FED-in qərarı manata necə təsir edəcək? – RƏY
Iqtisadiyyat
Oxunub: 561
1 fev 2019 | 09:43
FED-in qərarı manata necə təsir edəcək? – RƏY















ABŞ-ın Mərkəzi Bankı funksiyasını həyata keçirən Federal Ehtiyat Sistemi (FED) uçot dərəcəsini 2,25-2,5 faiz dərəcəsində saxlayıb. FED-in bu qərarı qonşu Türkiyə və Rusiyada milli valyutaların bahalaşması ilə müşahidə olunur. Məsələn, dollar 0,19% dəyər itirərək 5,22 lirə olub. Bununla da Türkiyədə dollar son 1 ayda ən aşağı həddə enib. Rubl isə 0,02 faizə qədər bahalaşıb.
Bəs bu qərar Azərbaycan manatına necə təsir edə bilər?
İqtisadçı ekspert Natiq Cəfərli BakuPost-a açıqlamasında deyib ki, əslində FED-in uçot dərəcəsini dəyişməyəcəyi öncədən məlum idi.
İqtisadçı ekspert bu səbəbdən bu qərarın bazarlara, birjalara çox kəskin təsir göstərmədiyini bildirib: “Əslində FED rəhbərinin çıxışında izlənilən əsas məsələ gələcəkdə atılacaq addımlarla bağlı veriləcək ip ucları idi. Bu istiqamətdə də ciddi dəyişiklik mesajı verilmədi. FED rəhbəri gələcəkdə uçot dərəcəsində daha ehtiyatlı davranacaqlarını söylədi. Bu mesaj da birjalar üçün gözləntilər səviyyəsində gerçəkləşdi. Amma ətraf ölkələrdə də müəyyən dalğalanmalar oldu, dolların indeksi dəyişdi, dollar bir qədər ucuzlaşdı. Bu, Azərbaycana qonşu ölkələrə də təsirsiz ötüşmədi”.
N. Cəfərli Azərbaycanda manatın məzənnəsini isə başqa formada müəyyənləşdiyini xatırladıb: “Azərbaycanda birja olmadığı gündəlik açıq onlayn qaydada manatın məzənnəsi müəyyənləşdirilmir. Mərkəzi Bank həftədə iki dəfə hərrac keçirir. Hərrac da tam formal xarakter daşıyır. Çünki öncədən nə qədər vəsaitin satılacağı , kimin satacağı, kimlərin alacağı öncədən bəllidir. Mərkəzi Bank manatla bağlı inzibati tənzimləmə siyasəti aparır. Manatın məzənnəsinə təsir edən əsas məsələ dünya valyuta birjalarında çalxalanmalardan daha çox neft qiymətləridir. Neftin qiymətinin dəyişməsi manata daha ciddi təsir göstərir”.

İqtisadçı ekspert hələlik neftin qiymətinin 60-62 dollar arasında sabitləşdiyini qeyd edib: “Hələlik manata da ciddi bir təhlükə görünmür. Ona görə manatın məzənnəsinin dəyişməsini izləmək üçün neftin qiymətini izləmək vacibdir”.
N. Cəfərli il ərzində neftin qiymətinin 60 dollar ətrafında cərəyan etməsi ehtimalını da qiymətləndirib: “Hazırda dünya birjaları müəyyən məsələlərin necə həll edilməsini gözləyir. Bunlardan birincisi Venesuela məsələsidir. Venesuela dünyada ən böyük neft ehtiyatlarına malik olsa da, hasilat 4 milyon bareldən 1,2 milyon barelə qədər azalıb. Əgər proseslərin gedişi son nəticədə Qərb şirkətlərinin Venesuelaya dönməsi ilə yekunlaşacaqsa, bu, Venesuelada neft hasilatının kəskin artmasını şərtləndirəcək. Digər tərəfdən, Avropa İttifaqı və İran arasında neft alışı ilə əlaqədar yeni mexanizm üzərində iş gedir. Əgər İran neftini Avropaya satmaq mümkün olacaqsa, bu da bazara neqativ təsir göstərəcək, neft qiymətləri aşağı düşəcək. Hələlik neftin qiymətinin sabitləşməsi baş verib, amma bu, çox qırılqandır, uzunmüddətli sabitlik deyil. Kifayət qədər həssas dönəmdir, istənilən xəbər neft qiymətlərinin kəskin bahalaşdıra, yaxud kəskin ucuzlaşdıra bilər ”
Bu gün, 16:00
Ermənipərəst Solovyova Ermənistandan qadağa
Bu gün, 15:30
Qiymət artımı ilə bağlı NİKBİN PROQNOZ
Bu gün, 13:51
Azərbaycanda kredit faizləri artacaq - AÇIQLAMA
Bu gün, 13:46
Gürcüstanda müxalifət lideri döyülüb - FOTO
Bu gün, 13:36
İlham Əliyev dini rəhbərlərdən ibarət nümayəndə heyətini qəbul edib
Bu gün, 13:20
Bakı maksimum yararlanacaq: Yeni dünya layihəsi və böyük oyun
Bu gün, 13:14
Paşinyan Kremli qəzəbləndirib: "Rüsvayçılıqdır, iyrəncdir"
Bu gün, 13:09
Bu kəndlər də qaytarılır: Ermənilər dəhlizdə işlərə başladı
Bu gün, 13:05
İlham Əliyev Rusiyanın Şimali Qafqaz regionunun müftilərini qəbul edib
Bu gün, 11:53
Ankara Azərbaycan-Ermənistan sərhədində olanlar diqqətlə izləyir - Çelik
Bu gün, 11:36
Çində yol çökdü: onlarla ölü və yaralı
Bu gün, 11:30
İrəvanla Bakı arasında sülhə inanırıq - Ağ Ev
Bu gün, 11:10
İlham Əliyev: “Azərbaycan əsrlər boyu mədəniyyətlərin qovuşduğu məkan olub”
Bu gün, 11:05
Hadisələr Paşinyanın xeyrinə dəyişir: müxalifət özünü ələ verdi - Cinayət işi başlandı
Bu gün, 10:45
Bakı Fransanı çarəsiz duruma salıb: Qafqazda "fransız xoruzu" banlamaz
Bu gün, 10:38
Prezident onları təltif etdi - FOTO
Bu gün, 10:33
İlham Əliyev VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu iştirak edir
Bu gün, 10:03
İran Rusiyaya silah tədarükünü azaldır, yeni toqquşma olacaq - KİV
Bu gün, 09:59
Bu gündən Azərbaycanda bu qadağa qüvvəyə minir
Bu gün, 09:00
Bakı Fransanı çarəsiz duruma salıb: Qafqazda "fransız xoruzu" banlamaz
Dünən, 16:00
“Azərbaycan 10 noyabr Bəyanatını ardıcıllıqla həyata keçirir” - Erməni general
Dünən, 15:46
Azərbaycanda media azadlığı təmin edilir
Dünən, 15:30
Ermənistan: Təlatüm uzun çəkəcək... - NƏ ETMƏLİ?
Dünən, 14:22
ABŞ Azərbaycanla bağlı son qərarını verdi – Noyabra qədər...
Dünən, 14:00
Çərçivə sülh sazişinin imzalanacağı tarix açıqlandı: Geri sayım başladı - "...ilk addım atılıb"
Dünən, 13:35
Erməni kilsəsi müharibə və qan istəyir... - Paşinyan indi nə edəcək?
Dünən, 12:13
Ermənistan parlamenti Azərbaycan əleyhinə sənəddən imtina etdi - DETALLAR