"Dərman mafiyası" işində narazılıq: generalın həbsi tələb edildi - SƏBƏB
Iqtisadiyyat
Oxunub: 766
12 fev 2019 | 18:52
"Dərman mafiyası" işində narazılıq: generalın həbsi tələb edildi - SƏBƏB














Dərman vasitələrinin qanunsuz dövriyyəsi və qaçaqmalçılıqda təqsirləndirilən şəxslər hakim önünə çıxarılıb

Musavat.com xəbər verir ki, onlar xarici ölkə vətəndaşları Ateş Atanur, Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin rəisi Fikrət Qədiməliyev, Cəmil Mehtiyev, Əlamət Quliyev, “Zeytun” aptekin sahibi Anar Məmmədov, Vasif Xıdırov, Elnur Məmmədov və Fərman Məmmədlidir.

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə məhkəmənin hazırlıq iclası keçirilib.

Prosesdə təqsirləndirilən şəxslərdən Əlamət Quliyevin vəkili Bəylər Məmişov vəsatətlə çıxış edib.

Vəkil hüquqlarını müdafiə etdiyi Əlamət Quliyev barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməsini istəyib.

"Onun səhhətində ciddi problemlər var. Digər tərəfdən, Əlamət Quliyev ilk gündən istintaqa səmimi etiraflar edib, hərəkətlərində müsbət xarakterizə olunan məqamlar da çoxdur"- deyə vəkil bildirib.

Təqsirləndirilən Anar Məmmədovun vəkili Abuzər Mehrəliyev də eyni məzmunlu vəsatət verib.

Həbs də ola Fərman Məmmədlinin vəkili Gülşən Salmanova isə deyib ki, cinayət işi bu formada məhkəmədə araşdırıla bilməz, çünki ciddi prosessual pozuntular var.

"İş prokurorluğa qaytarılmalıdır. Çünki ittihamda məbləğ şişirdilib. Buna görə də dəymiş zərərlə bağlı ekspertiza rəyləri sübutlar siyahısından çıxarılmalıdır. Dərmanların satışından gələn gəlir hesablanıb, amma dərmanların alınmasına ayrılan vəsait göstərilməyib. Şəxsən mənim müdafiə etdiyim şəxs burada hansı məbləği mənimsəyib, o, göstərilmir"- deyən vəkil G.Salmanova daha bir vəsatət verib.

Vəkil vəsatətinə hazırda təqsirləndirilən şəxs olan general-mayor Fikrət Qədiməliyevin ev dustaqlıöında olmasına etiraz edib və onun barəsində həbs qətimkan tədbirinin seçilməsini istəyib.

"Qədiməliyev istintaq dövründə vurulan ziyandan bir manat da ödəməyib. Nəyə görə, onun barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilib, ancaq digərləri həbsdədir? Bu baxımdan hesab edirəm ki, Fikrət Qədiməliyev dərhal məhkəmə iclas zalında həbsə alınmalıdır. Əgər iş prokurorluğa qaytarılsa, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi Sadiq Abdiyev barəsində də həbs qərarı verilməlidir"- deyən vəkili təqsirləndirilən şəxs Fərman Məmmədli də müdafiə edib.

Fərman Məmmədli deyib ki, general Qədiməliyevlə eyni maddə ilə ittiham olunur, ancaq özü həbsdə, general isə azadlıqdadır: "Bu, insanlığa sığan bir şey deyil. Fikrət Qədiməliyevin ifadəsinin istintaqın gedişatına heç bir müsbət təsiri olmayıb. Nə üçün o azadlıqdadır, biz həbsdə? Ya bizi də buraxın, ya da onu həbs edin".

Hakim verilən vəsatətlərlə bağlı növbəti məhkəmə iclasında qərar veriləcəyini deyib.

Xatırladaq ki, Baş Prokurorluğu, Dövlət Təhlükəsizliyi Xidməti və Dövlət Gömrük Komitəsinin mətbuat xidmətlərinin birgə yaydığı məlumata əsasən, 30 aprel 2018-ci il tarixdə keçirilmiş birgə tədbirlər zamanı belə qanunsuz fəaliyyətlə məşğul olan mütəşəkkil dəstə müəyyən edilərək ifşa olunub.

Belə ki, görülmüş tədbirlər nəticəsində Bakı Beynəlxalq Hava Limanındakı Bakı Karqo Terminalından gömrük nəzarətindən yük maşınında çıxarılaraq dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə məşğul olan Məmmədov Anar Kamran oğluna məxsus yaşayış sahəsinə daşınan dövlət qeydiyyatından keçməmiş, ölkəyə buraxılması qanunsuz olan 53 adda ümumi dəyəri 108.819 Azn təşkil edən müxtəlif dərman vasitələri aşkar edilərək saxlanılıb. Səhiyyə Nazirliyinin əməkdaşlarının iştirakı ilə A.Məmmədova məxsus Yasamal rayonunda yerləşən “Zeytun” aptekinə baxış zamanı dövlət qeydiyyatından keçməmiş, mənşəyi məlum olmayan 75 adda müxtəlif dərman vasitələri aşkar edilərək götürülüb. Davam edən araşdırmalarla Yasamal rayonu ərazisindəki “İrem”, “Qlükoza”, “Avas”, “Fatimə”, Nəsimi rayonu ərazisindəki “Zeytun”, “Medical City”, “Elit”, “Vahid”, “Dokta Elite”, Nərimanov rayonu ərazisindəki “Şəfa”, “Şəfa Zeytun 426”, “Təbib” apteklərinə satılmış müxtəlif sayda dövlət qeydiyyatından keçməmiş dərman vasitələri aşkar edilərək dövriyyədən çıxarılıb.

İlkin istintaqla müəyyən edilib ki, xarici ölkə vətəndaşı Ateş Atanur, Azərbaycan Respublikasının vətəndaşı Anar Məmmədov 2016-cı ildən hazıradək satış məqsədi ilə dərman vasitələrinin ölkəyə qanunsuz yollarla gətirilməsini müntəzəm təşkil ediblər. Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin vəzifəli şəxsləri bu dərmanların yük müşayiət sənədlərini dəyişdirərək Hava Nəqliyyatında Baş Gömrük İdarəsində Mərkəzi Gömrük Hospitalına çatması nəzərdə tutulan başqa məhsullar adı altında bəyan edilməsini, bu yolla qeyd olunan dərmanların ölkəyə qeydiyyatsız keçirilməsini təşkil etməyə görə əvvəlcədən hər yükün ümumi dəyərinin 25 %-i dəyərində haqq alıb, dərmanların ölkəyə qeydiyyatsız idxalını, gömrük nəzarətindən çıxarılaraq birbaşa dərman satışı ilə məşğul olan şəxslərə çatdırılmasını təmin ediblər.

Dövlət Təhlükəsizlik Xidmətində davam edən cinayət işi üzrə toplanmış ilkin sübutlar əsasında gömrük orqanlarında vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə qaçaqmalçılıq və külli miqdarda dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə bağlı cinayət əməllərinə görə Məmmədli Fərman Həmzə oğlu, Xıdırov Vasif Teymur oğlu, Mehtiyev Cəmil Səlim oğlu, Atanur Ateş Adem oğlu, Məmmədov Anar Kamran oğlu, həmçinin Quliyev Əlamət Nazim oğluna müvafiq olaraq Cinayət Məcəlləsinin 200-1.2.2, 200-1.2.3 (dərman vasitələrinin qanunsuz dövriyyəsi), 206.3.2, 206.3.3 (qaçaqmalçılıq) və 314.2 (səhlənkarlıq) maddələri ilə ittiham elan olunmaqla barələrində məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilib.

Dövlət Gömrük Komitəsinin rəhbərliyi tərəfindən Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi Sadiq Abduyev, Tibbi Xidmət İdarəsinin rəisi Fikrət Qədiməliyev, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Birinci yük şöbəsinin rəisi Araz Məmmədov və digərləri tutduqları vəzifələrdən azad edilməklə sərəncama götürülüblər.

Musavat.com
Dünən, 16:00
Fars-molla rejiminin növbəti QARINAĞRISI... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 15:30
Siyasi alətə çevrilən keşişin ifşası və əsl məqsəd - Ermənilər marionetə qarşı
Dünən, 14:22
Minsk qrupunun fəaliyyətini dayandırması öz yanlışlıqlarına görə baş tutdu - FAKT BUDUR!
Dünən, 14:01
Azərbaycan məktəblərində rus bölməsi üzrə sinif sayı artırıla bilər - RƏSMİ
Dünən, 14:00
Paşinyana daxili təzyiqləri dəstəkləyən Rusiyadır - NƏ BAŞ VERİR?
Dünən, 13:44
Natiq Mehdinin qətlinə görə saxlanılan direktor müavini ilə bağlı RƏSMİ AÇIQLAMA
Dünən, 12:48
Blinkenin Kiyevdəki istirahəti: gecə klubu, musiqi əyləncəsi... - VİDEO
Dünən, 12:41
Baxçalı gündəmi silkələdi: Türkiydə gecə yarısı toplantı - TƏCİLİ
Dünən, 11:42
Bakıya gəlmiş Qarabağ ermənisi də tutuldu - VİDEO
Dünən, 11:17
Bakıda qəbiristanlığa kameralar quraşdırılacaq - VİDEO
Dünən, 11:05
Çin avtomobillərindən 100% rüsum tutulacaq - ABŞ-dən yeni qərar
Dünən, 10:56
Bu gün İrəvanın Bakıya verdiyi sözün son günüdür - Nələr ola bilər?!...
Dünən, 10:15
Bu gün Əfv Komissiyasının növbəti iclası keçiriləcək
Dünən, 10:10
Biləsuvarda ağır qəza, ölən və yaralılar var
Dünən, 10:06
Müəmma: Ermənistan "görüntüləri yaymayın" çağırışı edir - VİDEO
Dünən, 09:47
Rusiya, Azərbaycan və İrana qarşı cəbhə alıblar - Mixail Qaluzin
Dünən, 09:20
Diqqət: bu yollarda tıxac var
Dünən, 09:12
Hitlerin səhvini Rusiya edir - Feldman
Dünən, 09:08
“Real Madrid” Modriçə deyil, Gülərə üstünlük verir
Dünən, 09:03
Rusiyalı deputat: “Ermənistan Aİ-yə qəbul edilməyəcək”
14-05-2024, 19:08
Bakcell-in yeni məhsulu – “F1 Star” artıq satışda
14-05-2024, 16:00
Bakı artıq Parisi də `əhilləşdirmək` üzərədir... - YENİ REALLIQ...
14-05-2024, 15:30
Qafqazı silkələyən savaşı: Kim ağır basır? - İNCƏLƏMƏ
14-05-2024, 14:22
Ruslar Zəngəzurdan çıxır
14-05-2024, 13:18
Azərbaycanda birmənalı qarşılanmadı, xaricdə rekord vurdu - VİDEO
14-05-2024, 13:06
Vəzifəli şəxslərə cinayət işi açıldı - Meşə torpaqlarını satıblar
14-05-2024, 12:20
Prezident Şen Yueyueni qəbul etdi