmasıdır.

- Vətəndaş kompensasiya ödənilərkən kommersiya bankları tərəfindən aldanılmamaq, ödəniləcək vəsaitin doğru hesablanması üçün nələr etməlidir?

- Öncəliklə qeyd edim ki, proses elektronlaşacaq. Vətəndaşların aldadılma faizi minimumdur. Maliyyə Bazarına Nəzarət Palatasının saytında vətəndaşlar üçün onlara ödəniləcək məbləği doğru hesablamaq üçün kalkulyator yerləşdirilib. Vətəndaş banka getmədən ona ödəniləcək vəsaiti hesablaya bilər, bununla da aldadılma ehtimalı aradan qalxar. Lakin bununla yanaşı bildirməliyəm ki, Maliyyə Bazarına Nəzarət Palatası fərmanın icrası ilə bağlı aktivdir. Hətta bazar günü palata əməkdaşları kalkulyator üzərində işləyib. Palatanın mövqeyi və prosesə yaxınlaşması müsbət haldır. Bu qurum prosesdə nəzarətçi olduğuna görə bankların vətəndaşları aldatmağa cəhd göstərməyəcəyi göstərməyəcəyi güman edilir. Bütün bunlarla yanaşı vətəndaş əvvəldən onlara ödəniləcək məbləğlə bağlı məlumatlı olmalıdır.
Bu gün, 16:00
Ermənipərəst Solovyova Ermənistandan qadağa
Bu gün, 15:30
Qiymət artımı ilə bağlı NİKBİN PROQNOZ
Bu gün, 13:51
Azərbaycanda kredit faizləri artacaq - AÇIQLAMA
Bu gün, 13:46
Gürcüstanda müxalifət lideri döyülüb - FOTO
Bu gün, 13:36
İlham Əliyev dini rəhbərlərdən ibarət nümayəndə heyətini qəbul edib
Bu gün, 13:20
Bakı maksimum yararlanacaq: Yeni dünya layihəsi və böyük oyun
Bu gün, 13:14
Paşinyan Kremli qəzəbləndirib: "Rüsvayçılıqdır, iyrəncdir"
Bu gün, 13:09
Bu kəndlər də qaytarılır: Ermənilər dəhlizdə işlərə başladı
Bu gün, 13:05
İlham Əliyev Rusiyanın Şimali Qafqaz regionunun müftilərini qəbul edib
Bu gün, 11:53
Ankara Azərbaycan-Ermənistan sərhədində olanlar diqqətlə izləyir - Çelik
Bu gün, 11:36
Çində yol çökdü: onlarla ölü və yaralı
Bu gün, 11:30
İrəvanla Bakı arasında sülhə inanırıq - Ağ Ev
Bu gün, 11:10
İlham Əliyev: “Azərbaycan əsrlər boyu mədəniyyətlərin qovuşduğu məkan olub”
Bu gün, 11:05
Hadisələr Paşinyanın xeyrinə dəyişir: müxalifət özünü ələ verdi - Cinayət işi başlandı
Bu gün, 10:45
Bakı Fransanı çarəsiz duruma salıb: Qafqazda "fransız xoruzu" banlamaz
Bu gün, 10:38
Prezident onları təltif etdi - FOTO
Bu gün, 10:33
İlham Əliyev VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu iştirak edir
Bu gün, 10:03
İran Rusiyaya silah tədarükünü azaldır, yeni toqquşma olacaq - KİV
Bu gün, 09:59
Bu gündən Azərbaycanda bu qadağa qüvvəyə minir
Bu gün, 09:00
Bakı Fransanı çarəsiz duruma salıb: Qafqazda "fransız xoruzu" banlamaz
Dünən, 16:00
“Azərbaycan 10 noyabr Bəyanatını ardıcıllıqla həyata keçirir” - Erməni general
Dünən, 15:46
Azərbaycanda media azadlığı təmin edilir
Dünən, 15:30
Ermənistan: Təlatüm uzun çəkəcək... - NƏ ETMƏLİ?
Dünən, 14:22
ABŞ Azərbaycanla bağlı son qərarını verdi – Noyabra qədər...
Dünən, 14:00
Çərçivə sülh sazişinin imzalanacağı tarix açıqlandı: Geri sayım başladı - "...ilk addım atılıb"
Dünən, 13:35
Erməni kilsəsi müharibə və qan istəyir... - Paşinyan indi nə edəcək?
Dünən, 12:13
Ermənistan parlamenti Azərbaycan əleyhinə sənəddən imtina etdi - DETALLAR