Bakının bəzi supermarketlərində idxal ərzaqların çeşidi kəskin azaldı – Nə baş verir?
Iqtisadiyyat
Oxunub: 1 107
10 yan 2019 | 13:52
Bakının bəzi supermarketlərində idxal ərzaqların çeşidi kəskin azaldı – Nə baş verir?















Bakının bəzi supermarket şəbəkələrində idxal ərzaq məhsulların çeşidi son vaxtlar kəskin azalıb. Azalma əsasən xaricdən, daha çox Rusiya, Ukrayna və digər ölkələrdən idxal olunan məhsullarda müşahidə olunur. Xüsusən, çay, qənnadı məhsulları, sosiska və kolbasa məmulatlarında bir neçə ay əvvələ qədər müşahidə olunan çeşid bolluğu yoxdur.

Əmtəələrin qıtlaşmasını alıcılar da təsdiqləyirlər. Onların sözlərinə görə, uzun müddət aldıqları idxal markalarını yerli mallar əvəzləyir. Məsələn, qənnadı məmulatları arasında Rusiya istehsalı olan şokoladlar azalıb. Ukraynanın “Roshen” firmasına məxsus konfetlərin cəmi bir neçə çeşidi var.

“AzPolitika” xəbər verir ki, Virtualaz.org-un əməkdaşı bu problemi araşdırmaq üçün bəzi məşhur supermarket şəbəkələrinə baş çəkib.

Supermarket rəhbərləri məhsul qıtlığını təsdiqləsələr də, bunu müxtəlif səbəblərlə izah ediblər.

Məsələn, Nizami küçəsində yerləşən “Avromart” mağazasının inzibatçısı Rəşad Quliyev deyir ki, bu bayram günlərində onlara mal gətirən firmaların işləməməsi və digər səbəblərlə əlaqədardır: “Dekabrın 26-27-si ərəfəsində mağazaya adətən yeni mallar gəlmir. Bu da ondan irəli gəlir ki, bəzi firmalar işçilərə bir həftədən çox istirahət veriblər. Bu da bizdən asılı olan məsələ deyil. İdxal məhsullarında da eyni vəziyyətdir. Xarici ölkələrdən gələn məhsullarda bəzən gömrükdə yubanmalar olur. Malın ödənişini edirik, orada gecikdirirlər”.

O, İtaliya istehsalı olan “Bio” yarmasını göstərərək davam edir: “Bu malları biz gömrükdən keçiririk. İtaliya istehsalı olan “Bio” yarması 3 günə də gələ bilər, 10 günə də. Buna görə biz müştəriyə cavab verə bilmirik. Amma yerli məhsullarla bağlı belə problem az olur”.

R. Quliyev bildirir ki, bu problem yanvar ayının 10-dan sonra düzələcək.

“Fresco” supermarketlər şəbəkəsinin “28 May” filialından isə bildiriblər ki, bəzi idxal ərzaqları firmalar onlara verməkdən imtina edirlər. Səbəbi isə onlara aydın deyil: “Bizdə çeşidlər kifayət qədər çoxdur. Elə əvvəlki qaydada işləyirik. Sadəcə olaraq, bəzi firmalar deyirlər ki, bizdə hansısa məhsul yoxdur. Hansı səbəbə yoxdur, bilmirik. Amma deməzdim ki, çeşid azalıb, köhnə brendlər gedir, əvəzində təzələri ilə işləyirik”.

“Bolmart” supermarketlər şəbəkəsinin baş ofisindən isə onlarda belə problemin olmadığını deyiblər.

Mağazanın özünü təqdim etmək istəməyən rəsmisi bildirdi ki, onlar çeşid azlığı deyil, çeşid bolluğundan əziyyət çəkirlər: “Başqa mağazalarda necədi, deyə bilmərəm, amma biz çeşid bolluğundan əziyyət çəkirik. Hər gün yeni məhsullar yaranır. Azalma ilə bağlı problemlə üzləşməmişik. Əksinə, bizdə 35 mindən çox məhsul çeşidi var. Az qalmışıq başımızı itirək”, – deyə müsahib qeyd edib.
Bu gün, 16:00
Fars-molla rejiminin növbəti QARINAĞRISI... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 15:30
Siyasi alətə çevrilən keşişin ifşası və əsl məqsəd - Ermənilər marionetə qarşı
Bu gün, 14:22
Minsk qrupunun fəaliyyətini dayandırması öz yanlışlıqlarına görə baş tutdu - FAKT BUDUR!
Bu gün, 14:01
Azərbaycan məktəblərində rus bölməsi üzrə sinif sayı artırıla bilər - RƏSMİ
Bu gün, 14:00
Paşinyana daxili təzyiqləri dəstəkləyən Rusiyadır - NƏ BAŞ VERİR?
Bu gün, 13:44
Natiq Mehdinin qətlinə görə saxlanılan direktor müavini ilə bağlı RƏSMİ AÇIQLAMA
Bu gün, 12:48
Blinkenin Kiyevdəki istirahəti: gecə klubu, musiqi əyləncəsi... - VİDEO
Bu gün, 12:41
Baxçalı gündəmi silkələdi: Türkiydə gecə yarısı toplantı - TƏCİLİ
Bu gün, 11:42
Bakıya gəlmiş Qarabağ ermənisi də tutuldu - VİDEO
Bu gün, 11:17
Bakıda qəbiristanlığa kameralar quraşdırılacaq - VİDEO
Bu gün, 11:05
Çin avtomobillərindən 100% rüsum tutulacaq - ABŞ-dən yeni qərar
Bu gün, 10:56
Bu gün İrəvanın Bakıya verdiyi sözün son günüdür - Nələr ola bilər?!...
Bu gün, 10:15
Bu gün Əfv Komissiyasının növbəti iclası keçiriləcək
Bu gün, 10:10
Biləsuvarda ağır qəza, ölən və yaralılar var
Bu gün, 10:06
Müəmma: Ermənistan "görüntüləri yaymayın" çağırışı edir - VİDEO
Bu gün, 09:47
Rusiya, Azərbaycan və İrana qarşı cəbhə alıblar - Mixail Qaluzin
Bu gün, 09:20
Diqqət: bu yollarda tıxac var
Bu gün, 09:12
Hitlerin səhvini Rusiya edir - Feldman
Bu gün, 09:08
“Real Madrid” Modriçə deyil, Gülərə üstünlük verir
Bu gün, 09:03
Rusiyalı deputat: “Ermənistan Aİ-yə qəbul edilməyəcək”
Dünən, 16:00
Bakı artıq Parisi də `əhilləşdirmək` üzərədir... - YENİ REALLIQ...
Dünən, 15:30
Qafqazı silkələyən savaşı: Kim ağır basır? - İNCƏLƏMƏ
Dünən, 14:22
Ruslar Zəngəzurdan çıxır
Dünən, 13:18
Azərbaycanda birmənalı qarşılanmadı, xaricdə rekord vurdu - VİDEO
Dünən, 13:06
Vəzifəli şəxslərə cinayət işi açıldı - Meşə torpaqlarını satıblar
Dünən, 12:20
Prezident Şen Yueyueni qəbul etdi
Dünən, 12:17
Yalan deyirsiniz, Azərbaycanın istədiyi budur – Babayan jurnalistə qəzəbləndi