“Sevil” massivi qurbanlarını eşidən yoxdur - Zərərçəkənlər hələ də pullarını ala bilmir
Iqtisadiyyat
Oxunub: 666
2 fev 2019 | 16:48
“Sevil” massivi qurbanlarını eşidən yoxdur - Zərərçəkənlər hələ də pullarını ala bilmir













İki gün əvvəl “Sevil” yaşayış massivində (Bakı-Şamaxı yolu üstə, Xırdalan şəhərinə yaxın) ev tikmiş 20-yə yaxın sakin Prezident Administrasiyasının (PA) qarşısında toplaşıb. Həmin şəxslər yerli mediaya açıqlamasında 2012-ci ildə sözügedən ərazidən torpaq almalarını bildiriblər:

“2015-ci ilə kimi həmin torpaqlara çıxarışlar almışıq, 6-7 idarənin sənədləri əlimizdə var. Adam var 30 min, adam var 50 min manat xərcləyib ev tikdirib. İndi vaxtilə bizə torpaq satan şəxslərin məhkəməsi gedir. Məlum olur ki, bu torpaqlar örüş yerləri olub, onları satmaq düzgün deyilmiş. Biz deyirik ki, həmin şəxslər nə ediblər, öz işləridir. Qanunsuz iş görüblər, cavab verərlər. Amma bundan biz niyə əziyyət çəkməliyik?”

Şikayətçilər bildiriblər ki, hal-hazırda məhkəmədə torpaqların qaytarılması məsələsi gündəliyə çıxıb. Bununla bağlı onlar Abşeron Rayon İcra Hakimiyyətinin ( torpaq Abşeron rayonuna aiddir) nümayəndələri ilə görüşmək istəyiblər, ancaq onları qəbul edən olmayıb.

Zərərçəkmiş jurnalist Elnarə Kərimova Cebhe.info-ya açıqlamasında bildirib ki, artıq 2015-ci ildən etibarən proses davam edir: “Birinci instansiya məhkəməsində zərərçəkmiş kimi hüququm tanınıb və şirkət mənə 23 000 AZN ödəməlidir. Ancaq mən bu qiymətlə nə indi razıyam, nə də əvvəl razı olmuşdum, bunu məhkəmədə də bildirmişdim ki, qiymətləndirmə doğru aparılmayıb. Çünki həmin ev üçün 40 000 AZN civarında vəsaitim xərclənmişdi. Amma hətta həmin vəsait də artıq 4 ildir ki, mənə ödənmir və proses uzanır. Həmin vəsaitlə bəlkə də 4 il bundan əvvəl nəsə etmək olardı, ancaq indi bu pulla ev almaq mümkün olmayacaq və illərdir ki, vəsaitin ödənilməsi üçün şirkət heç bir addım atmayıb”.

Məsələ ilə bağlı vəkil Əsabəli Mustafayev açıqlamasında bildirib ki, zərərçəkmiş və təqsirləndirilən şəxslərin çoxluğu səbəbindən proses uzana bilər: “Proses yekunlaşdıqdan sonra Apellyasiya Məhkəməsinin qərarı dərhal qüvvəyə minəcək və qərar icraya yönəldiləcək. Bu səbəbdən də hələ ki, zərərçəkmişlər məhkəmə prosesinin yekun qərarını gözləməlidirlər”.
Bu gün, 16:00
Ermənipərəst Solovyova Ermənistandan qadağa
Bu gün, 15:30
Qiymət artımı ilə bağlı NİKBİN PROQNOZ
Bu gün, 13:51
Azərbaycanda kredit faizləri artacaq - AÇIQLAMA
Bu gün, 13:46
Gürcüstanda müxalifət lideri döyülüb - FOTO
Bu gün, 13:36
İlham Əliyev dini rəhbərlərdən ibarət nümayəndə heyətini qəbul edib
Bu gün, 13:20
Bakı maksimum yararlanacaq: Yeni dünya layihəsi və böyük oyun
Bu gün, 13:14
Paşinyan Kremli qəzəbləndirib: "Rüsvayçılıqdır, iyrəncdir"
Bu gün, 13:09
Bu kəndlər də qaytarılır: Ermənilər dəhlizdə işlərə başladı
Bu gün, 13:05
İlham Əliyev Rusiyanın Şimali Qafqaz regionunun müftilərini qəbul edib
Bu gün, 11:53
Ankara Azərbaycan-Ermənistan sərhədində olanlar diqqətlə izləyir - Çelik
Bu gün, 11:36
Çində yol çökdü: onlarla ölü və yaralı
Bu gün, 11:30
İrəvanla Bakı arasında sülhə inanırıq - Ağ Ev
Bu gün, 11:10
İlham Əliyev: “Azərbaycan əsrlər boyu mədəniyyətlərin qovuşduğu məkan olub”
Bu gün, 11:05
Hadisələr Paşinyanın xeyrinə dəyişir: müxalifət özünü ələ verdi - Cinayət işi başlandı
Bu gün, 10:45
Bakı Fransanı çarəsiz duruma salıb: Qafqazda "fransız xoruzu" banlamaz
Bu gün, 10:38
Prezident onları təltif etdi - FOTO
Bu gün, 10:33
İlham Əliyev VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu iştirak edir
Bu gün, 10:03
İran Rusiyaya silah tədarükünü azaldır, yeni toqquşma olacaq - KİV
Bu gün, 09:59
Bu gündən Azərbaycanda bu qadağa qüvvəyə minir
Bu gün, 09:00
Bakı Fransanı çarəsiz duruma salıb: Qafqazda "fransız xoruzu" banlamaz
Dünən, 16:00
“Azərbaycan 10 noyabr Bəyanatını ardıcıllıqla həyata keçirir” - Erməni general
Dünən, 15:46
Azərbaycanda media azadlığı təmin edilir
Dünən, 15:30
Ermənistan: Təlatüm uzun çəkəcək... - NƏ ETMƏLİ?
Dünən, 14:22
ABŞ Azərbaycanla bağlı son qərarını verdi – Noyabra qədər...
Dünən, 14:00
Çərçivə sülh sazişinin imzalanacağı tarix açıqlandı: Geri sayım başladı - "...ilk addım atılıb"
Dünən, 13:35
Erməni kilsəsi müharibə və qan istəyir... - Paşinyan indi nə edəcək?
Dünən, 12:13
Ermənistan parlamenti Azərbaycan əleyhinə sənəddən imtina etdi - DETALLAR