“Bakcell və İNNOLAND yerli developerlər üçün tədbir keçirib”
Iqtisadiyyat
Oxunub: 643
31 yan 2019 | 15:53
“Bakcell və İNNOLAND yerli developerlər üçün tədbir keçirib”















Azərbaycanın İlk Mobil Operatoru və Ən Sürətli Mobil İnternet Provayderi Bakcell şirkəti İNNOLAND Inkubasiya və Akselerasiya Mərkəzi ilə birgə yerli oyun developerləri üçün Global Game Jam® (GGJ) hackathon tədbirini təşkil edib.

Global Game Jam® (GGJ) dünyanın müxtəlif ölkələrində təşkil olunan ən iri oyun yazma müsabiqəsidir. Oyunların yazılması üzrə keçirilən bu beynəlxalq hackathon yarışması insanlara bir araya gəlib yaradıcılıqnan məşğul olmaq, təcrübəni bölüşmək və özlərini video oyunlar vasitəsilə ifadə etmək üçün imkan yaradır. Bütün dünyadan olan developerlər 48 saat ərzində yeni texnoloji alətləri ilə taniş olmaq, özünü yeni sahələrdə sınamaq, bacarıqlarını göstərmək və tam yeni bir oyunu yaratmağa dəvət olunurlar.

Bakıda keçirilmiş müsabiqənin 17 nəfər iştirakçısı 3 komandaya bölünüb 3 yeni oyun yazmağa nail olublar. Tədbirin sonunda bütün iştirakçılara ASAN INNOLAND Mərkəzinin əsas sponsoru olan Bakcell şirkətindən hədiyyələr təqdim olunub.

Qeyd edək ki, keçən ilin sonunda Bakcell şirkəti ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İNNOLAND Inkubasiya və Akselerasiya Mərkəzi arasında tərəfdaşlıq müqaviləsi imzalanıb. Bu tərəfdaşlıq Azərbaycanda startap mədəniyyətinin formalaşdırılması, bu hərəkatın geniş vüsət alması, innovativ təşəbbüskarlıq ruhunun və startap ekosisteminin inkişaf etdirilməsi, mövcud startapların dəstəklənməsi, ölkəmizdə innovativ təşəbbüslərin mövcud iqtisadi proseslərə tətbiqinə şəraitin yaradılması, müxtəlif kəşf və ixtiraların işlənib və hazırlanmasına maraqoyadıcı amilin formalaşdırılması və innovasiyaların inkişafına əsaslanan digər tədbirlərin görülməsi istiqamətində böyük əhəmiyyət kəsb edir.

“İNNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzin Azərbaycanda, eyni zamanda, onun hüdudlarından kənarda özəl sektorun inkişaf etdirilməsi, innovasiyanın təşviqi və startap hərəkatının genişləndirilməsi üçün yaradılan inkubasiya, akselerasiya və araşdırma mərkəzidir. İNNOLAND Kovörkinq, İnkubasiya, Akselerasiya və İT Təlim-Tədris Mərkəzindən ibarətdir. Bakcell şirkəti həmçinin yerli startap layihələrinə daha geniş formatda dəstək göstərmək məqsədilə Akselerasiya Mərkəzi kimi fəaliyyət göstərən AppLab proqramını həyata keçirir. 2014-cü ildən bəri müxtəlif avadanlıq və proqram təminatlarının tərtibi ilə məşğul olan yerli startaplar və developerlər öz ideyalarını həyata keçirmək üçün “Bakcell”dən dəstək alırlar.

İnnovasiyalar sahəsində özünü doğrultmuş lider olan Bakcell şirkəti daim yerli startapların inkişafı, təhsil, elm və texnologiya sahəsində həyata keçirilən layihələrə öz dəstəyini əsirgəmir.

***

Bakcell haqqında

Azərbaycanın İlk Mobil Operatoru və Ən Sürətli Mobil İnternet Provayderi Bakcell şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Şirkət öz abunəçilərinə ən mükəmməl 4G/LTE mobil internet xidməti göstərir.

Bakcell şirkətinin 4G şəbəkəsi artıq bütün Bakı və Abşeron ərazisi daxil olmaqla ölkənin 40-dan çox rayon və şəhər mərkəzlərində mobil operatorun abunəçilərinə ən üstün müştəri təcrübəsi təmin edir.

7000-dən artıq baza stansiyası vasitəsilə Bakcell şəbəkəsi əhalinin 99%-ni, ölkə ərazisinin isə 93%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir. Mobil rabitə şəbəkələrinin müqayisəli testləri (bençmarkinq) sahəsində beynəlxalq lider və ən etibarlı müstəqil təşkilat olan “P3 Communications” şirkəti tərəfindən Bakcell şirkəti Azərbaycanda sınaq nəticələrinə görə, ən yaxşı şəbəkə adına layiq görülüb (“Best in Test”). 2018-ci ildə şirkət “Azərbaycanın ən sürətli mobil şəbəkəsi” adına layiq görülüb. Bu mükafat bütün dünyada tanınmış “Ookla” şirkəti tərəfindən “Bakcell”ə Azərbaycan Respublikası ərazisində ən sürətli mobil internet xidmətlərinin göstərilməsinə görə təqdim edilib

Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya İngilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun.

Qeyri-Bakcell abunəçiləri isə 012 498 89 89 nömrəsinə zəng etməklə “Bakcell”in məhsul və xidmətləri haqqında məlumat əldə edə bilərlər.“Bakcell və İNNOLAND yerli developerlər üçün tədbir keçirib”
“Bakcell və İNNOLAND yerli developerlər üçün tədbir keçirib”
“Bakcell və İNNOLAND yerli developerlər üçün tədbir keçirib”
“Bakcell və İNNOLAND yerli developerlər üçün tədbir keçirib”
Dünən, 16:00
Ermənipərəst Solovyova Ermənistandan qadağa
Dünən, 15:30
Qiymət artımı ilə bağlı NİKBİN PROQNOZ
Dünən, 13:51
Azərbaycanda kredit faizləri artacaq - AÇIQLAMA
Dünən, 13:46
Gürcüstanda müxalifət lideri döyülüb - FOTO
Dünən, 13:36
İlham Əliyev dini rəhbərlərdən ibarət nümayəndə heyətini qəbul edib
Dünən, 13:20
Bakı maksimum yararlanacaq: Yeni dünya layihəsi və böyük oyun
Dünən, 13:14
Paşinyan Kremli qəzəbləndirib: "Rüsvayçılıqdır, iyrəncdir"
Dünən, 13:09
Bu kəndlər də qaytarılır: Ermənilər dəhlizdə işlərə başladı
Dünən, 13:05
İlham Əliyev Rusiyanın Şimali Qafqaz regionunun müftilərini qəbul edib
Dünən, 11:53
Ankara Azərbaycan-Ermənistan sərhədində olanlar diqqətlə izləyir - Çelik
Dünən, 11:36
Çində yol çökdü: onlarla ölü və yaralı
Dünən, 11:30
İrəvanla Bakı arasında sülhə inanırıq - Ağ Ev
Dünən, 11:10
İlham Əliyev: “Azərbaycan əsrlər boyu mədəniyyətlərin qovuşduğu məkan olub”
Dünən, 11:05
Hadisələr Paşinyanın xeyrinə dəyişir: müxalifət özünü ələ verdi - Cinayət işi başlandı
Dünən, 10:45
Bakı Fransanı çarəsiz duruma salıb: Qafqazda "fransız xoruzu" banlamaz
Dünən, 10:38
Prezident onları təltif etdi - FOTO
Dünən, 10:33
İlham Əliyev VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu iştirak edir
Dünən, 10:03
İran Rusiyaya silah tədarükünü azaldır, yeni toqquşma olacaq - KİV
Dünən, 09:59
Bu gündən Azərbaycanda bu qadağa qüvvəyə minir
Dünən, 09:00
Bakı Fransanı çarəsiz duruma salıb: Qafqazda "fransız xoruzu" banlamaz
30-04-2024, 16:00
“Azərbaycan 10 noyabr Bəyanatını ardıcıllıqla həyata keçirir” - Erməni general
30-04-2024, 15:46
Azərbaycanda media azadlığı təmin edilir
30-04-2024, 15:30
Ermənistan: Təlatüm uzun çəkəcək... - NƏ ETMƏLİ?
30-04-2024, 14:22
ABŞ Azərbaycanla bağlı son qərarını verdi – Noyabra qədər...
30-04-2024, 14:00
Çərçivə sülh sazişinin imzalanacağı tarix açıqlandı: Geri sayım başladı - "...ilk addım atılıb"
30-04-2024, 13:35
Erməni kilsəsi müharibə və qan istəyir... - Paşinyan indi nə edəcək?
30-04-2024, 12:13
Ermənistan parlamenti Azərbaycan əleyhinə sənəddən imtina etdi - DETALLAR